Paytaxtda möhtəşəm gül bayramı təşkil edilib
13.05.2009 [10:50]
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm gül bayramı təşkil edilib. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları gül bayramında olublar. Dövlətimizin başçısına məlumat verilib ki, səhər tezdən başlayaraq paytaxt sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xarici ölkələrdən gətirilmiş gül-çiçəklə bəzədilən parka gəlirlər. Gül bayramında dünyanın 81 ölkəsindən gətirilmiş 1,5 milyondan çox müxtəlif güllərdən istifadə olunub. Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olub, postament güllərlə hörülüb. Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət, gül-çiçəyə qərq olmuş parkın gözəlliyini seyr ediblər. Müxtəlif çiçəklərdən yığılan “xalça”lar və türk dünyasının böyük oğlu Heydər Əliyevin portreti orijinallığı ilə göz oxşayırdı. Yer kürəsinin maketi üzərində səkkizguşəli ulduzun içərisində qızıl güllərdən yığılmış “86” rəqəminin təsvir olunduğu kompozisiya gözəlliyi ilə diqqəti cəlb edirdi. Xarici ölkələrdən gətirilən və Azərbaycanda yetişdirilən cürbəcür çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng kompozisiyalar buraya gələnləri heyran qoyurdu. Fəvvarələrin ətrafından tutmuş hər tərəf bir-birindən gözəl, bahar təravətli gül-çiçək içində idi. Bir-birini əvəz edən musiqi nömrələri bayram ovqatını daha da yüksəldirdi.
Prezident İlham Əliyevə və ailə üzvlərinə Hollandiyadan gətirilən zambaq buketləri təqdim olunub. Məlumat verilib ki, qızılı-bənövşəyi rəngli bu güllər Hollandiya Zambaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası tərəfindən dünyada ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin adına yetişdirilib. Sertifikatın iki nüsxəsi Prezident İlham Əliyevə təqdim olunub. Sertifikatlardan daha biri Zambaqların Kultivasiyası Beynəlxalq Reyestr Təşkilatına, digəri isə Hollandiya Zambaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyasına təqdim edilib. Dövlətimizin başçısı yeni uğurlu növ yetişdirilməsi münasibətilə Assosiasiyanın nümayəndələrini təbrik edərək, onlara müvəffəqiyyətlər arzulayıb. Gül kimi bəzənən və bayramı daha da gözəlləşdirən uşaqlar Prezident İlham Əliyevi və ailə üzvlərini özlərinə xas səmimiyyətlə salamlayıblar. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva uşaqlarla söhbət ediblər, xatirə şəkli çəkdiriblər. Prezident İlham Əliyev və ailə üzvləri gül kompozisiyalarına maraqla tamaşa ediblər. Güldən hazırlanan müxtəlif mənzərələr, orijinal lövhələrdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərinə aid fotoşəkillər böyük maraq doğurub. Dövlətimizin başçısı və ailə üzvləri ümummilli lider Heydər Əliyevin güllərdən yığılan portreti önündə xatirə şəkli çəkdiriblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35

