Ağdərə-Ağdam magistralı...
20.04.2024 [10:30]
Bölgənin inkişafı və iqtisadi inteqrasiyasına açılan yeni yol
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ iqtisadi rayonunda daha bir strateji nəqliyyat infrastrukturunun qurulmasına start verib. Söhbət Ağdərə-Ağdam avtomobil yolunun inşasından gedir. 33 kilometr olan iri magistral şəbəkə sayılan Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 33,5 km uzunluğa malik Ağdərə-Ağdam avtomobil yolunda hazırda torpaq işləri görülür və yolun genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Hərəkət hissəsinin eni 9 metr, torpaq yatağının eni 15 metr təşkil edəcək yeni yol 2 hərəkət zolaqlı olmaqla II texniki dərəcəyə uyğun qurulacaq. Layihə üzrə Ağdam ərazisində Xaçınçay çayı üzərində 5 aşırımlı körpü də inşa ediləcək.
Ağdərə-Ağdam avtomobil yolunun bölgə üçün hansı əhəmiyyət daşıyır?
İlk növbədə vurğulayaq ki, sözügedən yol strateji nəqliyyat marşrutlarından biri kimi Böyük Qayıdışa dair Dövlət Proqramında yer alıb. Ağdərə-Ağdam avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.
Bu nəqliyyat infrastrukturu bölgədə ilk növbədə, tikinti-quraşdırma işlərinin miqyasının mühüm göstəricisi olmaqla inşaat sektorunda əlavə dəyərin yaranmasında əhəmiyyət daşıyır. Belə ki, yol infrastukturuna yönələn sərmayələr, mal-material xərcləri, texnika və avadanlıqları alınması ümumilikdə məhsul buraxılışının artmasına səbəb olur ki, nəticədə tikinti sektorunda yaranan əlavə dəyərin həcmi də böyüyür. Bunun nəticəsidir ki, yol-nəqliyyat layihələrinin icrasının sürətlənməsi sayəsində 2024-cü ilin əvvəllərindən başlayaraq tikinti sektorunun ÜDM-də payı durmadan artrır. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında ölkədə istehsal olunmuş qeyri-neft ÜDM-nin 6,7 faiz artmasına tikinti-inaşşat işlərinə yönələn sərmayələrin həcmi stimullaşdırıcı təsir göstərib. Qeyd edilən dövrdə əsas kapitala 3,8 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çox investisiya yönəldilib ki, sərmayələrin 30 faizindən çoxu tikinti-nəqliyyat sahələrinə sərf olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə tikinti və nəqliyyat quruculuğuna yönələn kapitalın faiz nisbəti 4,8 faiz bənd artıb. Nəticədə ÜDM-in strukturunda tikinti sektorunun payı əvvəlki 4,6 faizdən 5,9 faizə yüksəlib.
Ağdam-Ağdərə avtomobil yolu həmin bölgədə bizneslə məşğul olmaq istəyən, sərmayə yatırmağa çalışan biznes icmasının gələcək fəaliyyətinin səmərəliliyini də artırmış olacaq. Çünki biznes layihələrində ən mühüm amillərdən biri yol infrastrukturudur, yol faktoru sahibkarların bazara çıxışı üçün xüsusi əhəmiyyət daşıyır. Layihə məşğulluğun artmasında də əhəmiyyət kəsb edir. Belə ki, bu layihəyə cəlb edilmiş yüzlərələ işçinin iş yerləri ilə təmin edilməsi onların sosial vəziyyətinə müsbət təsir etməklə, bölgədəki digər nəqliiyat və yol qovşqalarının inşasına cəlb edilməsi üçün də şərait yaradır.
Bundan başqa, həmin yol infrastrukturu Suqovuşan-Kəlbəcər avtomobil yolu şəbəkəsinə bağlandığından Ağdərəyə çıxış imkanları üçün də əlavə yol hərəkətinin təmin edəcək. Nəticədə həmin yol Ağdamı Ağdərə və Kəlbəcərlə birləşdirəcək və nəticədə çoxşəbəkəli nəqliyyat qovşaqlarının yaranması sayəsində Ağdam, Ağcabədi, Bərdə və ətraf rayonların Kəlbəcərlə nəqliyyat bağlantısı intensiv xarakter alacaq, onların daha qısa məsafədən rahat şəkildə bölgənin bütün rayonları ilə ünsiyyətini quracaqdır.
Bundan başqa, sözügedən yol qovşağı sənaye zonasına çevrilən Ağdamın digər sənaye rayonları ilə, xüsusilə də Kəlbəcərlə birləşməsini təmin etməklə, genişzolaqlı sənaye sistemini də birləşdirəcək. Həmçinin, turizm və zəngin kənd təsərrüfatı potensialı olan Ağdərənin iqtisadi imkanlarının Ağdam vasitəsilə ətraf bölgələrə inteqrasiyasını da təmin edəcəkdir. Ən mühüm üstünlüklərdən biri isə Ağdərəyə turist axınlarında bu yol əsas rentabelli marşrutlardan birinə çevriləcək.
Ümumilikdə, Ağdərə-Ağdam avtomobil yolunun inşası Qarabağ iqtisadi rayonunun əmək və iqtisadi resurslarının inteqrasiyasına, bölgənin iqtisadi layihələrinin bir-birinə bağlantısına təkan verməklə, yaxın zamanlarda iqtisadi inkişafa töhfəverici rol oynayacaqdır.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25

