Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası bəyanat qəbul edib
03.11.2020 [09:39]
Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TTSP) noyabrın 2-də “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda Bakıda keçirilən növbədənkənar iclasının iştirakçıları tərəfindən bəyanat qəbul edilib.
AZƏRTAC bəyanatı təqdim edir: “Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən növbədənkənar iclasının iştirakçıları Azərbaycanın sosial-iqtisadi tərəqqisini və qazandığı uğurları yüksək qiymətləndirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda sahibkarlığın inkişafı üzrə strateji xəttinə uyğun ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi ilə Azərbaycanda çoxminli sahibkarlar sinfinin formalaşmasına, rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisələrin yaradılmasına, nəticədə ölkə məhsullarının xarici bazarlara ixracının artmasına yaradılan əlverişli şəraiti alqışlayır.
Palata Azərbaycanın sosial-iqtisadi inkişafında, iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarların qanuni mənafelərinin qorunması və işgüzar fəaliyyətinin gücləndirilməsi istiqamətində dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətlərinə və gördüyü işlərə böyük dəyər verir.
Ortaq milli-mənəvi dəyərlərdən qaynaqlanan türkdilli dövlətlərin birliyi və strateji müttəfiqliyi hazırda birgə səylərimizlə inkişaf etməkdədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilib.
Türkdilli dövlətlərin Azərbaycanın haqq işinə verdiyi dəstək həmrəyliyimizin daha bir nümunəsidir və xalqlarımız üçün olduqca dəyərlidir.
Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvləri və türkdilli dövlətlərin işgüzar dairələri son dövrlərdə Azərbaycanda baş verən hadisələri diqqətlə izləyirlər. Palata üzvləri olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll olunmasının vacibliyini bir daha vurğulayırıq.
Tədbir iştirakçıları Azərbaycanın münaqişə zonasından çox uzaqda yerləşən yaşayış məntəqələrinin erməni silahlı birləşmələri tərəfindən qadağan olunmuş silahlardan mütəmadi olaraq atəşə tutulmasını, dinc əhali arasında ağır itkilərə səbəb olan halların qətiyyən yolverilməz olduğunu bildirərək qəti etirazlarını ifadə edirlər. Dünya ictimaiyyəti Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması nəticəsində məqsədyönlü şəkildə mülki şəxslərin qətlə yetirilməsinin qarşısının alınması üçün zəruri addımlar atmalı və bu ölkənin silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.
Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvləri işğaldan azad olunmuş ərazilərin zəngin yeraltı sərvətlərə malik olmasını, kənd təsərrüfatının və turizmin inkişafı üçün yüksək potensialını, habelə iqtisadiyyatın digər sahələrinin inkişafı üçün əlverişli şəraitin olduğunu nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün bütün imkanlarını səfərbər edərək həmin ərazilərdə həyata keçiriləcək genişmiqyaslı tədbirlərdə (infrastrukturun qurulması, tikinti, abadlıq-quruculuq işlərinin aparılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi, yeni layihələrin həyata keçirilməsi və sair) yaxından iştirak etməyə hazır olduqlarını bildirirlər.
Biz - “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən iclasın iştirakçıları, habelə cəmiyyətin fəal hissəsini təşkil edən türkdilli dövlətlərin sahibkarları həmrəylik nümayiş etdirərək Azərbaycanın qəbul etdiyi bütün qərarları dəstəkləyir, birlikdə yeni iqtisadi uğurlara nail olacağımıza inanır və ölkələrimizin iqtisadi potensialının daha da gücləndirilməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması, dünya miqyasında nüfuzumuzun artması üçün bütün gücümüzü səfərbər edəcəyimizi bəyan edirik”.
Xəbər lenti
Hamısına baxDünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23

