Milli vergi sistemindəki şəffaflıq beynəlxalq standartlara cavab verir
23.11.2016 [09:29]
Vergilər Nazirliyi tərəfindən avtomatik məlumat mübadiləsi və vergilərin yığılmasında yardım haqqında Anlaşma Memorandumunun model layihəsi hazırlanıb
Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı bu il vergi sahəsində əsaslı islahatlara yol açıb. Bu Sərəncam vergi sisteminin inkişafında, xüsusilə də vergi inzibatçılığının həyata keçirilməsində yeni bir mərhələ hesab edilə bilər. Sənəddə göstərilən tədbirlər sırasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Forumu çərçivəsində vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinq əldə etmək və bu reytinqi daim saxlamaq müddəası mühüm yer tutur.
Vergilər Nazirliyi Qlobal Forum çərçivəsində məlumat mübadiləsinin beynəlxalq standartlarına uyğunluq sahəsində yüksək reytinqin əldə edilməsi istiqamətində uzun müddət idi ki, işlər aparırdı. Sözügedən Sərəncam bu istiqamətdə aparılan işlərin daha da intensivləşdirilməsinə təkan verdi və nəhayət, cari ilin sentyabr ayında ölkəmizin bu standartlara uyğunluğu ilə bağlı son müzakirələr aparılaraq, Azərbaycan Respublikası qiymətləndirmə mərhələlərinin nəticəsinə görə, “əsasən uyğun” reytinq balına layiq görüldü. Bununla da, ölkəmiz Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə “Əsasən uyğundur” (largelycompliant) reytinqini əldə etmiş oldu.
Qeyd edək ki, Qlobal Forum çərçivəsində Azərbaycan Respublikasının qazandığı yüksək reytinq balı ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun və bütün tərəfdaş ölkələrlə səmərəli məlumat mübadiləsinin aparılması imkanını təmin edən müasir vergi sisteminin mövcudluğunun obyektiv əyani sübutudur. Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum hazırda vergitutma ilə bağlı məsələlərdə ixtisaslaşmış ən böyük təşkilat olmaqla yanaşı, onun hazırladığı standartlar ölkələrin vergi məsələlərində şəffaflığın ən mötəbər göstəricilərindən hesab edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Qlobal Forumun üzvü olan 137 dövlət arasında yüksək reytinq almış ABŞ, Avstriya, Almaniya, İtaliya, İsrail, Niderland, Macarıstan, Polşa, Braziliya, Rusiya, Malayziya kimi 77 ölkədən biridir. Qlobal Forumun üzvləri olan bir sıra ölkələr isə hələlik yüksək reytinq qazana bilməyiblər.
Azərbaycanın yüksək reytinqə layiq görülməsi ölkəmizə bir sıra üstünlüklər qazandırır. Bunların sırasında, ilk növbədə, əlverişli investisiya mühitinin və şəffaflığın təminatı fonunda beynəlxalq arenada ölkənin nüfuzunun yüksəlməsi imkanları qeyd olunmalıdır. Azərbaycanın investisiya potensialının dünyada tanıdılması ilə xarici investisiya axınının stimullaşdırılması, eləcə də iri maliyyə mərkəzlərinin təmsil olunduğu unikal bir Forumda ölkəmizin etibarlı partnyor kimi qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycanın beynəlxalq səviyyədə məlumat mübadiləsi üzrə etibarlı tərəfdaş profilini daha da yüksəldir və mötəbər beynəlxalq təşkilatların ölkəmizdə həyata keçirilən layihələrə dəstəyini təmin edir.
Bununla belə, indi qarşıda duran mühüm məsələlərdən biri əldə olunmuş reytinqin daim yüksək səviyyədə saxlanmasıdır. Vergilər Nazirliyi öz növbəsində bu sahədə bir sıra yeni işlər aparır. Vergilər nazirinin müşaviri Riyad Hüseynov bildirib ki, son dövrlərdə vergi məsələlərində şəffaflıq, məlumat mübadiləsi və beynəlxalq əməkdaşlıq sahəsində səmərəliliyin artırılması istiqamətində gedən qlobal proses və tendensiyalar nəzərə alınmaqla, Vergilər Nazirliyi tərəfindən avtomatik məlumat mübadiləsi və vergilərin yığılmasında yardım haqqında Anlaşma Memorandumunun model layihəsi hazırlanıb və 40-a yaxın ölkə ilə bu cür Memorandumun bağlanması məsələsi müzakirə edilməkdədir.
Bununla yanaşı, OECD tərəfindən hazırlanmış və vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin oradakı hesabları haqqında məlumatların toplanmasını, həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadilənin vahid prinsiplərini tənzimləyən Ümumi Hesabatlılıq Standartına (CommonReporting Standard - CRS) əsasən, Azərbaycan Respublikasının “Səlahiyyətli orqanlar arasında maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsinə dair Razılaşma”ya qoşulması istiqamətində işlər görülməkdədir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40

