/ / Heydər Əliyev Fondu ilə İtaliyanın TechnipFMC şirkəti arasında əməkdaşlıq memorandumu çərçivəsində magistr proqramı təqdim edilib
Heydər Əliyev Fondu ilə İtaliyanın TechnipFMC şirkəti arasında əməkdaşlıq memorandumu çərçivəsində magistr proqramı təqdim edilib
31.05.2019 [10:36]
Mayın 30-da Heydər Əliyev Fondu və İtaliyanın neft və qaz şirkəti-TechnipFMC arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçiriləcək “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı” layihəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu ilə İtaliyanın neft və qaz şirkəti-TechnipFMC arasında əməkdaşlıq memorandumu çərçivəsində neft-qaz sahəsində çalışan tələbələr üçün magistr proqramı üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi tədbirlərinin keçirilməsi, elm, texnologiya və təhsil sahələrində birgə layihələrin icrası nəzərdə tutulur.
Sənədi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və TechnipFMC şirkətinin prezidenti Marko Villa imzalayıb.
Layihə ilə bağlı təqdimat tədbirində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Ali Neft Məktəbi və digər təşkilatların nümayəndələri iştirak ediblər.
TechnipFMC şirkətinin prezidenti Marko Villa çıxış edərək imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyətindən danışıb. O qeyd edib ki, şirkət Azərbaycanla bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir: “Bizim şirkətimiz bu sahədə innovasiyaların tətbiqini dəstəkləyir. Biz Azərbaycanla nəqliyyat texnologiyası, innovasiyalar sahəsində əməkdaşlıq edə bilərik”.
Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov təlim proqramının məqsədi barədə danışıb. O bildirib ki, bu proqram ölkənin təhsil, ətraf mühit və texnoloji sektorunun inkişafına töhfə verilməsi, texnologiya və sənaye innovasiyalarının azərbaycanlı tələbələrə və peşəkarlara ötürülməsi, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm layihələrdəndir. Bildirilib ki, memorandum çərçivəsində Azərbaycanda fəaliyyət göstərən müvafiq tədris müəssisələrinin bu layihəyə cəlb olunması nəzərdə tutulur. Magistr proqramı həm ölkə daxilində, həm də xaricdə həyata keçiriləcək.
TechnipFMC şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Luici Fiorentino şirkətin ölkəmizdəki fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, TechnipFMC - dəniz səviyyəsindən aşağıda, quruda və dənizdə, eləcə də yerüstü texnologiyalar sahəsində EPC (Layihələndirmə, Satınalma və Tikinti) qlobal liderdir. Şirkət Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir və burada “Şahdəniz 1” (TPG-500) üçün birinci platforma kimi çoxsaylı layihələr həyata keçirib. Bundan əlavə, TechnipFMC Azərbaycanda neft-kimya sahəsində yeganə lisenziya almış şirkət olaraq bir sıra layihələr hazırlayıb. Bunların sırasında SOCAR Azərikimya layihəsini qeyd etmək olar. Bu layihədə yeni krekinq sobaları və qaz emalı qurğusu qurulur. Həmçinin SOCAR GPC layihəsində həm qaz emalı, həm də neft-kimya buxarlı krekinq qurğusu da tam olaraq TechnipFMC-nin texnologiyaları əsasında layihələndirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24

