/ / Prezident İlham Əliyev Fransa Senatının Fransa-Qafqaz dostluq qrupu sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Fransa Senatının Fransa-Qafqaz dostluq qrupu sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
01.10.2019 [09:51]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib: “Azərbaycana xoş gəlmisiniz, sizi salamlayıram. Əminəm ki, səfəriniz Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli rol oynayacaq. Bu yaxınlarda səfirin etimadnaməsini qəbul edərkən Fransa-Azərbaycan əlaqələri haqqında Öz fikirlərimi bölüşdüm. Hesab edirəm ki, əvvəlki dövrlərdə bu əlaqələrin inkişafı istiqamətində böyük işlər görülmüşdür və müxtəlif sahələrdə Fransa-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Siyasi əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Dövlət başçıları səviyyəsində bir çox qarşılıqlı səfərlər edilib. Onu da bildirməliyəm ki, Heydər Əliyevin Prezident vəzifəsinə seçiləndən sonra ilk xarici səfəri Fransaya olmuşdur. Mənim də Prezident vəzifəsinə seçilməyimdən sonra ilk rəsmi səfərim Prezident Jak Şirakın dəvəti ilə Fransaya olub. Fürsətdən istifadə edərək Prezident Jak Şirakın vəfatı ilə əlaqədar bir daha başsağlığı verirəm.
Fransa prezidentləri Azərbaycana rəsmi səfərlər etmişlər və keçən ilin iyul ayında mənim Fransaya səfərim çərçivəsində Prezident Makron ilə çox səmimi görüşümüz olub. Yüksək səviyyəli səfərlər bütün sahələrdə əlaqələrin inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, bir çox sahələrdə, o cümlədən energetika, nəqliyyat, kosmik sənaye, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Əlbəttə ki, parlamentlərarası əlaqələr ümumi əlaqələrimizin inkişafına çox mühüm töhfə vermişdir. Əminəm ki, sizin səfəriniz də bu istiqamətdə çox uğurlu və önəmli addım olacaqdır”.
Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uper deyib: “Cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkürümüzü bildiririk. Ölkənin birinci şəxsi tərəfindən səfirimizin müşayiət etdiyi nümayəndə heyətimizin qəbul edilməsindən şərəf hissi duyuruq. Səfir bu yaxınlarda təyin olunub və öz fəaliyyətinə artıq başlayıb. Şəxsən öz adımdan və Fransa adından Sizə və xanımınıza təşəkkürümüzü bildiririk ki, Prezident Şirakın vəfatı ilə əlaqədar siz dostluğunuzu nümayiş etdirdiniz. Dostluğun müddəti olmur. Siz bunu sübuta yetirdiniz. Ölkələrimizi səciyyələndirəcək bir söz olarsa, o, dostluq sözü olardı. Ölkələrimiz arasında güclü əlaqələr var. Çünki bir əsrdən çox müddət əvvəl sizin hökumətiniz Fransada mühacir olmuşdur. General de Qol hələ 1944-cü ildə burada olmuşdur”.
Alen Uper mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycanın əhəmiyyətini xüsusi olaraq vurğulayıb və Fransada bu mövzu ilə əlaqədar müzakirələr aparılan zaman Azərbaycanı nümunə kimi təqdim etdiyini bildirib.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar Azərbaycanın mövqeyini diqqətə çatdıraraq bildirib ki, bu münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Görüşdə Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlığın inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu qeyd olunub. Həmçinin söhbət zamanı iki ölkə arasında elmi tədqiqat, tibb və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

