/ / Dövlət başçısı İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak edib
Dövlət başçısı İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak edib
18.03.2011 [09:13]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak edib.
Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşılayıblar.
Dövlətimizin başçısı yeni aerovağzal kompleksinin baş planını və mövcud terminalda aparılacaq əsaslı yenidənqurma işlərini əks etdirən stendlərə baxıb.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına məlumat verib ki, Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası 1933-cü ildə yaradılıb. Respublikamızda beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksi isə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib və 1999-cu ildə istismara verilib. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulub, uçuşları idarəetmə sistemləri müasirləşdirilib, radionaviqasiya və meteo avadanlıq yenilənib, digər silsilə tədbirlər reallaşdırılıb.
Qeyd olunub ki, 2003-cü ildən Azərbaycanın mülki aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoyub. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan beynəlxalq hava limanı işə düşüb. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala və Lənkəranda hava limanları istismara verilib. Bundan başqa, respublikamızın mülki aviasiyasının kompleks inkişafı çərçivəsində Qəbələ beynəlxalq hava limanının tikintisinin bu ilin payızında tamamlanması nəzərdə tutulub.
Məlumat verilib ki, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənib. Bundan başqa, 2011-2014-cü illərdə yeni ən müasir təyyarələrin alınması nəzərdə tutulub. Hazırda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın 13 ölkəsinə, o cümlədən, 23 şəhərə uçuşlar həyata keçirir. Azərbaycana isə 15 ölkənin 33 şəhərindən 19 şirkət tərəfindən aviareyslər reallaşdırılır.
Diqqətə çatdırılıb ki, respublikamızın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli mövqe tutmasını başlıca prioritetlərdən biri kimi qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin həyata keçirdiyi sürətli sosial-iqtisadi inkişaf proqramları mülki aviasiyanın inkişafında da mühüm rol oynayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisinə başlanması bu istiqamətdə həyata keçirilən vacib tədbirlərdən biridir.
Qeyd edilib ki, layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Yeni layihə həyata keçirildikdən sonra ildə 3 milyon sərnişinə xidmət göstəriləcək. Ən müasir standartlara cavab verəcək aerovağzal kompleksinin sahəsi 58 min kvadratmetr təşkil edəcək. üçbucaq formasında inşa ediləcək dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcək. Mövcud terminal vasitəsilə isə yerli aviareyslər həyata keçiriləcək.
Məlumat verilib ki, yeni terminalın binasında 18 eskalator və 20 sərnişin lifti quraşdırılacaq. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcək. Müasir görünüşü ilə də diqqəti cəlb edəcək yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaq. Ən son avadanlıqların tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaq. Aerovağzal binasının ərazisində eyni vaxtda 8 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılacaq. Yeni aerovağzalın tikintisi ilə yanaşı, mövcud aerovağzal da tam müasirləşdiriləcək.
Bildirilib ki, inşa olunacaq beşmərtəbəli Uçuşları İdarəetmə Mərkəzinin binasında ən son texnologiyalara əsaslanan meteoroloji radar sistemləri quraşdırılacaq. Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş-enmə zolağının uzunluğu 4 min, eni 75 metr olacaq. Perron və yönəldici yollar da yenidən qurulacaq.
Sonra Prezident İlham Əliyev kompleksin təməlini qoyub.
Dövlətimizin başçısı kapsulu bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşlarını və inşaatçıları təbrik edərək deyib ki, Azərbaycan sürətlə inkişaf edir, ölkəmizə gələnlərin sayı artır: “Beləliklə, yeni müasir aeroportun tikintisinə böyük ehtiyac var idi və çox istəyirdik ki, bu aeroport həm funksional baxımdan, həm də gözəlliyi ilə seçilsin. Əminəm ki, dünyanın ən gözəl aeroportu məhz Bakıda olacaqdır. Son illərdə Azərbaycanın müxtəlif şəhərlərində aeroportlar tikilib. 2004-cü ildə Naxçıvanda, 2006-cı ildə Gəncədə, 2008-ci ildə Lənkəranda və Zaqatalada. Bu il Qəbələdə beynəlxalq aeroport istifadəyə veriləcəkdir. Bakıda yeni beynəlxalq aeroportun tikintisi də artıq başlayır. Bu işlərə həm yerli şirkətlər, mütəxəssislər, həm də dünyanın tanınmış şirkətləri cəlb edilmişlər. Aeroport əslində gözəl bir memarlıq abidəsidir. Hazırda Bakıda və ölkəmizin digər şəhərlərində yeni gözəl binalar tikilir. O binalar ölkəmizin inkişafını göstərir. O binalar yeni Azərbaycanın rəmzlərinə çevrilir. O cümlədən bu aeroport - ölkəmizin giriş qapısı müasir Azərbaycanın inkişafını və indiki vəziyyətini əks etdirməlidir. Mən əminəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünya miqyasında öz gözəlliyi və funksional keyfiyyətləri ilə seçiləcəkdir”.
Sonra Prezident İlham Əliyev tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Dövlətimizin başçısı inşaatçılara və “Azərbaycan Hava Yolları” QSC-nin kollektivinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

