Bakıda FAO Azərbaycan Tərəfdaşlıq Proqramının açılış mərasimi keçirilib
23.01.2019 [09:58]
Yanvarın 22-də Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmiz ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında imzalanmış bu Tərəfdaşlıq Proqramının Azərbaycanla beynəlxalq təşkilat arasında əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoymasına imkan verdiyini deyib.
“Bu proqram çərçivəsində Azərbaycan yalnız benefisiar kimi deyil, eyni zamanda, donor ölkə kimi layihələrin maliyyələşdirilməsini həyata keçirən ölkələrdən birinə çevrilib. Hesab edirəm ki, belə əməkdaşlıq modeli FAO-nun digər üzv ölkələri üçün də müsbət bir nümunəyə çevrilə bilər”, - deyə nazir qeyd edib.
O deyib: “1995-2018-ci illərdə FAO ilə birlikdə 53-ə yaxın layihə həyata keçirilib, hazırda 6 layihənin icrası davam etdirilir, 4 layihənin isə yaxın müddət ərzində icrasına başlanacağı gözlənilir. Layihələr əsasən toxumçuluq, heyvandarlıqda məhsuldarlığın artırılması, damazlıq işinin yaxşılaşdırılması, fitosanitar xidmətlərin gücləndirilməsi, ziyanvericilərə qarşı mübarizənin təkmilləşdirilməsi və digər sahələrin inkişafına yardım edir”.
Nazir bildirib ki, layihələrin icrası zamanı onun dayanıqlılığına, səmərəliliyinə və peşəkar mütəxəssis bazasının formalaşmasına önəm verilir: “Hər bir layihə özünün spesifik məqsədlərinə nail olmaqla yanaşı, aqrar sektorun intensiv inkişafına təkan verməlidir. Düşünürəm ki, proqram çərçivəsində həyata keçiriləcək layihələr Azərbaycanın prioritet hesab etdiyi kənd təsərrüfatı, kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi sahələrində önəmli töhfələr verəcək”.
FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Vladimir Raxmanin bildirib ki, Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının tərəfdaşlığı son 20 il ərzində uğurla inkişaf edərək Bakıda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması ilə nəticələnib: “2015-ci ilin may ayında FAO-nun baş direktorunun ölkəyə səfəri zamanı FAO Azərbaycan Tərəfdaşlıq Proqramının yaradılması barədə müqavilə imzalanıb və 2016-2020-ci illər üçün 10 milyon ABŞ dolları həcmində əməkdaşlıq çərçivəsi təsis edilib. Azərbaycan Hökuməti razılaşmanı ratifikasiya edib və proqram üçün Əməliyyat Çərçivəsi 2016-cı ilin dekabrında təsdiq edilib”.
“Azərbaycan hökuməti prioritet sektor kimi kənd təsərrüfatında istehsal və emal sahələrinin həcmlərinin artırılmasını ölkə siyasətində prioritet istiqamət kimi ön plana çəkir. FAO-nun Bakıdakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi ilə birgə iş nəticəsində Azərbaycanda baş verən islahatlar xüsusilə kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər sahəsində pozitiv dəyişikliklər geniş vüsət alır. Meşəçiliyin, balıqçılığın və digər sahələrin inkişafı, dayanıqlı ərzaq istehsalının, kənd yerlərində əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması və təbii sərvətlərin qorunması sahəsində Azərbaycanda bir sıra önəmli layihələr həyata keçirilir. Xüsusilə, kəndlərdə əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində təchizatyönümlü layihələrin icrası bizi məmnun edir. Azərbaycanın kənd təsərrüfatının inkişafı istiqamətində atdığı addımlar digər ölkələr üçün də bir nümunədir”, - deyə V.Raxmanin əlavə edib.
Deyib ki, qurumun əsas məqsədi 2030-cu ilə qədər dünyada yoxsulluq səviyyəsini sıfra endirməkdir: “Bu çox iddialı olsa da, mümkündür. Xüsusilə qadınların və gənclərin fəaliyyətinə fikir vermək lazımdır”.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev meşəçilik və balıqçılıq istiqamətində görülən işlər barədə danışıb: “Pestisidlərin Azərbaycana gətirilməsi və bir sıra digər sahələrdə FAO ilə geniş əməkdaşlıq edirik. Son 10 ildə iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri Azərbaycanın FAO ilə əməkdaşlığının daha sıx qurulmasında vacib rol oynayır. İnanırıq ki, bu əməkdaşlıq ölkəmiz üçün böyük dəyişikliklər və inkişafın daha da səmərəli olmasına təsir edir”.
FAO ilə Azərbaycanın səmərəli əməkdaşlığından danışan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, son zamanlar ölkəmizdə gedən islahatların ərzaq və qida təhlükəsizliyi sektorunda da yan keçməyib: “Bu sahədə əsas məqsəd əhalinin sağlam qida ilə təmin olunması, eləcə də ölkədə məhsuldarlığın artırılması və ixrac potensialının gücləndirilməsidir. Ötən ilin aprel ayından başlayaraq AQTA qida təhlükəsizliyi sektorunda heyvandarlıq və bitkiçilik sahələrində sanitar nəzarəti həyata keçirir. Bu il həm qida təhlükəsizliyi sahəsində, həm də institusional islahatların həyata keçirilməsi üçün hüquqi bazaya dair bir sıra təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır. Yanvarın sonundan etibarən FAO-nun dəstəyi ilə yerli mütəxəssislər üçün ixtisasartırma üzrə qısamüddətli təlim proqramları keçiriləcək. Qida Təhlükəsizliyi İnstitutunun 30-a yaxın əməkdaşı təlimlərə cəlb olunacaq”.
BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycan Tərəfdaşlıq Proqramının əhəmiyyətini qeyd edib. Bildirib ki, FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr iqtisadiyyatın şaxələndirilməsinə, kənd təsərrüfatı sektorunun müasirləşməsi və daha da dayanıqlı olmasına töhfə verir.
FAO-nun Azərbaycan nümayəndəliyinin rəhbəri Mələk Çakmak isə qeyd edib ki, FAO ilə Azərbaycan hazırda 4 layihənin icrasını həyata keçirir.
Daha sonra tədbirdə həyata keçiriləcək layihələrin təqdimatı olub. Tərəfdaşlıq Proqramı çərçivəsində FAO Azərbaycanda qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması, iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərin yaradılması, sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması və fındıq sənayesinin inkişafı üzrə layihələrinin həyata keçirilməsini nəzərdə tutur.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19

