Neft gəlirləri insan kapitalına çevrilir
24.09.2009 [10:26]
Azərbaycanın neft strategiyasının başlıca hədəfləri həmişə ölkənin iqtisadi yüksəlişinə təkan verməkdən və sosial islahatların davamlı olaraq miqyasının genişləndirilməsinə baza yaratmaqdan ibarət olub. Yeni neft erasının başlanması və Azərbaycanın yanacaq ehtiyatlarının dünya bazarlarına nəqli respublikamızın maliyyə qüdrətinin və strateji valyuta ehtiyatlarının yüksəlişinə imkan yaratmaqla bərabər, iqtisadi-sosial, ictimai-mədəni, humanitar sahələrdə əhəmiyyətli dönüş yaradıb. Azərbaycan hökuməti neft gəlirlərinin səmərəli istifadə olunması ilə bağlı strateji konsepsiyanı həyata keçirməkdədir. Neft vəsaitlərinin idarə olunmasında Amerika və Norveç modelinə uyğun strategiyanın həyata keçirilməsi bu sahədə şəffaflığın tam təmin olunmasına səbəb olub.
Respublikamız neft vəsaitlərinin idarə olunmasında mükəmməl konsepsiyanı həyata keçirməklə yanaşı, “qara qızılı” qeyri-neft sektorunun və elmi-mədəni tərəqqinin inkişafına yönəltməkdədir. Bu vəsaitlərin həcmi ilbəil artırılır və əldə olunan yüksək nailiyyətlər beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində xüsusi dəyərini almaqdadır. “Ernst ənd Yonq”, “Mudz”, “Fitç İbka”, “Standart ənd Purs” kimi dünyanın ən nüfuzlu reytinq təşkilatları Azərbaycanın neft və mədən sənayesində neçə illərdir ki, qiymətləndirmə aparır və bu qurumların neft vəsaitlərinin xərclənmə istiqamətləri ilə əlaqədar yekun rəylərində şəffaflığın təmin olunması öz əksini tapıb.
Azərbaycan hökuməti neft və qaz ehtiyatlarının satışından əldə olunan kapitalı bütün bölmələrə sərf etməklə həm iqtisadiyyatın diversifikasiyasını dərinləşdirib, həm də müasir idarəetmə texnologiyalarının miqyasını genişləndirib. ölkəmizdə geniş vüsət alan yol, nəqliyyat, infrastruktur, su, kanalizasiya, təhsil, səhiyyə, elm, mədəniyyət, sosial sfera, kommunikasiya, rabitə, bank, maliyyə və digər sahələrdəki böyük inkişaf də məhz neft kapitalının hesabına reallaşır. Neft gəlirləri bütün insanların həyatında hiss olunmaqdadır. Hər il qaçqın və məcburi köçkünlərin sosial həyatının, mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına 200 milyon manatdan çox pul sərf edilir ki, bu da neft vəsaitləri hesabına mümkünləşir. Bunun nəticəsidir ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı bütün çadır şəhərcikləri ləğv olunub. Neft gəlirləri həm də qaçqınların ərzaq xərcləri üçün sərf edilir. Regionlarda inşa edilən səhiyyə müəssisələri və diaqnostika mərkəzləri də neftdən daxil olan maliyyə mənbələri hesabına reallaşır.
Dövlət Neft Fondundan il ərzində yüz milyonlarla manat vəsaitin infrastruktur və investisiya bölmələrinə ayrılması respublikamızın bütün bölgələrinin simasının dəyişməsinə səbəb olub. Bütün bölgələrdə tikilən məktəblər, mədəniyyət obyektləri də neft kapitalının hesabına gerçəkləşir. Bakı şəhərinin içməli su ilə təminatında həlledici rol oynayan və Prezidentin ikinci Bakı-Tbilisi-Ceyhan adlandırdığı Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi də neft vəsaitləri hesabına reallaşmaqdadır. Eyni zamanda, Bakı-Tbilisi-Qarsın çəkilişində də neft vəsaitləri üstünlük təşkil edir. Bu gün inşa olunan körpülər, yollar, elektrik stansiyaları, su-kommunal xidmət qurğularının bərpasında, tikintisində başlıca maliyyə mənbəyi neft gəlirləridir. Neft gəlirləri hesabına reallaşan idarəetmə sisteminin təkmilləşdirilməsi isə ölkəmizin hər il dünyada qabaqcıl texnologiyalar tətbiq edən dövlətlər sırasında reytinqinin artmasına təkan vermiş olur. Məhz bütün bu nailiyyətlərin təməlində insan intellekti, zəkası və əməyi durur. Buna görə də hökumət neft gəlirlərini intellektual mülkiyyətə, insan kapitalının inkişafına yönəltməyi başlıca məqsədlərindən biri elan edib.
Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan hökumətinin apardığı siyasətin başlıca məqsədi nefti - “qara qızılı” insan kapitalına çevirməkdən ibarətdir. “Neftimizi, yəni “qara qızılı” insan kapitalına çevirə bildik. Siyasi və iqtisadi islahatlar sahəsində fəal siyasət və enerji siyasəti nəticəsində biz son üç il ərzində iqtisadi artımı 96 faiz səviyyəsinə qaldıra bildik. Həmin dövr ərzində, əsasən, iqtisadi islahatlar siyasəti və enerji strategiyası sayəsində biz dünyada iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkə olmuşuq”.
Siyasi və iqtisadi islahatlar nəticəsində son üç ildə Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkəyə çevrilib. Azərbaycanın əldə etdiyi valyuta gəlirlərinin insan kapitalına çevrilməsi iqtisadi siyasətin başlıca hədəflərindən birinə çevrildiyindən hökumət insan kapitalı ilə bağlı xüsusi ixtisaslaşmış struktur yaratmaq niyyətindədir. İnkişaf etmiş dövlətlərin təcrübəsini nəzərə alan hökumət bu təşəbbüsü reallaşdırmaqla intellektual və yüksək idarəetmə qabiliyyətinə malik güclü insan kapitalı bazası formalaşdırmaq imkanı qazana bilər. Artıq bütün inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bütün inkişaf meyillərinin kökündə insan faktoru dayanır. İnkişaf etmiş ölkələrin ən böyük sərvəti və kapital fondu da məhz zəngin biliyi və təcrübəsi olan insan resurslarıdır. Azərbaycan insan kapitalı fondunu formalaşdırmaqla dövlət və özəl sektorun ən müasir bilik və texnologiyaları mənimsəmiş kadrlarla təmin olunmasına nail ola bilər. Respublikamızda həmin baza üçün böyük resurslar da mövcuddur.
Hazırda Azərbaycanın həm respublika daxilində, həm də xarici dövlətlərin nüfuzlu elm və təhsil müəssisələrindəki peşəkar gənc kadr ordusu müasir dünyanın elmi, texniki və mədəni tərəqqisinin ölkəmizə transfer olunmasının əsas bazasıdır. Onlar müasir idarəetmə texnologiyalarının qızıl fondu sayıla bilərlər. Onu da qeyd edək ki, hökumət xarici ölkələrdə təhsil alan gənclərin həm sayının artırılması, həm də onların tədris xərclərinin yüksəldilməsi ilə bağlı məqsədyönlü addımlar atmaqdadır. Beləliklə, neft-qaz ehtiyatlarından əldə olunan gəlirlər insan kapitalının inkişafına yönəldilməklə Azərbaycanın iqtisadi tərəqqisi və davamlı inkişafı üçün etibarlı zəmanətə çevrilir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

