/ / Ekspert: Dərinləşmiş islahatlar Azərbaycanın dünyanın aparıcı hesabatında mövqeyinin kəskin möhkəmlənməsinə şərait yaradıb
Ekspert: Dərinləşmiş islahatlar Azərbaycanın dünyanın aparıcı hesabatında mövqeyinin kəskin möhkəmlənməsinə şərait yaradıb
02.11.2018 [09:24]
Son illər ölkəmizdə aparılan islahatlar Azərbaycanın dünyanın ən aparıcı hesabatında mövqeyinin kəskin möhkəmlənməsinə şərait yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspert bildirib ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan 25-ci yerdə olmaqla MDB ölkələri arasında ən yaxşı göstəriciyə malikdir. Hesabatda Qazaxıstan 28-ci, Rusiya 31-ci, Belarus 37-ci, Ermənistan 41-ci, Moldova 47-ci, Qırğızıstan 70-ci, Ukrayna 71-ci, Özbəkistan 76-cı, qonşu Türkiyə isə 43-cü yerdə qərarlaşıb. Azərbaycan bu kontekstdən MDB ölkələri ilə müqayisədə ən yaxşı göstəriciyə malikdir. Eyni zamanda, Azərbaycan 2017-2018-ci illərdə ən çox islahat aparmış on ölkədən biridir və həmin dövrdə aparılan islahatların sayına görə dünyada birinci yerdədir. Azərbaycan 8 islahat aparıb, islahatların sayına görə isə qonşu Türkiyə (7 islahat) ikincidir.
V.Bayramov deyib: “Azərbaycanın mövqeyinin güclənməsi qeyd etdiyimiz 8 islahatla bağlıdır. Bu, həm Bakı Şəhər İcra Hakimiyyətində inşaat üçün icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, həm də “Bir Pəncərə” sisteminin tətbiq edilməsi ilə bağlıdır. Praktik olaraq “Bir Pəncərə” sisteminin tətbiq edilməsi qısa zamanda icazələrin əldə edilməsinə imkan verir ki, bu da lisenziyaların sayının 80 gün, icazə üçün tələb olunan məbləğin isə 12 min 563 manat və ya təxminən 7 min 500 dollar azalmasına gətirib çıxarıb”.
Digər islahatın “ASAN xidmət” vasitəsilə elektrik enerjisinə çıxış imkanlarının artırılması ilə bağlı olduğunu deyən iqtisadçı ekspert vurğulayıb ki, bu da məhz Azərbaycanın mövqeyinin sözügedən hesabatda möhkəmlənməsinə təsir göstərən faktorlardan biridir.
Bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı prosesinin asanlaşdırılması, şəffaflığın gücləndirilməsi, daha asan prosedurların tətbiq edilməsi, kreditə çıxış imkanlarının gücləndirilməsi, xüsusən kredit bürolarının yaradılması Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını şərtləndirən amillərdən biridir. İnvestorların hüquqlarının qorunması ilə bağlı qaydaların təkmilləşdirilməsi, kiçik paya malik olan səhmdarların hüquqlarının qorunması mexanizminin işlənməsi Azərbaycanda aparılan islahatlardandır. Həmçinin Azərbaycanın xarici ticarət əməliyyatlarında “Yaşıl dəhliz”in tətbiqi mövqeyimizin möhkəmlənməsinə təsir edir.
Müflisləşmə ilə bağlı prosedurların sadələşdirilməsi və əmək bazarında yeni qaydalar birbaşa ölkəmizin mövqeyinin yaxşılaşdırılmasına təsir göstərən faktorlardan hesab olunur. Azərbaycan bu kontekstdən ötən il dünyada ən çox islahat aparan ölkə sırasını qoruyub saxlayıb.
Azərbaycanın hesabatla bağlı mövqelərinə diqqət yetirsək, görərik ki, biznesə başlamağa görə dünyada 9-cu yerdədir, ilk onluğa daxildir. Tələb edilən günlərin sayı 3,5-dir, tələb olunan xərc adambaşına düşən kapitalın 1,3 faizidir, minimum kapital tələb olunmur. Daşınmaz əmlakın qeydiyyatına görə Azərbaycan ilk 20-liyə daxildir, bu göstərici üzrə 17-ci yerdədir. Tələb edilən prosedurlar 3, günlərin sayı 5,5-dir.
Kreditdə əlçatanlığın təmin edilməsinə görə Azərbaycan dünyada 22-cidir. Bu, kifayət qədər ciddi rəqəmdir. Xüsusən leqal hüquqların qorunması sahəsində ölkəmizin mövqeyinin güclənməsi diqqət çəkən məqamlardandır. Az səhmə malik olan investorların hüquqlarının qorunmasına görə ölkəmiz 2-cidir. Bu göstərici üzrə Azərbaycanın balı 100 ballıq sistemdə 81,67 bal kimi göstərilir. Vergi ödənişlərinə görə 28-ci yerdədir.
“Doing Business 2019” hesabatı ondan xəbər verir ki, son illər aparılan islahatlar Azərbaycanın dünyanın ən aparıcı hesabatında mövqeyinin kəskin möhkəmlənməsinə gətirib çıxarıb və ölkədə aparılan islahatlara beynəlxalq qiymət kimi xarakterizə olunur. 2014-cü ildən sonra dərinləşmiş islahatlar ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına səbəb olub”, - deyə ekspert diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

