/ / Bakıda “Kadr hazırlığı və əmək məhsuldarlığının yüksəldilməsində peşə standartlarının rolu” mövzusunda konfrans keçirilib
Bakıda “Kadr hazırlığı və əmək məhsuldarlığının yüksəldilməsində peşə standartlarının rolu” mövzusunda konfrans keçirilib
20.12.2013 [09:32]
Dekabrın 19-da Bakıda “Kadr hazırlığı və əmək məhsuldarlığının yüksəldilməsində peşə standartlarının rolu” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov rəhbərlik etdiyi nazirlik ilə Dünya Bankının birgə həyata keçirdikləri “Sosial müdafiənin inkişafı” layihəsi çərçivəsində 2010-2013-cü illərdə Azərbaycanda 200 peşə standartının hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, indiyədək ölkəmizdə peşələrin ətraflı təsviri və müasir tələblərə, bazar iqtisadiyyatı prinsiplərinə uyğun peşə tələbləri sistemi demək olar ki, mövcud olmayıb. Bu isə istehsal prosesinə müəyyən maneələr yaratmaqla yanaşı, əmək bazarına daxil olan işçi qüvvəsinin peşə bacarıqları ilə işəgötürənlərin tələbləri arasında ziddiyyətin yaranmasına, məhsuldarlığın təminatında çətinliyə səbəb olurdu, işçi qüvvəsinin zəruri bacarıqlara malik olmaması işəgötürənlər üçün vaxt və maliyyə itkisi ilə nəticələnirdi. Peşə standartlarının hazırlanması ölkəmizdə əmək resurslarının təkmilləşdirilməsi istiqamətində görüləcək işlər üçün mühüm əsasdır.
S.Müslümov vurğulayıb ki, bu standartlar peşə təhsili və təlimi sisteminin iqtisadi sferanın tələblərinə uyğunlaşdırılması kimi vacib məsələnin həllində bir açar rolunu oynayacaq. Bu sahədə mütərəqqi beynəlxalq təcrübədən istifadə olunub. Peşə standartları artıq müəssisələr tərəfindən tətbiq olunmağa başlanıb. Bu sahədə fəaliyyətimizi davam etdirəcəyik.
Konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək ölkədə sosial-iqtisadi sahələrdə əldə olunan uğurlardan, kadr hazırlığının vacibliyindən, peşə standartlarının yaradılmasının əhəmiyyətindən danışıb. S.Mehbalıyev bildirib ki, ölkəmizdə insan resurslarının inkişaf etdirilməsi, peşə standartlarının hazırlanması, onların faydası və tətbiqi mexanizmləri daim diqqətdə saxlanılır. Bu gün respublikamızda əmək bazarının dəyişməsi işçilərin səlahiyyətlərinin və peşə biliklərinin daim inkişafını tələb edir. Kadr hazırlığı üçün peşə standartlarının hazırlanması dövrün tələblərindən biridir. Bu məqsədlə ölkəmizdə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirilir, peşə standartlarının hazırlanması üçün müvafiq tövsiyələr hazırlanır.
S.Mehbalıyev qeyd edib ki, peşə standartlarının hazırlanması məqsədəmüvafiqdir. Azərbaycanda peşə standartlarının tətbiqi işçi qüvvəsinin keyfiyyətinə nəzarəti gücləndirəcəkdir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, onlardan istehsalatda istifadə olunması ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafının davam etdirilməsi deməkdir. AHİK öz növbəsində sosial tərəfdaşlarla kadr hazırlığı, peşə standartlarının işlənib hazırlanması, yeni texnologiyaların istehsalatda tətbiqi nəticəsində əmək məhsuldarlığının artırılması sahəsində əməkdaşlıq etməyə hazırdır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb, kadr hazırlığı, peşə standartlarının yaradılmasının vacibliyindən bəhs edib. Bildirilib ki, 200 peşə standartının hazırlanması rəqabətqabiliyyətli kadrların yetişdirilməsində mühüm məsələdir və əmək bazarının keyfiyyətinin yüksəldilməsinə müsbət təsirini göstərəcək.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko layihə barədə məlumat verib, peşə standartlarının hazırlanmasının, əmək ehtiyatları ilə bağlı agentliyin yaradılmasının vacibliyindən danışıb. O, bu sahədə fəaliyyətlərini davam etdirəcəklərini söyləyib.
Daha sonra “Azərsun Holdinq”in prezidenti Abdolbari Goozal, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin icraçı direktoru Göksel Aybek və “Peşə standartlarının hazırlanması” (DIOS) layihəsinin direktoru Hans Bonarius çıxış edərək peşə standartlarının yaradılmasının əhəmiyyətindən və vacibliyindən bəhs ediblər. Natiqlər bu standartların hazırlanmasının əmək bazarının keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyini söyləyiblər.
Konfransda “Peşə standartları beynəlxalq perspektivdə”, “Peşə standartlarının hazırlanması və tətbiqinin kadr hazırlığı və əmək məhsuldarlığının yüksəldilməsinə təsirləri” və digər mövzularda çıxışlar olub, müzakirələr aparılıb. Həmçinin DIOS layihəsi haqqında videoçarx, hazırlanmış peşə standartlarının çap nümunələri nümayiş etdirilib.
Tədbirdə nazirlik ilə “Azərsun Holdinq” və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Xəbər lenti
Hamısına baxTurizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16

