/ / Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidentini və Dövlətlərarası Aviasiya Komitəsinin sədrini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidentini və Dövlətlərarası Aviasiya Komitəsinin sədrini qəbul edib
23.10.2015 [10:03]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidenti Olumuiva Benard Aliunu və Dövlətlərarası Aviasiya Komitəsinin sədri xanım Tatyana Anodinanı qəbul edib.
Dövlətimizin başçısı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 70 illiyinə və Dövlətlərarası Şuranın icra orqanı olan Dövlətlərarası Aviasiya Komitəsinin 25 illiyinə həsr olunan Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci iclasının Bakıda keçirilməsinin önəmini vurğulayıb. Azərbaycanın əlverişli coğrafi mövqeyinin regional nəqliyyat infrastrukturunun və logistik mərkəzin yaradılması baxımından yaxşı imkan yaratdığını deyən Prezident İlham Əliyev mülki aviasiyanın daha da inkişaf etdirilməsinin iqtisadi strategiyamızın çox əhəmiyyətli hissəsi olduğunu vurğulayıb. İnfrastruktur layihələrinə böyük həcmdə sərmayə yatırıldığını bildirən Prezident İlham Əliyev son illər Azərbaycanda bir neçə hava limanının inşa edildiyini, Heydər Əliyev Beynəlxalq Aeroportunun isə tamamilə yenidən qurulduğunu, çoxlu sayda yeni təyyarələrin alındığını qeyd edib. “Azərbaycan Hava Yolları”nın dünyanın uğurla fəaliyyət göstərən şirkətlərindən biri olduğunu deyən dövlətimizin başçısı məmnunluqla vurğulayıb ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada dördulduzlu 10 hava limanı arasındadır. Ölkəmizdə turizmin və biznesin inkişafı ilə əlaqədar müxtəlif regionlara daxili reyslərin açıldığını bildirən Prezident İlham Əliyev Azərbaycanın hava yükdaşımaları sahəsində də yaxşı nəticələr əldə etdiyini diqqətə çatdıraraq yerli karqo şirkətinin də dünyanın aparıcı şirkətləri arasında olduğunu deyib.
Dövlətlərarası Aviasiya Komitəsinin fəaliyyətinə toxunan Prezident İlham Əliyev komitənin sədri xanım Tatyana Anodinanın Azərbaycan mülki aviasiyası ilə əməkdaşlıq işinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun gözəlliyinin onda dərin təəssürat yaratdığını bildirən Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidenti Olumuiva Benard Aliu bunu ölkəmizin sosial-iqtisadi inkişafının göstəricisi kimi dəyərləndirib.
Rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi proqramlar barədə dövlətimizin başçısına məlumat verən qonaq ölkəmizin Beynəlxalq Mülki Aviasiya Təşkilatına verdiyi dəstəyi yüksək qiymətləndirərək Azərbaycanın bu qurumun əhəmiyyətli üzvü olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

