/ / Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə tanış olub
Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə tanış olub
24.11.2016 [09:57]
Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 23-də sərgi ilə tanış olublar.
Əmlak Məsələləri Dövlət Komitəsi, “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Azərbaycan ilə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan və Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri nümayiş olunur.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dövlətimizin başçısına komitənin stendi haqqında məlumat verdi. Burada son illərdə Azərbaycanda əmlak-torpaq idarəçiliyi və özəlləşdirmə sahəsində əldə olunan nailiyyətlər nümayiş etdirilir. Dövlətimizin başçısına Əmlak Məsələləri Dövlət Komitəsinin məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında hazırlanmış ilk milli naviqasiya sistemi - AzNav barədə məlumat verildi. Naviqasiya sistemi iki komponentdən - Naviqasiya Proqramı və Naviqasiya Xəritəsindən ibarətdir. Həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malik bu sistem Android, iOS, Windows CE əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda, eyni zamanda, telefon və planşetlərdə çalışır. Naviqasiya sistemi Azərbaycan dili ilə yanaşı, ingilis, rus, alman, ərəb, türk, fransız, italyan və digər xarici dilləri də dəstəkləməklə çoxfunksiyalı imkanlara malikdir. Stenddə özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumatlar çatdırılır. Həmçinin özəlləşdirmə prosesini daha optimal, rahat şəkildə həyata keçirmək üçün yaradılmış özəlləşdirmə portalında hərraca çıxarılan əmlaklar və onlara sifariş qaydaları, eləcə də hərrac prosedurları barədə məlumat verilir.
Sərgidə İspaniyanın CHG şirkəti də təmsil olunur. 1972-ci ildən fəaliyyət göstərən şirkət burada “OLİVA NOVA Beach and Golf Resort” layihəsini təqdim edir.
Sərgidə Portuqaliyanın “Mare Asset” şirkəti də öz layihələrini nümayiş etdirir.
Azərbaycan Prezidenti İlham Əliyev şirkətin stendi ilə tanış olub.
Bildirilib ki, şirkət daşınmaz əmlakın idarə olunması ilə bağlı Avropa bazarında uğurla fəaliyyət göstərir. Şirkət, həmçinin Portuqaliyada daşınmaz əmlaka sahib olmaq istəyənlərin istiqamətləndirilməsi, sənədləşmə işinin təşkili və daşınmaz əmlakla bağlı digər məsələlər sahəsində də müştərilərə xidmətlər təklif edir.
Dövlətimizin başçısı “Onur Park Life” layihəsi ilə də tanış olub.
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər” pavilyonuna da baxıb. Bu pavilyon maraq göstərilən stendlər sırasındadır. Bu, “Bakı Ağ Şəhər” layihəsinin 2011-ci ildə “Oil and Gas” sərgisindən sonra Azərbaycanda iştirak etdiyi ikinci sərgidir. Ağ Şəhərin 10 rayonundan 8-i tamamilə təmizlənərək, şəhər təsərrüfatında istifadə üçün yararlı vəziyyətə gətirilib. Beş il ərzində buradan 700 min kubmetr çirkli torpaq daşınaraq, ərazi tamamilə təmizlənib. “Fransız məhəlləsi” adı ilə tanınmış “Yaşıl Ada” rayonu ilk sakinlərini qəbul etməyə hazırlaşır. “Yaşıl Ada”da layihələndirilmiş Paris evlərinin tikintisi, habelə yol və kommunikasiya infrastrukturlarının inşası başa çatmaq üzrədir. Rayonun eksklüziv yaşayış kompleksi sayılan “Knightsbridge Residence”in tikintisinə də start verilib. Beş yaşayış binası, biznes mərkəzi və məktəbdən ibarət kompleksdə yaşıl zonalar da nəzərdə tutulub. Bu, son illərdə Bakıda şəhərsalma ilə bağlı həyata keçirilən ən mühüm və genişmiqyaslı layihədir. Layihənin reallaşdırılması nəticəsində dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının siması daha da müasirləşəcək.
Azərbaycanın daşınmaz əmlak sektorunun nəhənglərindən olan “Yeni Həyat” Şirkətlər Qrupu da sərgidə uğurla təmsil olunur. 2002-ci ildə yaradılan, öz ideyaları və novatorluğu ilə fərqlənən “Yeni Həyat” Azərbaycanın tikinti bazarında ən qabaqcıl şirkətlərdəndir. Şirkət Avropanın bir çox qurumları ilə əməkdaşlıq etməklə ən müasir texnologiyaların tətbiqində zəngin təcrübə qazanıb.
Dövlətimizin başçısı burada “AZİNKO HOLDİNQ” MMC şirkətinin stendi ilə də tanış olub.
2006-cı ildən fəaliyyətə başlayan şirkətinin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən firmalar daxildir. Yarandığı vaxtdan “AZİNKO HOLDİNQ” MMC otel və çoxmərtəbəli yaşayış binalarının, komplekslərin, ticarət və biznes mərkəzlərinin, xəstəxanaların, villaların və digər mülki obyektlərin tikintisi ilə məşğuldur.
Prezident İlham Əliyevə şirkət tərəfindən Bakıda inşa olunan 50 mərtəbəli iş mərkəzi barədə məlumat verilib. Bildirilib ki, binanın inşasına 2013-cü ildə başlanılıb. Hazırda 49-cu mərtəbənin inşası davam edir. Binanın gələn il istifadəyə verilməsi nəzərdə tutulur.
Regionda nümunəvi şəhərsalma layihəsi olan “AAAF Park” yaşayış kompleksi də sərgidə yeni layihələrini təqdim edir. Burada “Astara AAAF Park” və Gənclər şəhərciyi layihələri maraqla qarşılanır. Çoxfunksiyalı, müasir yaşayış binaları, ailəvi istirahət və uşaq əyləncə mərkəzləri, o cümlədən idman komplekslərinin birgə harmoniyasından ibarət “AAAF Park” yaşayış kompleksi ölkəmizin daşınmaz əmlak bazarının nəhənglərindən biri hesab edilir. Kompleksdə sakinlərin işlə təmini də nəzərdə tutulur. Şirkətin layihələri əsasən regionlarda inşa edilir və ilk layihə Xırdalan şəhərində reallaşdırılıb. Bu layihələrin bölgələrdə icra olunması ümumilikdə regionların sosial-iqtisadi inkişafına töhfələr verir.
“Asteco” şirkətinin stendi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, əsası Dubayda qoyulan şirkət 30 ildən artıqdır fəaliyyət göstərir. Şirkətin Böyük Britaniyada, Fransada, Almaniyada, Türkiyədə, Rusiyada, Çində, Avstraliyada və digər ölkələrdə ofisləri fəaliyyət göstərir. Şirkət Azərbaycanda da fəaliyyətə başlamağı planlaşdırır. Yaşayış binalarının, iqamətgahların və ofislərin satışı ilə məşğul olan şirkət sərgidə dörd layihəsini təqdim edir. Bu layihələrin üçü Dubayda, biri Abu-Dabidə icra olunur. Şirkət beynəlxalq səviyyədə daşınmaz əmlak əldə etmək istəyənlərə xidmətlərini təklif edir.
Türkiyə sərgidə 5 şirkətlə təmsil olunur. Bunlar “Dövlət Daşınmaz Əmlak-Mənzil Müştərək İnvestisiya” MMC, həmçinin əmlak layihələrinin satışı şirkəti, “Tahincioğlu”, “Ağaoğlu” və “Özak” özəl şirkətlərdirlər. Şirkətlər yaşayış və inzibati binaların tikintisi ilə məşğuldur. Bu şirkətlər sərgiyə Türkiyə Nazirlər Kabineti yanında Sosial Mənzil Baş İdarəsi tərəfindən cəlb olunub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 330 hektarlıq ərazini əhatə edən “Dreamland”-”Xəyal Adası” yaşayış kompleksinin stendi ilə də tanış olublar.
“Xəyal Adası” yaşayış kompleksi şəhərkənarı sakitlik ilə müasir həyat tərzini özündə cəmləşdirir. Burada 394 müasir ev və fərqli zövqlərə uyğun olaraq inşa edilmiş 7 üslubda 234 villa mövcuddur. On bir süni gölün yaradıldığı və hektarlarla yaşıllıq zolaqlarının salındığı “Xəyal Adası” yaşayış kompleksi artıq növbəti ilin fevral ayında ilk sakinlərini qəbul edəcək. Burada həm də müasir “SABİS Sun” beynəlxalq məktəbi və müasir tələblərə cavab verən qolf sahəsi fəaliyyət göstərir. Üç yaşdan yuxarı uşaqlara ingilis dilində təhsil verən bu məktəb “Xəyal Adası” daxilində 67 min kvadratmetr sahəyə malik şəhərcikdə yerləşir. Şəhərciyin birinci mərhələsinə uşaq bağçaları və ibtidai məktəblər üçün akademik binalar, mini-gimnaziya və oyun meydançası daxildir.
Noyabrın 24-dək davam edəcək bu mühüm sərgi həm yerli, həm də beynəlxalq müstəvidə daşınmaz əmlak sektoruna aid nüfuzlu şirkətləri, brend layihələri, potensial əmlak investorlarını Azərbaycanda vahid platformada toplayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

