Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının illik toplantısında təmsil olunub
29.07.2020 [09:35]
Azərbaycan iyulun 28-də Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının videokonfrans formatında keçirilən 5-ci İllik Toplantısında təmsil edilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “AİİB-in 2030-cu ilədək orta və uzunmüddətli perspektivdə üzvlərinə dəstəkvermə yanaşması” mövzusunda təşkil edilmiş toplantıda Asiya regionunun inkişafı üzrə uzunmüddətli tendensiyalar və qısamüddətli makroiqtisadi dəyişikliklər, AİİB-in COVID-19 pandemiyası ilə mübarizə məqsədilə həyata keçirdiyi tədbirlər, üzv ölkələr üçün bank tərəfindən təklif olunan dəstək və digər məsələlər müzakirə olunub.
İllik toplantının fəxri qonağı olan Çin Xalq Respublikasının Prezidenti Si Cinpin çıxış edib, Asiya infrastrukturunun inkişafı məqsədilə regional əlaqələndirmə istiqamətində yaradılan AİİB-in hazırda 6 materikin 102 üzv ölkəsini birləşdirməklə, beynəlxalq səviyyəli maliyyə institutuna çevrildiyini qeyd edib, bankın uğurlu fəaliyyətindən, koronavirus pandemiyası dövründə üzv ölkələrə göstərdiyi dəstəkdən məmnunluğunu və bankın qarşıdakı dövrdə fəaliyyəti üzrə tövsiyələrini bildirib.
Tədbirdə çıxış edən AİİB-də Azərbaycandan müdir, İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin bankla əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb, birgə həyata keçirilən layihələr və qarşıdakı 10 il ərzində korporativ strategiyanın inkişafı barədə məlumat verib. Bildirilib ki, regional ticarəti və Avropada enerji təhlükəsizliyini dəstəkləyən TANAP layihəsi AİİB-lə əməkdaşlığın uğurlu nümunələrindəndir.
Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğunu qeyd edən İqtisadiyyat naziri ölkəmizin müasir infrastruktur yaratmaqla beynəlxalq nəqliyyat qovşağına çevrildiyini, Asiya və Avropanı birləşdirən ən qısa nəqliyyat yolu olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Limanının region ölkələri arasında əməkdaşlığın genişləndirilməsində rolunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın bütün regional inkişaf səylərinə baxmayaraq, Ermənistanın təcavüzkar siyasəti bölgədəki iqtisadi əməkdaşlığın genişlənməsinə ciddi maneələr yaradır və iqtisadi potensialın tam reallaşdırılmasını məhdudlaşdırır.
M.Cabbarov Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizinin son üç onillikdə Ermənistanın işğalı altında olmasını, 1 milyon əhalinin qaçqın və məcburi köçkünə çevrildiyini, iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin cəbhə bölgəsində deyil, Azərbaycanın iki dövlət arasındakı sərhəddə yerləşən mövqelərinə artilleriya silahlarından atəş açaraq hərbçi və mülki şəxsləri öldürməsini və yaralamasını, Ermənistanın təxribatının məqsədyönlü şəkildə münaqişə ətrafında vəziyyəti gərginləşdirdiyini, qonşu ölkənin işğalçılıq siyasətinin bölgədəki meqa enerji və nəqliyyat layihələrini ciddi risk altına aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
COVID-19 pandemiyasının neqativ təsirlərindən danışan İqtisadiyyat naziri bu təsirlərin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verib, Azərbaycanda əlverişli biznes mühitinin yaradıldığını və özəl sektorun inkişafına istiqamətlənmiş innovativ islahatların davam etdirildiyini vurğulayıb. Bildirilib ki, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin Azərbaycanda filialının təşkilinə başlanılıb və bu mərkəz qlobal çoxtərəfli əməkdaşlıq üçün önəmli platforma rolunu oynayacaq. O, Azərbaycanın postpandemiya trendləri barədə danışıb, rəqəmsal iqtisadiyyat, İKT, aqrobiznes, tikinti, dağ-mədən, neft-kimya və turizm sektorlarının prioritet istiqamətlərindən olduğunu və bu sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.
AİİB-in prezidenti Cin Liçun bankın fəaliyyəti, Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirdə AİİB-in 2019-cu il üzrə hesabatı təqdim edilib, yeni üzvlərin qəbulu, növbəti ildə keçiriləcək illik toplantısı barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

