Ölkənin nəqliyyat infrastrukturunun inkişafı durmadan davam edir
07.04.2009 [18:02]
Azərbaycan Prezidenti İlham Əliyev dünən paytaxtın müxtəlif yerlərində yolötürücü, körpü-tunel və əsaslı şəkildə yenidən qurulmuş yeraltı piyada keçidlərinin açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən tunel tipli yolötürücünün açılışına gəlib.
Prezident İlham Əliyev açılışı bildirən qırmızı lenti kəsib və ötürücü ilə yaxından tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, ötürücünün inşasına ötən ilin iyulunda başlanıb. Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sifarişi əsasında “Sanur Holdinq” şirkətinin inşa etdiyi ötürücünün uzunluğu 300 poqonometr, qapalı hissəsinin uzunluğu 67 poqonometr, hündürlüyü 5,05 metr, eni 10 metrdir. Əks istiqamətli iki hərəkət zolağının ümumi eni isə 9,2 metrdir.
Tikinti zamanı yerli, habelə İtaliya, İspaniya, Türkiyə və Hindistandan gətirilmiş materiallardan istifadə olunub. Yağış və qrunt sularının axıdılması üçün drenaj xətləri çəkilib, müasir işıqlandırma sistemi quraşdırılıb, sağda və solda yardımcı yollar da salınıb.
ötürücü Ağa Nemətulla küçəsinin bu hissəsində nəqliyyat vasitələrinin Heydər Əliyev prospekti ilə kəsişmədən hərəkətini davam etdirmələrinə imkan yaradır.
Prezident İlham Əliyev sonra paytaxtın Heydər Əliyev prospektindəki dəmiryol körpüsünün yanındakı ikinci yardımçı körpü-tunelin açılışında iştirak edib.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və körpü-tunellə tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, bir istiqamətli, hər birinin eni 3,5 metr olan iki hərəkət zolaqlı körpü-tunelin eni 7 metr, ümumi uzunluğu 400 metr, qapalı hissənin uzunluğu 88 metrdir. Səkilərlə birlikdə tunelin eni 8 metrə çatır. İşlərin qızğın vaxtında tikintidə 400-450 nəfər çalışıb. Burada əsasən milli memarlıq elementlərindən istifadə olunub.
Heydər Əliyev prospektində aparılmış yenidənqurma işlərindən sonra yol 12 zolaqlı olub. Amma prospektin məhz bu hissəsində yolun 6 zolaqlı olması çətinliklər yaradırdı. Həmin ərazidə iki yardımçı körpü-tunelin istifadəyə verilməsi ilə bu çətinliklər tamamilə aradan qaldırılıb.
Prezident İlham Əliyevin açılışında iştirak etdiyi növbəti obyekt paytaxtın Heydər Əliyev prospektində əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş yeraltı piyada keçidi olub. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində əsaslı şəkildə yenidən qurulmuş piyada keçidində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, paytaxtda nəqliyyatın hərəkətinin sıx olduğu ərazidə yerləşən bu keçid yararsız vəziyyətdə idi və piyadalar buradan çox az istifadə edirdilər. Bu isə nəqliyyatın və piyadaların təhlükəsiz hərəkəti üçün qorxu törədirdi.
Yenidənqurma və təmir işlərini Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sifarişi ilə “Sanur holdinq” şirkəti həyata keçirib. Dörd çıxışı olan keçiddə çıxışların hər birinin üstü sınmayan şüşə ilə örtülüb. Uzunluğu 57,5 metr, eni 6 metr, hündürlüyü isə 2,2 metr olan keçidin pilləkənlərində əlil arabaları üçün panduslar da var. Keçiddə istifadə olunan mərmər İtaliya, İspaniya, Türkiyə və Hindistandan gətirilib. Müasir işıqlandırma sistemi hava qaralanda avtomatik olaraq işə düşür.
Prezident İlham Əliyev həmin gün Heydər Əliyev adına İdman-Konsert Kompleksinin qarşısındakı yeraltı piyada keçidində aparılmış yenidənqurma işləri ilə də tanış olub.
Nəqliyyatın hərəkətinin sıx olduğu ərazidəki keçiddə yenidənqurma işlərinə “Sanur holdinq” şirkəti ötən ilin oktyabrında başlayıbdı. Burada 100-ə yaxın işçi çalışıb.
Uzunluğu 120 metr, eni 4 metr olan keçidin girişlərində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanla bağlı fikirləri, Olimpiya oyunlarının emblemi əksini tapmışdır. Keçidin divarlarını isə idmanla bağlı təsvirlər bəzəyir.
Bu yeraltı keçiddə də əlil arabaları üçün panduslar düzəldilib. Prezident İlham Əliyev əlil insanların hərəkətinin asanlaşdırılması üçün bunun əhəmiyyətini vurğulayıb, ümumiyyətlə, yeraltı keçiddə görülən işləri yüksək qiymətləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın mərkəzində - Azərbaycan prospektində, Daxili İşlər Nazirliyinin binası qarşısında yenidən qurulmuş yeraltı piyada keçidi ilə də tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verərək bildirib ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində bu yeraltı keçiddə təmir və yenidənqurma işlərinə dörd ay əvvəl başlanıb. “Sanur holdinq” şirkəti yenidənqurma işlərini ən müasir səviyyədə başa çatdırıb.
Uzunluğu 28 metr olan keçidin divarları, döşəməsi, işıq sistemi tamamilə yeniləşdirilib. Dörd giriş-çıxışı olan keçiddə yenidənqurma işləri zamanı yerli və xarici materiallardan istifadə olunub, xidməti otaqda yeni ventilyasiya sistemi quraşdırılıb. Keçidin pilləkənlərində əlil arabaları üçün panduslar da düzəldilib.
Dövlətimizin başçısı yeraltı keçidi gəzib və burada görülmüş işlərdən razılığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40

