Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Bakı Marafonu 2026” başa çatıb

“Bakı Marafonu 2026” başa çatıb

03.05.2026 [16:52]

Bu gün saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən “Bakı Marafonu 2026” başa çatıb. Bir qədər sonra “Sea Breeze” ərazisindəki finiş zonasında qaliblərin mükafatlandırılması mərasimi olacaq.

AZƏRTAC xəbər verir ki, qaliblər üçün pul mükafatları da nəzərdə tutulub. Belə ki, birinci yerin qalibinə 6000 AZN, ikinci yerə 4000 AZN, üçüncü yerə isə 2000 AZN təqdim olunacaq. Bununla yanaşı, 42 kilometr məsafəni başa vuran bütün iştirakçılar medalla təltif ediləcək. Daha qısa məsafələr üzrə də mükafatlandırma tətbiq olunacaq: 21 kilometrlik yarımarafonu tamamlayan ilk 2000 iştirakçı medal əldə edəcək, 10 kilometr məsafəni qət edənlər isə sertifikatlarla mükafatlandırılacaq.

İlk dəfə olaraq marafon 21 kilometrlik deyil, tam 42 kilometrlik marşrut üzrə təşkil edilib və yarışa 25 min iştirakçı qatılıb. Marafona tanınmış ictimai-siyasi və incəsənət xadimləri, həmçinin ziyalılar qoşulub. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkələrdən olan iştirakçılar da qələbə uğrunda mübarizə aparıblar.

Hər il olduğu kimi, builki marafona da fiziki imkanları məhdud şəxslər, eləcə də Daun sindromlu iştirakçılar qoşulublar.

Paylaş:
Baxılıb: 635 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30