Daha ünvanlı, optimal və səmərəli...
07.08.2025 [11:05]
Büdcə qaydasına dəyişikliklər şəffaflıq, hesabatlılıq, ədalətlilik meyarlarının təmin olunmasına xidmət edir
Prezident İlham Əliyev “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Hesablama Palatasının rəyləri nəzərə alınmaqla, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsi büdcə qaydasının dəyişdirilməsini nəzərdə tutur. Yeni büdcə qaydası pri?sip etibarilə mərkəzləşdirilmiş və yerli büdcə xərclərinin istifadəsində şəffaflıq, hesabatlılıq, ədalətlilk meyarlarının təmin olunmasına, lazımsız xərclərin qarşısının alınmasına, bir sözlə, büdcə xərclərinin səmərəli istifadəsi və optimallaşmasına xidmət edir.
Qaydalarda mühüm yer tutan detallardan biri şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsində nəzərdə tutulan daxilolmaların istifadəsi ilə bağlıdır. Belə ki, şəhər və rayonların vergi yığımlarının büdcəyə köçürülməsi və büdcə ilinin sonunda artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi ilə bağlı bəzi uyğunsuzluqlar yarandığından bu sahədə nizam-intizam tədbirlərinin gücləndirilməsi nəzərdə tutulur. Müşahidələr göstərir ki, il ərzində qalıq vəsaitdən birbaşa büdcədənkənar gəlirlərin istifadəsi vahid xəzinə hesabının sərbəst qalığının istiqamətlərinə uyğun gəlmir. Bu isə icra prosesində, xüsusilə uçotun aparılmasında və hesabatlılıqda bəzi qeyri-müəyyənliklərə səbəb olur. Ona görə də yeni büdcə qaydası çərçivəsində bu istiqamətdə nizamlayıcı addımlar atılacaq.
Funksional təsnifat üzrə xərclər...
Digər məqam büdcə fondları ilə bağlıdır. “Büdcə sistemi haqqında” qanunun 5-ci maddəsinin tələblərinə əsasən, məqsədli büdcə fondlarının ilin sonuna istifadə edilməmiş vəsaitlərinin onların növbəti ildəki gəlirlərinə aid edilməsi və eyni gəlirin iki dəfə uçota alınmasına gətirib çıxarır. Ona görə də, bu istiqamətdə də müvafiq büdcə tədbirlərinin görülməsi zəruri hesab edilir. Həmçinin, adıçəkilən qanunun 10.1.3-cü maddəsinə əsasən, dövlət büdcəsinin dövlət borcuna xidmətlə bağlı xərclərinin tərkibinə layihələrdə pay iştirakı ilə bağlı xərclər də daxil edilib. Məlum olduğu kimi, hər il təsdiq olunan dövlət büdcəsində də dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə bir sıra layihələrdə ölkənin pay iştirakı ilə bağlı xərclər nəzərdə tutulur. Bu xərclər isə dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkib hissəsi kimi dövlət büdcəsinin əsaslı xərclərində nəzərdə tutulur ki, bu da qanunun həmin - 10.1.3-cü maddəsi ilə ziddiyyət təşkil edir. Bu baxımdan yeni büdcə qaydası qanundakı bu boşluğu da tənzimləyəcək.
Başqa bir məsələ büdcədəki funksional təsnifatla bağlıdır. Belə ki, dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından, habelə dövlət büdcəsinin digər ehtiyatlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu aparılır. Bu zaman həmin fondların və ehtiyatların nəzərdə tutulduğu funksional, iqtisadi və inzibati təsnifat tam əhatəli əks etdirilmir, yəni həmin vəsaitlər ayrıldığı təşkilatların büdcəsində göstərilmir. Bu da nəticədə dövlət büdcəsinin müxtəlif mənbələrindən həmin təşkilatlara cəmi ayrılmış vəsaitlər barədə məlumatı əldə etməkdə çətinlik yaradır. Ona görə də, yeni qaydalara əsasən, ayrılmış vəsaitlərin bütün detalları ilə bağlı xərc məlumatlarının əks etdirilməsi təmin olunacaq.
Milli xərc prioritetlərinin uyğunlaşdırılması təmin ediləcək
Yeni büdcə qaydası müvafiq olaraq dövlət büdcəsinin icrası barədə qanunda funksional və inzibati təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləğinin də öz əksini tapması barədə tələbləri ortaya qoyur. Ölkə Konstitusiyasının 93-cü maddəsinin 4-cü hissəsinə əsasən, müvafiq qanunlarda və Milli Məclisin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Ona görə də dövlət büdcəsinin icrası barədə qanunda inzibati təsnifat üzrə dövlət büdcəsinin xərcləri çıxarılmalıdır. Yeni dəyişikliklər bu sahədə də mövcud uyğunsuzluqları təsbit edəcək.
Hazırkı büdcə qaydasına əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi üzrə yuxarı hədd həm növbəti il və sonrakı üç il üçün dövlət başçısının müvafiq fərmanı ilə müəyyən edilir. Lakin ötən dövr ərzində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən bir sıra prioritet vəzifələrin icrası (ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair I Dövlət Proqramı və sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlər) büdcə xərclərinin artırılmasını şərtləndirib, cari və növbəti illər üzrə təsdiq olunmuş yuxarı hədlərin aşılması təhlükəsi yaranıb. Bu baxımdan qeyd olunan məqamların nizamlanması üçün büdcə qaydasının təkmilləşdirilməsinə ehtiyac var və bu məqamnlar yeni büdcə qaydasında nəzərə alınıb.
Büdcə dividentlər əldə edəcək...
Hazırda qüvvədə olan büdcə qanunvericiliyində yalnız vahid xəzinə hesabının sərbəst qalığının idarə edilməsi imkanı mövcuddur və vahid xəzinə hesabının qalığında mövcud olan vəsaitin idarə edilməsi məhdudlaşdırılır. Məlum olduğu kimi, dövlət büdcəsinin xərclərinin icrasının faktiki göstəriciləri onu deməyə əsas verir ki, dövlət büdcəsinin aylar üzrə xərcləri hər zaman bərabər olmur və bunun nəticəsində bəzi aylar ərzində vahid xəzinə hesabında kifayət qədər vəsait artıqlığı yaranır. Həmin vəsaitin idarə olunması nəticəsində isə dövlət büdcəsinə əlavə gəliri qazandırmaq mümkündür. Beləliklə, büdcə qanunvericliyində dividend anlayışı dövlət büdcəsinin gəlir mənbələrindən biri kimi tanınır və yeni büdcə qaydası büdcənin artıq vəsaitləri hesabına dividentlər əldə etməyə də imkan verəcək.
Bundan başqa ötən illərin təcrübəsi göstərir ki, ?anunda istifadə olunan bəzi anlayışların dəqiqləşdirilməsinə, həmçinin ?anuna bir sıra yeni anlayışların daxil edilməsinə, eləcə də dövlət büdcəsinin kassa icrası mexanizminin təkmilləşdirilməsinə zərurət var. Yuxarıda qeyd olunan məsələlərin tənzimlənməsi də yeni büdcə qaydasına əsasən, həyata keçiriləcək.
Yeni büdcə qaydası və ümumilikdə büdcə qanunvericiliyinin təkmilləşdirilməsi dövlət büdcəsinin qeyri-neft gəlirlərinin proqnozlaşdırılması prosesind? proqnoz ilə faktiki icra arasında kənarlaşmaların minimuma endirilməsi, həmçinin büdcə vəsaitlərindən səmərəli istifadənin təmin olunması, qeyri-neft gəlirlərinin ortamüddətli dövr üzrə hədəf göstəricisinin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlərin siyahısına əlavə edilməsi və digər məsələləri də nəzərdə tutur. Yeni qaydalar imkan verir ki, fiskal siyasət kontr-tsiklik olmaqla böhranlara və iqtisadiyyatın “hərarətlənməsinə” adekvat reaksiya versin. Eyni zamanda, islahatlar nəticə əsaslı büdcənin formalaşması və dövlət xərcləmələrinin daha ünvanlı, optimal və səmərəli istifadəsini təmin edəcək. Onu da qeyd edək ki, büdcə qaydası mühüm fiskal institutdur və bu tip institutsional islahatların davam etdirilməsi istisna deyil.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43

