Antalyada “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti keçirilib
17.11.2015 [10:26]
AZƏRTAC xəbər verir ki, noyabrın 15-də Türkiyənin Antalya şəhərində “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti öz işinə başlayıb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və digər ölkələrin dövlət başçılarını, həmçinin beynəlxalq təşkilatların rəhbərlərini qarşılayıb.
Zirvə görüşünün iştirakçıları birgə foto çəkdiriblər.
“Böyük İyirmilik” ölkələri liderlərinin Sammitində iştirak etmək üçün Antalyaya 13 min nümayəndə gəlib. İki gün davam edəcək Sammit çərçivəsində yeddi böyük toplantı keçiriləcək. Sammitin gündəliyinə qlobal iqtisadiyyat məsələləri ilə yanaşı, terrorçuluğa qarşı mübarizə, qaçqın problemi kimi aktual mövzular da daxildir.
Sayca onuncu dəfə keçirilən bu Sammitdə Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunur. Tədbirin ənənəsinə görə, toplantıya ev sahibliyi edən ölkə tərəfindən fəxri qonaq dəvət edilir. Türkiyənin fəxri qonaq qismində Azərbaycanı seçməsi ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bir daha təsdiqi olmaqla yanaşı, Azərbaycanın iqtisadi potensialına verilən önəmin göstəricisidir. Qlobal iqtisadiyyata töhfə verəcək, Cənub-Şərqi Asiya regionundan Avropaya qədər geniş bir ərazini əhatə edən iki böyük layihənin - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin və TACIS proqramının təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın bu Sammitdə iştirakına böyük əhəmiyyət verilir. Çünki Azərbaycan güclü iqtisadi potensiala malik ölkə və sabitlik adası kimi Qərbin, ümumiyyətlə, dünyanın diqqət mərkəzindədir. Etibarlı tərəfdaş kimi Azərbaycan regionla yanaşı, dünya iqtisadiyyatına da böyük töhfələr verir.
“G20”nin Antalya Sammiti Ankarada və Parisdə törədilmiş terror aktları qurbanlarının xatirəsinin yad olunması ilə başlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Fransa paytaxtında baş verən terror hadisəsi iqtisadiyyat və təhlükəsizlik arasındakı əlaqənin bir-biri ilə sıx bağlı olduğunu göstərir. Son illər Suriyada, bu ilin son dörd ayında Türkiyədə, daha sonra Parisdə törədilən terror aktları göstərdi ki, terrorizm bütün dünyada sülh və təhlükəsizliyə təhdid olmaqda davam edir. Terrorla mübarizədə qəti addımlar atılmalıdır və bu baxımdan Antalya Sammiti xüsusi əhəmiyyət daşıyır.
Türkiyə Prezidenti bildirib ki, “Böyük İyirmiliyin” diqqət mərkəzində əsasən iqtisadiyyat, siyasət, sosial məsələlər olsa da, insan amili məsələsini bunlardan ayırmaq düzgün deyil. Son hadisələr bir daha göstərir ki, dünyada sülhün bərqərar olması üçün əməkdaşlığı gücləndirməliyik.
Prezident Rəcəb Tayyib Ərdoğan diqqəti humanitar problemə çevrilmiş və ağır nəticələr verən qaçqın böhranına yönəldib. Bildirib ki, qaçqın məsələsi beynəlxalq səviyyədə müzakirə olunmalı və bu sahədə əməkdaşlıq daha da möhkəmləndirilməlidir. Beynəlxalq birliyin bu sahədə fəaliyyəti lazımi səviyyədə deyil. “G20”nin Antalya Sammiti bu məsələnin həllində tarixi rol oynaya bilər.
Türkiyə dövlətinin başçısı təəssüflə vurğulayıb ki, “G20”nin Sammiti təkcə böhran zamanlarında xatırlanacaq bir platforma olmamalıdır. Qlobal iqtisadi böhranın başladığı 2008-ci ildən bəri bu problemi həll etmək mümkün olmur. Atılan bütün addımlara baxmayaraq, hələ də güclü iqtisadi uğurlara nail olmamışıq. Bu baxımdan beynəlxalq birliyin atacağı addımlar getdikcə daha çox əhəmiyyət kəsb edir.
Prezident Rəcəb Tayyib Ərdoğan Antalya Sammitində müzakirə olunacaq məsələlərin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, “Böyük İyirmiliyə” daxil olan ölkələr dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini təmsil edirlər. Dünya əhalisinin üçdə iki hissəsi “Böyük İyirmiliyin” üzvü olan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və Avropa İttifaqı ərazisində yaşayır.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

