Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri Latviya KİV-lərinin diqqət mərkəzindədir
20.01.2011 [09:21]
Məqalədə daha sonra deyilir: “Zatlers və Əliyev birgə bəyanat da imzalamışlar. Sənəddə, bütün başqa məqamlardan əlavə, Dağlıq Qarabağda münaqişənin dinc yolla həll edilməsinin zəruriliyi qeyd edilir. Tərəflər Latviyanın və Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiklərini bildirirlər. İki ölkənin prezidentləri ticarət, müdafiə, kommunikasiyalar, nəqliyyat və logistika, mülki aviasiya, turizm, təbabət, elm, təhsil və digər sahələrdə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirmişlər”.
Latviyanın “mixnews” multimedia informasiya portalında dərc edilmiş “Prezidentlər: Latviya və Azərbaycan hansı məqsədə can atdıqlarını bilirlər” sərlövhəli məqalə də ikitərəfli əməkdaşlıq potensialının artırılması mövzusuna həsr edilib.
Bu materialda qeyd edilir ki, Prezident İlham Əliyevin sözlərinə görə, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, iqtisadiyyat və mədəniyyət sahəsində hələ görüləsi işlər də var. Latviya-Azərbaycan biznes forumunda Azərbaycan biznesinin 50-dən çox nümayəndəsinin iştirak etməsi faktı da bunu təsdiqləyir.
Zatlers isə, öz növbəsində, göstərib ki, Latviyada da bu foruma böyük maraq müşahidə olunur. Latviya tərəfindən həmin forumda 250-dən çox sahibkar iştirak edib.
Prezidentlər informasiya texnologiyaları, nəqliyyat, energetika və linqvistika sahələrində də əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
“Qrani.lv” portalı Prezident İlham Əliyevin Riqaya səfəri barədə “Azərbaycan və Latviya iqtisadiyyat və informasiya texnologiyaları sahələrində əməkdaşlıq edəcəklər” sərlövhəli materialda yazır: “Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya səfəri iki ölkənin iqtisadi və mədəni əməkdaşlığını möhkəmlətmək məqsədi daşıyırdı”.
Müəllif iki dövlətin münasibətlərinin kifayət qədər müsbət istiqamətdə inkişaf etməsini vurğulayan Latviya Prezidenti Valdis Zatlersə istinad edir: “İlk baxışda tənəzzül gözlənilən bu illər ərzində iqtisadi əməkdaşlığın həcmi 10 faiz artmışdır. Forumun işi nəticəsində Azərbaycan-Latviya işgüzar şurası yaradılması təkcə hökumətlər və dövlət rəhbərləri səviyyəsində deyil, həm də sahibkarlar arasında əlaqələri möhkəmlətməyə imkan verəcəkdir”.
“Qrani” portalındakı məqalənin sonunda deyilir: “Azərbaycan Prezidenti Seymin sədri Solvita Aboltinya ilə də görüşmüşdür. Söhbət zamanı Aboltinya ümidvar olduğunu bildirmişdir ki, iqtisadi böhrana baxmayaraq, iki dövlətin paytaxtları arasında birbaşa hava əlaqəsi iqtisadi əməkdaşlığı xeyli asanlaşdıracaq, bu əməkdaşlığa, eləcə də “ölkələr arasında adi insani əlaqələrə” kömək edəcəkdir”.
“Biznes & Baltiya” nəşrində dərc edilmiş “Bakı Riqaya bir sıra layihələrdə iştirak etməyi təklif etmişdir” və “tvnet.Lv” internet portalında dərc edilmiş “Azərbaycan bizim yollarla maraqlanmışdır” sərlövhəli məqalələr də iqtisadi mövzuya həsr edilmişdir. Birinci məqalədə vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri zamanı iki dövlətlərarası müqavilə imzalanmış, Latviya-Azərbaycan işgüzar əməkdaşlıq şurası yaradılmışdır. İkinci materialda deyilir: “Latviya-Azərbaycan biznes-forumunda Latviya ilə Azərbaycan arasında energetika və nəqliyyat sahələri kimi istiqamətlər üzrə iqtisadi əməkdaşlıq həyata keçirilə biləcəyini bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev forumu fikir mübadiləsi və yeni əlaqələr axtarışı üçün mühüm məkan kimi qiymətləndirmiş, Avropa ilə Asiyanı birləşdirən dəmir yol layihələrinin inkişaf etdirilməsini nəzərdə tutaraq latviyalı biznesmenlərin təcrübəsi və bilikləri barədə xoş sözlər söyləmişdir. Prezident qeyd etmişdir ki, Latviya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi bu ölkənin Avropa İttifaqı ilə münasibətlərini də möhkəmlədəcəkdir”.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

