Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin açılışı olub
05.05.2009 [14:51]
Azərbaycan Prezidenti İlham Əliyev dünən Bakının Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, ümummili liderin adını daşıyan mədəniyyət və istirahət parkı və rayon icra hakimiyyətinin yeni binası ilə tanış olub.
Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin bürüncdən hazırlanmış abidəsi önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev sonra Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib, mərkəzlə tanış olub. Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevə məlumat verərək bildirib ki, Heydər Əliyev Mərkəzinin üçmərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilmişdir. Binanın hər mərtəbəsinin sahəsi 360 kvadratmetrdir. Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir.
Mərkəzin birinci mərtəbəsi ilə tanış olan Prezident İlham Əliyev ulu öndərin həm keçmiş sovet hakimiyyəti, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi dövrlərdə Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillərə baxıb. Dövlətimizin başçısına buradakı multimedia və rəsm studiyaları, elektron kitabxana haqqında ətraflı məlumat verilib. Bildirilib ki, elektron kitabxana hələlik 50 min səhifəlik 200 adda müxtəlif kitabları əhatə edir. Multimedia studiyasında uşaqlar üçün ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti haqında üçhissəli film hazırlanmışdır. Bundan başqa, mərkəzin xüsusi internet səhifəsi də yaradılmışdır. Mərkəzin fəaliyyəti ilə tanış olmaq istəyənlər girişdə quraşdırılan elektron informasiya köşkünün xidmətindən istifadə edə bilərlər. İkinci mərtəbədəki geniş sərgi salonunda əməkdar rəssam Rəfael Abbasovun 2008-ci ildə yağlı boya ilə yaratdığı “Ulu öndər” əsəri ilə yanaşı, ümummilli liderin həyatının müxtəlif anlarını əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir. Burada, həmçinin mərkəzi ziyarətə gələn qonaqlarla, xüsusən də gənclərlə ulu öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə məşğələlər keçirilməsi üçün xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş üç elektron auditoriya yaradılıb. üçüncü mərtəbədə “Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir” mövzusunda elektron sərgi nümayiş etdirilir, həmçinin müasir texnoloji avadanlıqla təchiz olunmuş konfrans zalı - lektoriya fəaliyyət göstərir. Mərkəzdə toplanmış materiallar həyatının mənasını xalqına və Vətəninə xidmətdə görən ulu öndərin zəngin və çoxşaxəli fəaliyyəti, ümumən Azərbaycan tarixinin bütöv bir qərinəsi barədə dolğun təsəvvür yaradır. Dövlətimizin başçısı mərkəzlə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Prezident İlham Əliyev ümummilli liderin adını daşıyan yeni mədəniyyət və istirahət parkı ilə tanış olub. Dövlətimizin başçısının park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yaradılan və Suraxanı rayonunun Əmircan qəsəbəsinə xüsusi yaraşıq verən park sakinlərin sevimli istirahət guşələrindən biridir.
Prezident İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyev adına parkın ərazisi 4 hektardır və onun 3 hektara qədəri yaşıllaşdırılıb. Burada 15 min müxtəlif ağac və gül kolları əkilib, bütün ərazi yaşıl çəmənlə örtülüb, əyləncə, ən müasir tələblərə cavab verən idman-trenajor qurğuları, kölgəliklər quraşdırılıb, uşaq meydançası və qumluq sahə düzəldilib. Parkda müxtəlif formalı 100-ə qədər oturacaq, ən müasir işıqlandırma sistemi quraşdırılıb, musiqili fəvvarələr və “Su teatrı” yaradılıb. Fəvvarələrin ətrafında amfiteatrı olan meydanda təqribən 3 min nəfərin iştirak edə biləcəyi kütləvi tədbirlər keçiriləcək. Parkdaxili piyada yolları salınıb, transformator və generator məntəqəsi tikilmiş, su quyusu qazılmış, ərazidə suvarma sistemi quraşdırılıb, su anbarı inşa edilmişdir. çoxlu sayda dekorativ daş, gül və başqa landşaft kompozisiyalarından ibarət guşələr parkın simasını daha da gözəlləşdirir. Buradakı “Bayraq meydanı”nda hündürlüyü 26 metr olan qüllədə Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. Həmin meydanda “Günəş saatı” da vardır. Gənc heykəltəraşların əl işlərindən ibarət heykəltəraşlıq guşəsi parka xüsusi yaraşıq verir. Parkın ərazisində müxtəlif yerlərdə xüsusi müşahidə kameraları quraşdırılmış, mühafizə təmin edilib. Dövlətimizin başçısı daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış olub. Prezident İlham Əliyevə məlumat verilib ki, binanın ümumi sahəsi 4186 kvadratmetrdir. Yeraltı avtomobil dayanacağı olan binanın birinci mərtəbəsində vestibül, qəbul otağı, 70 yerlik yeməkxana, qarderob və 320 yerlik akt zalı yerləşir. Akt zalı ayrıca tikilərək keçid vasitəsilə əsas korpusa birləşir. İkinci, üçüncü və dördüncü mərtəbələrdə işçi və xidməti otaqlar, qəbul otaqları və konfrans zalı var. Kompleksdə işıqlandırma, su təchizatı, havalandırma, rabitə, videomüşahidə, təhlükəsizlik, kompyuter, televiziya sistemləri qurulub. Binanın fasadının bəzək işlərində yüksək keyfiyyətli ağ lövhələrdən, qranitdən istifadə olunub və zövqlə işıqlandırılıb. Bildirilib ki, yeni binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Bu isə icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcək. Prezident İlham Əliyev akt zalı, konfrans salonu, iş otaqları ilə tanış olub, dördüncü mərtəbədəki açıq eyvandan Heydər Əliyev adına parkı seyr edib.
Dövlətimizin başçısı yaradılmış şəraitdən, habelə ərazidə aparılmış yenidənqurma və abadlıq işlərindən razılığını bildirib, tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

