Azərbaycan və Niderland su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq edəcəklər
07.11.2014 [09:42]
Noyabrın 6-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə ölkəmizdə səfərdə olan Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melani Şults van Haegen-Maas Geesteranus arasında görüş keçirilib.
Görüşdə nazirlər “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzərTAc-a bildiriblər ki, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov xanım Melani Şults van Haegen-Maas Geesteranusa FHN, o cümlədən onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib. Kəmaləddin Heydərov iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində sıx əməkdaşlığın mövcud olduğunu bildirib.
Nazir hər iki qurum arasında, xüsusilə su resurslarının idarə olunması və daşqınların qarşısının alınması istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Görüşə görə təşəkkürünü bildirən qonaq hər iki qurum arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Səfər çərçivəsində niderlandlı nazirin Fövqəladə Hallar Nazirliyinin bəzi qurumlarının fəaliyyəti ilə tanışlığı da nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06

