/ / Dövlət başçısı İlham Əliyev Bakı-Şamaxı avtomobil yolunun yenidənqurmadan sonra açılış mərasimində iştirak edib
Dövlət başçısı İlham Əliyev Bakı-Şamaxı avtomobil yolunun yenidənqurmadan sonra açılış mərasimində iştirak edib
27.11.2009 [09:33]
Dünən Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Bakı-Şamaxı avtomobil yolunun açılışında iştirak edib. İnşaatçılar Prezident İlham Əliyevi hərarətlə qarşılayıblar. Dövlətimizin başçısı yolun açılışını bildirən lenti kəsib.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, Bakı-Şamaxı avtomobil yolunun yenidən qurulması layihəsi Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanan “Azərbaycan magistral avtomobil yolu-2” layihəsi üzrə sazişə uyğun həyata keçirilib. ölkəmizin əsas magistrallarından biri olan bu yol ən müasir texnologiya əsasında qurulub. Yolun ümumi eni 15-17 metrə, bəzi yerlərdə 22 metrə çatır. Yolun hərəkət hissəsi iki, bəzi yerlərdə isə dördzolaqlıdır. Yola 314 min 952 ton iridənəli asfalt-beton örtük döşənib. İstifadə edilmiş xırdadənəli asfalt-betonun həcmi 176 min 235 ton olub. Layihə üzrə 147 boru keçidi tikilib, yol üzərindəki iki körpü təmir olunub, beşi isə yeni inşa edilib.
Prezident İlham Əliyev inşaatçılarla söhbət edərək deyib: “Ən başlıca amil keyfiyyətdir. Bu yol da çox keyfiyyətli tikilib. Mənim xoşuma gəldi. Azərbaycanda bütün yollar bu səviyyədə olmalıdır. Yolun tikilməsi və istifadəyə verilməsi münasibətilə sizi təbrik edirəm. Eyni zamanda, burada göstərdiyiniz xidmətlərə görə sizə minnətdaram. Bu, gözəl bir nəqliyyat infrastrukturudur. Hamımız yaxşı xatırlayırıq ki, əvvəlki yolun vəziyyəti çox bərbad idi. İnsanlar əziyyət çəkirdilər. Ancaq bu gün Bakı-Şamaxı yolu dünyanın ən yüksək standartlarına cavab verir. Bu, həm müasirlikdir, həm inkişafdır, həm də insanlar üçün rahatlıqdır. Nəzərə alsaq ki, gələcəkdə bu yolun tikintisi Azərbaycanın dövlət sərhəddinə qədər davam edəcək, hələ işlər çoxdur. Bu yolun tikintisində, eyni zamanda, beynəlxalq əməkdaşlıq elementləri də özünü büruzə verir. Burada həm xarici şirkətlər, həm yerli subpodrat şirkət işləyib, həm də beynəlxalq maliyyə qurumları tərəfindən ayrılan vəsaitdən istifadə olunubdur. Yəni bu, beynəlxalq əməkdaşlıq nümunəsidir. Azərbaycanda həm beynəlxalq maliyyə dəstəyi, həm öz resurslarımız hesabına müxtəlif yol layihələri icra edilibdir. Növbəti ildə yol infrastrukturunun inkişafı üçün əlavə vasait nəzərdə tutulub. Demək olar ki, kapital qoyuluşu məsələlərində yol tikintisi xüsusi yer tutur. çünki hələ çox iş görülməlidir. çox iş görülüb və çox iş də görülməlidir. Deyə bilərəm ki, hər həftə Azərbaycanda yeni yol marşrutu istifadəyə verilir. Keçən həftə Yevlax-Ucar yolunun istifadəyə verilməsində iştirak etmişik. Bu gün Bakı-Şamaxı. Növbəti aylarda və illərdə bütün başqa əsas yollar bax, belə gözəl keyfiyyətlə istifadəyə veriləcəkdir. Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm. Eyni zamanda, sizi Qurban bayramı münasibətilə təbrik edirəm və uğurlar arzulayıram! Sağ olun!”.
İnşaatçılar dövlətimizin başçısına minnətdarlıq ediblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

