Regionun siyasi, iqtisadi, hərbi sabitliyinin əsas açarı Azərbaycandır
03.03.2010 [10:31]
Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı ölkə kimi bölgənin iqtisadi, siyasi, hərbi vəziyyətinə önəmli dərəcədə təsir etmək gücündədir. Respublikamızın gündən-günə artan sosial-iqtisadi və hərbi-siyasi gücü, eləcə də, bu faktorların təsirilə formalaşan beynəlxalq nüfuzu ölkəmizə bu imkanı verir. Bu səbəbdən, Azərbaycan təbii olaraq regionun iqtisadi, siyasi və hərbi sabitliyinin təmin olunmasında həlledici rola malik olan ölkəyə çevrilib. Və bu fakt beynəlxalq aləmdə də qəbul olunur.
Bildiyimiz kimi, Azərbaycan dünya dövlətləri arasında iqtisadi inkişaf sürətinə görə ön sıralarda dayanır. Respublikamızın artan iqtisadi inkişafı regiondakı digər dövlətlər üçün də faydalıdır və ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan qonşu dövlətlərin problemlərinin həllinə də töhfə verir. Belə ki, təxminən iki il əvvəl Gürcüstanda qaz böhranı yarandığı zaman Azərbaycan bu ölkəyə yardım əlini uzatdı.
Eyni zamanda, regionda marağı olan digər ölkələr və beynəlxalq təşkilatlar da Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlığa böyük maraq göstərirlər ki, bu da son nəticədə regionda qlobal enerji layihələrinin reallaşmasına faydalı zəmin yaradır. Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi və istifadəyə verilməsi bilavasitə Azərbaycanın səyi və fəal iştirakı sayəsində mümkün olub. Hazırda reallaşmaqda olan TRASEKA layihəsində yer alan Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən vacib dəhliz rolunu oynayır.
Beləliklə, həm xammal təchizatçısı, həm də tranzit ölkə kimi qlobal layihələrdə iştirak edən Azərbaycan uzunmüddətli perspektivdə regionun iqtisadi sabitliyinin təmin olunmasında əsas faktor kimi çıxış edir.
Hərbi sahəyə gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycanın bu sahədə həyata keçirdiyi daxili və xarici siyasət özünü müdafiə məqsədlərinə, beynəlxalq terrorizmlə mübarizəyə, regionda və dünyada sülh və sabitliyin qorunması istiqamətində fəaliyyətə yönəlib. Məlumdur ki, Azərbaycan NATO ilə 1994-cü ildən başlayaraq “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində əməkdaşlıq edir. Bundan əlavə, Azərbaycan sülhməramlıları hazırda terrorizmlə mübarizədə və beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında birbaşa iştirak edir. Azərbaycan qonşu dövlətlərlə münasibətlərdə də sülh, bir-birinin daxili işinə qarışmamaq və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə üstünlük verir.
Lakin o da danılmaz faktdır ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin qorunması üçün yalnız Azərbaycanın töhfə və səyləri kifayət etmir. Eyni zamanda, bu məsələnin məsuliyyəti regiondakı bütün dövlətlərin üzərinə düşür. Artıq 20 ilə yaxındır ki, Ermənistanın Azərbaycana qarşı sərgilədiyi aqressiv mövqe bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına əngəl törədən başlıca maneədir. Belə ki, Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçı siyasətin nəticəsi olan Dağlıq Qarabağ münaqişəsi region dövlətlərinin inkişafı üçün əsas təhlükə mənbəyidir. Sözügedən konflikt həm də Cənubi Qafqazda maraqları olan ölkələrin maliyyələşdirdiyi layihələrin həyata keçirilməsi və eləcə də, artıq mövcud olan neft-qaz kəmərlərinin gələcək fəaliyyətini hədələyən amil olaraq qalmaqdadır. Münaqişənin diplomatik yolla və beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə həllinə çalışan Azərbaycanın cəhdləri hələ ki, rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi səbəbindən nəticəsiz qalır. Münaqişənin həllinin uzanması isə regionun gələcəyi üçün çox təhlükəli ola bilər. İlk növbədə, ona görə ki, işğal altında olan nəzarətsiz və boş qalmış torpaqlar qeyri-qanuni silahlı qruplaşmaların və narkotik alverçilərinin sərbəst fəaliyyəti üçün əlverişli məkandır. Digər bir tərəfdən, münaqişənin davam etməsi hərbi əməliyyatların yenidən başlanması ehtimalını da artırır. Belə ki, Ermənistanın işğalçılıq siyasətinin qurbanı olan yüzminlərlə Azərbaycan vətəndaşı məcburi köçkün həyatı yaşayır və Azərbaycan tərəfi bu vəziyyətə əbədi dözmək niyyətində deyil. Bu səbəbdən, beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması yönündəki fəaliyyətini və BMT, ATƏT, AŞ PA kimi beynəlxalq təşkilatların qətnamə və qərarlarını nəzərə alaraq işğalçı siyasətindən əl çəkməsi üçün Ermənistana daha artıq təzyiq göstərməlidir. Yalnız münaqişənin öz həllini tapacağı təqdirdə regionda davamlı inkişaf və sabitliyin bərqərar olmasından söhbət gedə bilər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

