“ING Group”un yeni proqnozu...
18.12.2024 [10:12]
Azərbaycanda inflyasiya sabit qalacaq
Niderlandın “ING Group” analitik tədqiqat şirkəti Azərbaycanda orta illik inflyasiya ilə bağlı yenilənmiş proqnozunu dərc edib. 3 ay əvvəlki ssenari ilə müqayisədə qiymət indeksləri aşağı salınıb. Belə ki, yeni gözləntilərə əsasən, 2024-cü ildə ölkəmizdə orta illik inflyasiya 2,1 faiz, 2025-ci ildə 4,1 faiz, 2026-cı ildə isə 4,5 faiz səviyyəsində proqnozlaşdırılır. “ING”in analitik qrupu cari il üzrə inflyasiya rəqəmini 0,1 faiz, növbəti il üzrə 0,6 faiz azaldıb. 2026-cı ilə dair proqnoz göstəriciləri isə sabit saxlanılıb.
“ING Group” inflyasiya gözləntiləri Dövlət Statistika Komitəsinin illik proqnozları ilə demək olar ki, üst-üstə düşür. Komitənin məlumatına əsasən, 2024-cü ilin ötən 11 ayında istehlak qiymətləri indeksi 2 faiz təşkil edib, ilin sonunda yekun rəqəm 2,2 faiz fərz edilir. Yaxud Mərkəzi Bankın (MB) da yenilənmiş proqnozları “ING Group”un qiymət indeksi ehtimallarına uyğundur. MB-nın proqnozlarına əsasən, 2024-cü ildə inflyasiya 2-2,5 faiz, növbəti iki ildə isə 4-5 faiz civarında olacaq.
İqtisadiyyat Nazirliyinin ssenarisinə əsasən, isə qiymət indeksi 2024-cü ildə 3 faiz, 2025-ci ildə 4,9 faiz, 2026-cı ildə 4,4 faiz, 2027-ci ildə 4,2 faiz çərçivəsində müəyyənləşib.
Digər proqnozlar da nikbindir...
Bu rəqəmlər digər beynəlxalq iqtisadi institutların proqnozlarına çox yaxındır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5 faiz, 2025-ci ildə isə 3,9 faiz təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə qiymət indeksi cari ildə 3,5 faiz, 2025-ci ildə 5 faiz, növbəti illərdə isə 4 faiz olacaq. Dünya Bankının proqnozlarında isə inflyasiyanın 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 4 faiz təşkil edəcəyi qeyd olunur. “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin iyun ayında açıqladığı yeni sənəddə Azərbaycanda 2024-cü il üzrə orta illik inflyasiyanın 2,9 faiz səviyyəsində proqnozlaşdırıldığı, 2025-2027-ci illərdə isə orta illik inflyasiya gözləntilərinin 3-4,2 faiz olacağı bildirilir.
Antiinflyasiya tədbirləri diqqətdə saxlanılacaq
Ancaq bunlara baxmayaraq, inflyasiyanın davamlı sabit qalacağına arxayınlaşmaq olmaz. Çünki qlobal bazara tam arxayın olmaq olmaz, bölgədə geosiyasi mürəkkəb proseslər hələ də davam edir ki, bu risklər inflyasiyanı yenidən sürətləndirə bilər. Belə ki, xarici mühitin yüksək həssaslığı, dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar qiymətlərin əlavə artımına səbəb ola bilər.
Bütün bunları nəzərə alan hökumət birrəqəmli inflyasiya çərçivəsinə arxayın olmayaraq, qiymət indeksinə təsir edən daxili və xarici faktorları, o cümlədən anti-inflyasiya tədbirlərini prioritet kimi diqqətdə saxlayacaq. Mərkəzi Bankın mövqeyindən də aydın olur ki, antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirəcək. Eyni zamanda, büdcə xərclərinin pul bazarına təsirlərinin daim monitorinqi aparılacaq. Büdcə xərclərinin irihəcmli artımları da adətən inflyasiya təzyiqlərini yüksəldir, nəzərə alsaq ki, 2025-ci ilin büdcə zərfində ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, azad ərazilərdə quruculuq işlərinin sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə əlavə xərclər müəyyən edib. Ona görə də, xərc siyasətində maksimum ehtiyatlı davranılacaq ki, izafi xərclər və pul kütləsi yaranmasın. Eləcə də, əlavə xərclərin yüksək inflyasiyaya təkan verməyən səviyyədə saxlanması üçün fiskal siyasət çərçivəsində müəyyən addımlar atılacağı da istisna deyil.
Ona görə də, hökumət inflyasiya faktorlarını təhlil edərkən inzibati alətləri də yaddan çıxarmaq niyyətində deyil və antiinflyasiya tədbirləri 2024-cü ildə strateji məqsəd kimi müəyyən edildiyindən bu kurs 2025-ci ildə də əsas prioriteti kimi diqqətdə saxlanılacaq. İqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar yenə də işə koordinasiya ediləcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14

