Valyuta Fondunun proqnozları nikbindir
01.11.2025 [11:57]
2025-2026-cı illərdə ölkə iqtisadiyyatında artım gözlənilir
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyata dair yeni proqnoz baxışlarını əks etdirən açıqlama ilə çıxış edib. Qlobal iqtisadi mənzərəni əks etdirən təhlil sənədində vurğulanır ki, dünya iqtisadiyyatının 2025-ci və 2026-cı illərdə artım templəri 1-2 faiz aralığında artımla müşahidə ediləcəyi gözlənilir. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında inkişaf proqnozları daha aşağı olacaq. Qlobal ticarətin həcminin aşağı düşməsi iqtisadi artım göstəricilərinin enməsində əsas faktorlardan biri kimi çıxış etdiyindən qlobal mühitdə daralmaların başvermə riskləri mümkündür.
Qeyri-neft yığımları inkişafın əsas sütununa çevrilir
Fondun Azərbaycanla bağlı ehtimalları müsbətdir. Fərziyyələrə görə, Azərbaycan iqtisadiyyatı ortamüddətli dövrdə ildə 2,5 faiz artımla müşayiət olunacaq.
Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur bildirib ki, ortamüddətli dövrdə Azərbaycan iqtisadiyyatında artımı formalaşdıran mənbələrdə mühüm rol oynayan neft-qaz sektorunda fiskal daxi?olmaların azalmasına baxmayaraq, qeyri-neft mənbələri inkişafın əsas drayverləri olacaq. Ortamüddətli perspektivdə neftdənkənar sahələrin illik artım tempi 3-3,5 faiz təşkil etməklə ümumi inkişafın təmin olunmasına töhfə verəcək. Qeyri-neft sektorunun artmasında əsas amillər biznes sektorunun fəallığının yüksəlməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdənkənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər və bölgələrdə yeni müsəssisələrin yaradılmasıdır.
BVF-nin cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin davamlı artaraq ÜDM-də payı 80-82 faizə çatacaq. Qurumun iqtisadi artımla bağlı cari və ortamüddətli dövr üzrə proqnozları Azərbaycan hökumətinin inkişaf ssenariləri ilə təxmini olaraq üst-üstə düşür.
Qeyd edək ki, cari ilin ötən 9 ayı ərzində milli yığımlarda əsas fiskal sütun kimi qeyri-neft mənbələri əsaslı resurs bazası olub. Qeyri-neft-qaz sektorunda daxilolmalar 9 milyard 173,2 milyon manat olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 755,7 milyon manat və ya 9 faiz artıb. Ödənilən vergilərin 73,6 faizi qeyri-neft-qaz sektorunun, 26,4 faizi isə neft-qaz sektorunun payına düşüb.
Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətini neft amili nəzərə alınmadan yeni iqtisadi model hazırlayaraq həyata keçirdiyi islahatların müsbət səmərərə verəcəyinə də əminliyini ifadə edib. Fond azad biznesin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsini müsbət dəyərləndirib, eyni zamanda, sahibkarlıq sektorunda maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsini və bankların özəl sektora daha əlçatan kreditlər verməsini də vacib sayır. Tövsiyələrə əsasən, maliyyə bazarının inkişaf etdirilməsi, biznesin və ailə təsərrüfatlarının bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsi qeyri-neft sektorunun inkişafını daha da sürətləndirə bilər.
İnflyasiya hədəf göstəriciləri daxilindədir
BVF-nin qlobal istehlak qiymətləri indeksi ilə bağlı da ehtimalları fərqlidir, bəzi regionlarda qiymətlər sabit qalıb, bəzilərində dəyişkənlik baş verib. Qurumun ekspertləri hesab edir ki, 2025-ci ilin ötən 9 ayında inflyasiya bütün region dövlətlərində, qlobal miqyasda sabit qalıb və ya cüzi artım nümayiş etdirib. Hətta enerji və kənd təsərrüfatı məhsullarının qiymətlərinin bir il əvvəlki səviyyəsindən aşağı düşməsi bəzi regionlarda istehlak indeksini zəiflədib. Fondun qlobal əmtəə bazarları haqqında son hesabatına əsasən 2025-ci ilin 9 ayı ərzində qeyri-enerji məhsulları üzrə qiymət indeksi ötən ilin sonuna nəzərən 3,4 faiz azalıb, lakin bəzi əmtəələrin bahalaşması davam edib. Əsas dəyişən qiymət əmsalı qızılda nəzərə çarpıb, bu əlvan metalın qiymətləri 35 faiz artaraq yeni rekord səviyyəyə çatıb.
Beynəlxalq Valyuta Fondunun Azərbaycanda qiymət indeksi ilə bağlı gözləntiləri isə qənaətbəxş hesab edilə bilər. C.Azurun fikrincə, inflyasiya nəzarət altındadır və Mərkəzi Bankın müəyyən etdiyi hədəf göstəriciləri daxilindədir. Bu isə yaxın illərdə qiymət indeksinin sabit çərçivədə qorunub saxlanılacağından xəbər verir.
Xarici ticarətdə müsbət saldo gözlənilir
BVF-nin departament direktoru xarici ticarət əməliyyatlarında profisitin azalmasını ölkəmizin xarici iqtisadi mövqelərinə təsir göstərəcəyini də istisna etmədiyini vurğulayıb. Qeyd edildiyinə görə, risklər nisbətən balanslaşdırılmış olaraq qalır. Risk faktorlarından biri neft və qazın mümkün ucuzlaşması, digəri isə hər hansı gərginliyin artması və bunun ümumi iqtisadi vəziyyətə təsir göstərə bilməsi ilə bağlıdır. Bununla yanaşı, qeyri-neft ixracının illik artımında nəzərə çarpan dinamika tədiyyə balansının müsbət saldosunun dayanıqlılığını təmin edəcək. Bu, ölkənin strateji ehtiyatlarının da artmasına mühüm təsirlərini göstərəcək. Ümumilikdə, fondun ekspertləri ölkədə tədiyyə balansının cari vəziyyətinin qənaətbəxş olmasını və valyuta bazarının dollara olan tələbatının tam təmin edilməsini fərz edirlər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

