Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Paris-2024: Azərbaycan güləşçisi bürünc medal qazanıb

Paris-2024: Azərbaycan güləşçisi bürünc medal qazanıb

11.08.2024 [14:46]

Bu gün "Paris-2024" Yay Olimpiya Oyunlarına yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov bürünc medal görüşünə çıxıb.

97 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib. 

Rəqibini məğlub edən güləşçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bununla da Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kiloqram) bürünc medala sahib çıxıblar.

Paylaş:
Baxılıb: 589 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31