Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanışlıq

YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanışlıq

09.06.2015 [09:30]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iyunun 8-də YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanış olublar.
Diqqətə çatdırılıb ki, YARAT-ın yeni məkanı 1960-cı illərdə dəniz gəmiləri üçün texniki baza kimi fəaliyyət göstərən, sonradan bərpa edilən binada yerləşir. Bərpa nəticəsində ikimərtəbəli dəbdəbəli sərgi məkanı yaradılıb. Yeni kitabxananın fəaliyyət göstərəcəyi bu məkanda YARAT-ın keçirdiyi sərgilər və il ərzində aparıcı beynəlxalq rəssamlar tərəfindən yeni yaranan hərəkatların dörd müvəqqəti sərgisi nümayiş olunacaq. Auditoriya nümayişlər, performanslar və YARAT-ın maarifləndirici tədbirləri üçün xüsusi məkan rolunu oynayır. Bu mərkəzin başlıca prinsipi təhsil proqramlarını daha da inkişaf etdirmək və beynəlxalq rəssamlar, auditoriya və institutlarla əməkdaşlığı gücləndirməkdir.

 
Paylaş:
Baxılıb: 981 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31