Azercell-in Müştəri Məmnuniyyəti göstəricisi son altı ayda 90%-i keçdi
18.08.2020 [08:44]
Bu altı ay ərzində operatorun əlaqə mərkəzinə keçən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artıq müraciət daxil olub
“Azercell Telekom” MMC 2020-ci ilin ilk yarısı üçün Əlaqə Mərkəzinə daxil olan müraciətlərin sayı və onların araşdırılması ilə bağlı nəticələri təqdim edib. Belə ki, cari ilin ilk 6 ayında Azercell-in Əlaqə Mərkəzinə 2.300.000 müraciət daxil olub ki, onların 2.210.000-i və ya 96% cavablandırılıb və müştərinin müraciəti üzrə məsələlər dərhal həllini tapıb. Aylar üzrə bu göstərici 90-98 faiz arasında dəyişib.
Azercell-də cari ilin ilk yarısında xidmət səviyyəsinin göstəricisi ortalama 82% təşkil edib ki, bu, müasir dövrdə Avropa standartlarına əsasən çağrı mərkəzlərinin fəaliyyəti üçün yüksək nəticədir. Məlumat üçün bildirək ki, xidmət səviyyəsi - operatorun zəngi nə dərəcədə tez cavablandırması və müvafiq olaraq daxil olan müraciətin araşdırılması müddətinin qısalığını göstərir və mütləq şəkildə müştəri məmnuniyyətinə təsir etməklə yanaşı, təşkilatın imici üçün də əhəmiyyət kəsb edir. Həmçinin, Avropa standartlarına görə müştəri məmnuniyyəti göstəricisi 80%-dən yuxarı olmalıdır ki, son altı ayda Azercell-də bu göstərici 90%- dən artıq təşkil edib
5 milyonluq abunəçi ailəsinin rahatlığını təmin edən Azercell, ilk növbədə, müasir iş və yaşayış şəraitini nəzərə alaraq, abunəçilərinin müraciətlərini yeni platformalarda onlayn qaydada cavablandırır. Belə ki, 2019-cu ilin son rübündən etibarən Azercell-in onlayn müştəri xidmətləri sahəsində cavab platformalarının sayı dəfələrlə artırılıb. “Kabinetim” tətbiqetməsinə çat bölməsi əlavə olunub ki, proqrama daxil olan müştərilər birbaşa bu çatda müraciətlərini çatdıra bilirlər; eyni zamanda Play Market və AppStore üzərindən abunəçilərin tətbiqlə bağlı rəy bildirmək və suallara cavab almaq imkanı da işə salınıb. Ötən ilin noyabrından etibarən online xidmət 24/7 iş rejiminə keçib; Facebook-da müştərilərin müraciətləri fərdi çatda birbaşa qəbul edilməyə başlayıb. Bununla yanaşı, 2020-ci ilin əvvəlində Azercell onlayn müştəri xidmətləri sahəsində yenilikləri təqdim edib, belə ki, abunəçilər arasında populyarlaşan yeni Telegram sosial şəbəkədə “Azercell Bot” yaradılıb və uğurla tətbiq olunur.
Rəqəmlərə gəldikdə, 2020-ci ilin ilk 6 ayında ötən ilin müvafiq periodu ilə müqayisədə Azercell-ə daxil olan online müraciətlərin sayı təxminən 10 dəfə artıq olub. 2019-cu ilin ilk yarısında Online Çat vasitəsilə şirkətə 23 mindən yuxarı müraciət daxil olmuşdusa, bu il üçün bu göstərici 208 mindən çox olub. Keçən ilin dekabrında fəaliyyətə başlayan Facebook üzərindən fərdi çat sayəsində təkcə 6 ay ərzində 23.743 müraciətə baxılıb. Eyni zamanda, email vasitəsilə daxil olan və cavablandırılan müraciətlərin sayı da artıb: bu ilin 6 ayında email-la daxil olan 5538 məktubun hamısı cavablandırılıb. Bundan əlavə, Korporativ müştərilər üçün Telefon Mərkəzi ilk 6 ay ərzində - 49 min zəng və 16 min onlayn müraciət qəbul edib, Premium statuslu müştərilər üçün fəaliyyət göstərən xüsüsi Telefon Mərkəzi isə 55 min zəng qəbul edib. Beləliklə, 2020-ci ilin ilk yarısında Azercell-in Əlaqə Mərkəzi kanalları vasitəsilə 2 milyondan artıq müraciət cavablandırılıb.
Xüsusi olaraq qeyd edilməlidir ki, son aylar ölkəmizdə pandemiya ilə əlaqədar elan edilmiş karantin rejimi səbəbindən Azercell şirkətinin Əlaqə mərkəzi gücləndirilmiş iş rejimində çalışır. İşçilər üçün dərhal evdən işləmə şəraiti yaradılıb. Karantin rejimini nəzərə alaraq, Azercell Telekom öz abunəçilərinə evi tərk etməməsi və insan sıxlığı olan yerlərə getməməsi üçün distant xidmət kanallarından istifadəni tövsiyə edib. Qeyd edək ki, Azərbaycanda mobil rabitə bazarının lideri, 5 milyon vətəndaşın seçimi olan “Azercell Telekom” MMC hər zaman müştərilərinin rahatlığını düşünür və daima müştəri xidmətləri sistemlərinin ən qabaqcıl və innovativ modellərinin təkmilləşdirilməsi və tətbiqi üçün çalışır.
Xəbər lenti
Hamısına baxDünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58

