Azərbaycan NATO üçün regionda mühüm rol oynayan ölkədir
30.04.2009 [17:40]
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən NATO-nun baş katibi Yaap de Hoop Sxeffer ilə görüşüb.
NATO-nun baş katibi dövlətimizin başçısını NATO-nun mənzil-qərargahının önündə böyük səmimiyyətlə qarşılayıb. Sonra Prezident İlham Əliyev və Yaap de Hoop Sxeffer birgə şəkil çəkdiriblər.
Görüşdə baş katib deyib ki, Azərbaycan ilə əməkdaşlıq uğurla inkişaf edir və NATO bu əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycanın regionda xüsusi rolunu vurğulayan Yaap de Hoop Sxeffer bildirib ki, NATO Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır və Prezident İlham Əliyevin bu səfəri NATO-Azərbaycan münasibətlərinin genişlənməsinə xidmət edəcək.
NATO-nun baş katibi Azərbaycanın antiterror əməliyyatlarında iştirakını yüksək qiymətləndirib və deyib ki, ölkəniz “Fərdi tərəfdaşlığın əməliyyat planı”nda da fəal iştirak edir.
Prezident İlham Əliyev bildirib ki, NATO-Azərbaycan əlaqələri inkişaf edir, Azərbaycan NATO-nun müxtəlif proqramlarında və tədbirlərində fəal iştirak edir.
“Fərdi tərəfdaşlığın əməliyyat planı”nda ölkəmizin fəal iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir.
Azərbaycanın dövlət başçısı ümidvar olduğunu bildirib ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun baş katibi Yaap de Hoop Sxeffer mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış ediblər.
Alyansın baş katibi deyib ki, Azərbaycan NATO üçün regionda mühüm rol oynayan ölkədir. Enerji təhlükəsizliyinin dünyada böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə Azərbaycanın rolu daha da artıb.
Dağlıq Qarabağ münaqişəsindən də danışan baş katib bildirib ki, münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. NATO Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində birbaşa rol oynamasa da, hesab edir ki, bu münaqişənin həllində ərazi bütövlüyü prinsipi sual altına qoyulmamalıdır.
NATO-nun tədbirlərində və proqramlarında Azərbaycanın fəal iştirak etdiyini bildirən Prezident İlham Əliyev deyib ki, ötən il ölkəmiz Alyansın 200 tədbirinə qatılıb.
Azərbaycan-NATO tərəfdaşlığını yüksək qiymətləndirən və antiterror əməliyyatlarında ölkəmizin fəal iştirak etdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan Əfqanıstanda hərbçilərinin sayını artırıb. “Biz NATO-ya minnətdarıq ki, Şimali Atlantika Alyansı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qətiyyətli mövqe tutur və bu mövqe ərazi bütövlüyü prinsiplərinə əsaslanır”, - deyən Prezident İlham Əliyev Alyans ilə ölkəmiz arasında əməkdaşlığın uğurla davam etdiyini söyləyib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19

