Birinci Avropa Oyunlarının məşəli Ucarda alovlandırılıb
22.05.2015 [09:34]
Azərbaycanı qarış-qarış gəzən “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli mayın 21-də Ucara gətirilib və burada minlərlə sakinin iştirakı ilə qarşılanma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, məşəl şəhərin Koroğlu və Oğuz küçələrinin kəsişdiyi yerdə, Oyunların rəmzi qapısında qarşılanıb və rayon sakini, ziyalı Tağı Məmmədov tərəfindən qəbul edilib.
Sonra 10 nəfər məşəlçinin yürüşü başlanıb. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Koroğlu küçəsi və Heydər Əliyev prospektindən keçməklə Ulu öndərin adını daşıyan Mərkəzin qarşısındakı meydana gəliblər.
Məşqçi-müəllim Seymur Quliyev meydanda qurulan səhnəyə qalxaraq məşəli alovlandırıb.
Birinci Avropa Oyunlarının çırağı yandırılaraq şahmatın rapid (sürətli) növü üzrə Avropa yarışlarının bürünc medalçısı, bu il İranda keçirilən şahmat üzrə beynəlxalq yarışlarda qızlar arasında birinci yerin qalibi Süsən Məmmədovaya verilib. S.Məmmədova isə çırağı birinci Avropa Oyunları başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təqdim edib.
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin Ucara gətirilməsi ilə əlaqədar rayon sakini, ziyalı Alı Babayev təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Bu mərasim Ucarın tarixində çox mühüm bir hadisədir. Müqəddəs Atəşgahda alovlandırılan məşəlin ölkəmizi qarış-qarış gəzməsi hər şeydən əvvəl “Bakı-2015” ilk Avropa Oyunlarının möhtəşəmliyindən xəbər verir. Fəxr edirik ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qısa zamanda bu cür beynəlxalq tədbirə ev sahibliyi edir. Əlbəttə, Avropa Olimpiya Komitəsinin üzvü olan ölkələrin böyük əksəriyyətinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə səs verməsi heç də təsadüfi deyil. Bu, Ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi və xarici siyasət strategiyasının məntiqi nəticəsidir”.
Məşəl estafetini izləyən rayon sakini, həkim Səidə Ələkbərova isə deyib: “Məşəlin qarşılanma mərasimi biz ucarlılara da qismət oldu. “Bakı-2015” ilk Avropa Oyunları kimi möhtəşəm bir tədbirin doğma Azərbaycanımızda keçirilməsi, əlbəttə, ölkəmizin nüfuzundan irəli gəlir. Bu nüfuz isə heç də asanlıqla qazanılmır. Dünyanın iqtisadi böhran məngənəsi altında sıxıldığı bir zamanda Azərbaycanın dinamik inkişafı, sosial-iqtisadi sahədəki uğurları, tolerantlıq, sabitlik məhz həyata keçirilən siyasətin nəticələridir. Heç şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bu cür beynəlxalq tədbirlər hələ çox olacaq”.
Tədbirdə birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
İlk Avropa Oyunlarının məşəli günün ikinci yarısında Ucardan Göyçaya yola salınıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

