Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Enterprise Azerbaijan”ın tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötür

“Enterprise Azerbaijan”ın tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötür

21.10.2026 [17:51]

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya proqramı beynəlxalq investisiya ekosisteminin aparıcı iştirakçılarını Azərbaycan startapları ilə bir araya gətirir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, proqramın tərəfdaşları arasında ABŞ, Malta, Finlandiya, Qətər, Çin, Pakistan və Azərbaycandan olan vençur fondları, investisiya qurumları və innovasiya təşkilatlarının ümumi investisiya portfeli və kapital yerləşdirmə göstəriciləri 3 milyard dolları ötür.

Proqramın tərəfdaşları sırasında ABŞ-dən “Synapses Ventures”, Maltadan “Deep Tech Foundry”, Finlandiyadan “The Brutally Honest Ecosystem”, Qətərdən “LICORNE GULF”, Pakistandan “Khyber Pakhtunkhwa Board of Investment and Trade”, Çindən “Silk Road High-Tech Industrial Park Association” (SRHPA), eləcə də Azərbaycandan “Caucasus Ventures” və “SABAH.HUB” yer alır.

Qeyd edək ki, "Enterprise Azerbaijan" portalı “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya proqramı vasitəsilə yerli startaplarla beynəlxalq investisiya ekosistemi arasında əlaqələrin inkişaf etdirilməsini, perspektivli layihələrin maliyyə və strateji tərəfdaşlıq imkanlarına çıxışının genişləndirilməsini təşviq edir. Proqramın “Demo Day” tədbiri oktyabrın 31-də Bakıda (SABAH.city) keçiriləcək.

Paylaş:
Baxılıb: 24 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31