Prezident İlham Əliyev Dağüstü parkda yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub
28.05.2013 [12:28]
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Dağüstü parkında yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.
Dövlətimizin başçısı funikulyorla Dağüstü parka qalxıb.
Bildirilib ki, Dağüstü parkda aparılan yenidənqurma işləri nəticəsində paytaxt sakinləri və şəhərimizin qonaqları üçün daha bir istirahət məkanı istifadəyə verilir. Bu parkdan paytaxtımıza və Bakı buxtasına ecazkar mənzərə açılır. Məhz bu amil əsas tutularaq hələ XX əsrin 30-cu illərində Bakının baş planı hazırlanarkən burada salınacaq Dağüstü parkın paytaxtımızın ümumi kompozisiyasında mühüm əhəmiyyətə malik olacağı nəzərdə tutulub. Bu park uzun illər paytaxt sakinlərinin, şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biri olub.
Diqqətə çatdırılıb ki, bu gün Bakıda yenidənqurma və abadlıq işləri sürətlə davam etdirilir. Nəticədə şəhər daha da gözəlləşir. Bununla əlaqədar Bakının ən yüksək hissəsində yerləşən Dağüstü parkın da yenidən qurulması qərara alınıb. Ötən il başlanılan yenidənqurma işlərindən sonra bu park yeni görkəm alaraq göz oxşayan məkana çevrilib. Park yenidən qurularkən relyef müxtəlifliyindən məharətlə istifadə olunub. Görülən işlər və meydançaların əlverişli yerləşdirilməsi Bakı buxtasına valehedici mənzərə açılmasına şərait yaradır. Prezident İlham Əliyev burada aparılan yenidənqurma tədbirlərini daim diqqət mərkəzində saxlayıb, işlərin gedişi ilə yerindəcə tanış olub, müvafiq tapşırıqlarını verib. Memarlıq baxımından zövqlə qurulan xiyaban və terraslar bir-biri ilə pilləkənlərlə əlaqələndirilir, meydançalar isə doğma Xəzərimizin panoramını daha geniş nümayiş etdirir. Şəhərin Azneft meydanını Dağüstü parkla funikulyor birləşdirir. İndi bu park paytaxtın ən gözəl istirahət yerlərindən birinə çevrilib.
Məlumat verilib ki, burada əsaslı təmir işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub. Dövlətimizin başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən Dağüstü park, ilk növbədə, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Müasir tələblər səviyyəsində qurulan və paytaxtın bu hissəsinin görkəminə xüsusi yaraşıq verən parkda yeni yollar və cığırlar salınıb. Burada quraşdırılan yeni şəlalə parka füsunkar görünüş verir. Parkda yaşıllaşdırma işləri aparılıb, köhnə ağaclar saxlanılmaqla yeni dekorativ bitkilər əkilib. Müasir işıqlandırma sistemi parkın gözəlliyini daha da artırır.
Prezident İlham Əliyev Dağüstü parkdakı İstiqlal Muzeyinin binası ilə də tanış olub.
Dövlətimizin başçısı 2011-ci il avqustun 2-də Bakı şəhərində İstiqlal Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bundan sonra bu istiqamətdə görülən işlər daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub.
Prezident İlham Əliyev sonra Dağüstü parkdan Bakının mənzərəsini seyr edib.
Vurğulanıb ki, Dağüstü parkda inşa olunmuş kafedə müştərilərə yüksək xidmət göstəriləcək. Binanın yuxarı mərtəbəsindən paytaxt Bakının və Xəzərin mənzərəsini müşahidə etmək mümkündür. Belə istirahət məkanlarının istifadəyə verilməsi artıq Bakının simasının günbəgün dəyişdiyini, şəhərdə həyata keçirilən sosial infrastruktur layihələrinin miqyasının genişləndiyini bir daha təsdiqləyir.
Dövlətimizin başçısı kafedə yaradılmış şəraitlə maraqlanıb, binadan ətrafı seyr edib.
Xəbər lenti
Hamısına baxSiyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40

