Prezident İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
24.04.2018 [09:21]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.
Ötən il, eləcə də bu ilin ilk rübünün nəticələrinə əsasən ticarət dövriyyəsinin artmasını iqtisadi əlaqələrimizin genişlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev bunun ümumilikdə ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisi olduğunu vurğulayıb. Dövlətimizin başçısı ölkələrimizin birgə səmərəli fəaliyyəti nəticəsində iqtisadi əlaqələrin möhkəmləndiyini, eləcə də ayrı-ayrı müəssisələr arasında əməkdaşlığın gücləndiyini deyib. Prezident İlham Əliyev iqtisadi əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Maksim Oreşkin bir daha prezident seçkilərində inamlı qələbəsi münasibətilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbriklərini dövlətimizin başçısına çatdırıb. O qeyd edib ki, seçkilərin nəticələri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi kursa xalq tərəfindən verilən möhkəm dəstəyin təzahürüdür və Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır. Rusiyalı qonaq qeyd edib ki, hətta Bakıya son gəlişindən keçən bir neçə ay ərzində iqtisadi əməkdaşlıq istiqamətində irəliyə doğru bir sıra ciddi addımlar atılıb. Maksim Oreşkin azərbaycanlı həmkarları ilə birgə məhsuldar fəaliyyətin həyata keçirildiyini məmnunluqla vurğulayıb.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, investisiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28

