/ / Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin yeni binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin yeni binasının açılışında iştirak edib
01.07.2009 [11:45]
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak edib.
Daxili işlər naziri general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Məlumat verilib ki, 2008-ci ilin yanvarında başlanmış inşaat işləri bu ay başa çatdırılıb. Altımərtəbəli binanın sahəsi 8544 kvadratmetr, idarənin ümumi ərazisi isə 1,3 hektardır.
Ən müasir standartlara uyğun tikilmiş binanın inşaat işlərində Almaniya və Türkiyədən gətirilmiş, eləcə də yerli materiallardan istifadə olunub. Tikintidə yerli işçi qüvvəsi çalışıb.
Binada bütün zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz olunmuş 150 xidməti otaq, növbətçi otağı, “102” xidməti otağı, brifinq zalı, 200 nəfərlik akt zalı, yeməkxana var, ayrıca qaraj və digər yardımçı sahələr yaradılıb.
Binanın mərkəzləşdirilmiş havalandırma sistemi, transformator yarımstansiyası, avtomobil dayanacağı var.
Dövlətimizin başçısı birinci mərtəbədə növbətçi və “102” xidməti otaqlarına baxıb. Məlumat verilib ki, qanun pozuntuları və vətəndaşlara qarşı törədilən digər hüquqazidd əməllər barədə “102” xidmətinə daxil olan məlumatlar dərhal “on-line” rejimində yerli polis orqanlarına ötürülür. “102” xidməti otağında, eyni zamanda, “Təhlükəsiz şəhər” sisteminin məntəqəsi də fəaliyyət göstərir. “Təhlükəsiz şəhər” sistemi Prezident İlham Əliyevin 2004-cü il iyunun 30-da təsdiq etdiyi “Polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələrdən biridir. Sistem müxtəlif yerlərdə quraşdırılmış kameralar ilə paytaxtda hüquq qaydasına riayət olunmasına nəzarətin müasir informasiya-kommunikasiya texnologiyaları, o cümlədən videomüşahidə yolu ilə həyata keçirilməsini, fasiləsiz şəkildə canlı izlənilməsini, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsini təmin edir.
Birinci mərtəbənin foyesində Azərbaycanın dövlət rəmzlərini əks etdirən stendlər quraşdırılıb.
İkinci mərtəbənin foyesində Ulu öndər Heydər Əliyevin, üçüncü mərtəbənin foyesində isə Prezident, Ali Baş Komandan İlham Əliyevin polis orqanlarına diqqət və qayğısını əks etdirən fotoguşələr var. Dəhlizlərin divarlarında qədim və müasir Bakının mənzərələrini əks etdirən fotoşəkillər asılıb.
Dövlətimizin başçısı binanın müasir səs avadanlığı ilə təchiz edilmiş akt zalına, xidməti otaqlarına, 100 nəfərlik yeməkxanasına da baxıb.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19

