AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək
17.12.2019 [09:52]
“Azərbaycan Hava Yolları” QSC (AZAL) “FlightSafety International” şirkətindən “Embraer E-190” tipli təyyarə üçün son nəsil aviasiya trenajoru əldə edir. Trenajor Azərbaycan Hava Yolları yanında Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzində quraşdırılacaq.
AZƏRTAC xəbər verir ki, müvafiq sazişi dekabrın 16-da Bakıda Azərbaycan tərəfdən AZAL-ın prezidenti Cahangir Əsgərov və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, “FlightSafety International” tərəfdən isə aviasiya trenajorları xidmətləri üzrə icraçı direktor Con Van Maren və satış üzrə direktor Filip Delfur imzalayıblar. Müqavilənin ümumi dəyəri 11,5 milyon ABŞ dolları təşkil edir.
“FS1000 Embraer E190-E1 Level D Full Flight Simulator” yeni trenajor kompleksi “Buta Airways” aviaşirkətinin pilotlarının tam təlim və sertifikatlaşdırılması üçün imkan yaradacaq. Sözügedən trenajorun alınması ilə bağlı ilkin razılıq bu ilin noyabrında “Dubai Air Show - 2019” sərgisi çərçivəsində əldə olunub.
“Milli Aviasiya Akademiyası Azərbaycanın mülki aviasiyası üçün kadrların hazırlandığı yerdir. Buna görə biz onun maddi-texniki bazasının genişləndirilməsi üzərində daim çalışırıq. Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev ilə birlikdə akademiyanın ərazisində trenajor komleksi üçün nəzərdə tutulmuş və inşası sona çatmaqda olan binanın tikilməsi barədə qərar qəbul etmişdik. “Embraer E-190” və “Boeing 787 Dreamliner” tipli təyyarələr üçün aviasiya trenajorları yerləşdiriləcək. Bugünkü sazişin imzalanması aviasiya sahəsində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılması üçün səylə çalışdığımızın daha bir təsdiqidir”, - deyə AZAL-ın prezidenti C.Əsgərov bildirib.
Qeyd edək ki, sözügedən trenajorda Azərbaycanın aviaşirkətlərinin pilotları ilə yanaşı, xarici aviaşirkətlərin də pilotları təlim keçəcək.
AZAL Pilotların Hazırlığı Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Mərkəz nəzəri və praktiki hazırlıq şöbələrindən ibarətdir. Nəzəri tədris şöbəsi hər il 7000-dən çox mülki aviasiya mütəxəssisinin 300-dən çox kvalifikasiyanın artırılması kurslarında iştirakını təmin edir. Təcrübə təlim şöbəsində peşəkar pilot bacarıqlarının əldə edilməsi və dəstəklənməsi üçün çox əhəmiyyətli olan dörd uçuş aviasiya trenajoru fəaliyyət göstərir - “Airbus A319 / 320”, “Boeing 757/767”, “ATR-42/72”, həmçinin “Mi-8AMT” vertolyotu.
“FlightSafety” AZAL-ın bu qabaqcıl aviasiya trenajorunun təchizatçısı kimi bizi seçdiyindən çox qürur duyur. Sözügedən trenajor ən yüksək standart olan “D” səviyyəsinə uyğundur. Bu, AZAL-ın təhlükəsizliyə sadiqliyini və pilotlarına ən yüksək keyfiyyətli və effektiv təlim verməsinin əyani təsdiqidir. Aviaşirkət ilə münasibətlərimizin genişlənməsinə və Azərbaycanda olmağımıza ümid edirik”, - deyə “FlightSafety International”ın icraçı direktoru C.V.Maren qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34

