Sanksiyalar əks-təsir göstərir, Avropada etirazlar artır
07.04.2022 [10:35]
Mübariz ABDULLAYEV
Qlobal güc mərkəzlərinin geosiyasi maraqlarının kəsişdiyi Rusiya-Ukrayna müharibəsi həm də Şimal qonşumuza qarşı tətbiq edilən sanksiyalarla diqqət çəkir. ABŞ-dan və sanksiyalara qoşulan Avropa İttifaqı (Aİ) dövlətlərindən gələn məlumatlarda bildirilir ki, qadağalar Rusiyanın iqtisadi-maliyyə imkanlarının məhdudlaşdırılmasına və ölkənin defolt vəziyyətinə gətirilməsinə hədəflənib. Əlbəttə, sanksiyalar səbəbindən Rusiya iqtisadiyyatı böyük itkilərə məruz qalır. Bununla belə, qadağalar sanksiyaların müəllifləri olan dövlətlərə də ciddi ziyan vurmaqdadır. Necə deyərlər, onlar özgəsi üçün qazdıqları quyuya indi özləri də düşməkdədirlər.
Təklif tələbi qarşılamır
Sanksiyalar səbəbindən Rusiyadan ABŞ-a və Aİ dövlətlərinə ixrac həcmləri əhəmiyyətli dərəcədə azalıb. İndiyədək bəhs olunan dövlətlər Şimal qonşumuzdan enerji resurslarını, avtomobil və aviasiya sənayesi üçün bir sıra qara və əlvan metalları, eləcə də ayrı-ayrı pozisiyalar üzrə ərzaq məhsullarını idxal edirdilər. İndi bu tədarük zəncirinin qırılması səbəbindən ABŞ-da və Avropa ölkələrində qıtlıq müşahidə edilir.
Eyni zamanda, yanacağın və ərzaq məhsullarının qiymətləri sürətlə artır. Son günlərdə Avropa nəşrlərində dərc olunan materialların böyük əksəriyyətinin mövzusu bu barədədir. Focus.de. nəşrinin xəbərinə görə, Almaniyanın Aldi, Rewe, Lidi, Edeka kimi nəhəng ticarət şəbəkələri qiymətləri əhəmiyyətli dərəcədə artırmaq məcburiyyətindədirlər. Səbəb kimi isə sanksiyalar göstərilir. Qəzet yazır: “Qiymətlər Pasxa bayramı ərəfəsində yenidən qalxa bilər. Mövcud təklif daha yüksək tələbatı ödəmir”.
Britaniyanın mərkəzi bankı: Tarixi şok yaşayırıq
Avropada yanacağın və ərzaq məhsullarının qiymətinin sürətlə artması insanların real gəlirlərində özünü açıq-aydın hiss etdirir. Böyük Britaniyanın mərkəzi bankının rəhbəri Endryu Beyli bu il ötən əsrin 70-ci illərindəkindən daha dərin böhran gözlənildiyi və yüksək inflyasiyanın qaçılmaz olduğu barədə xəbərdarlıq edib.
Böyük Britaniyanın milli statistika institutunun məlumatlarından bəlli olur ki, izafi xərcləri artan ölkə vətəndaşları sərt qənaət rejiminə keçmək məcburiyyətində qalıblar. Məsələn, britaniyalıların 31 faizi ərzağa və yaşam üçün ilk tələbat mallarına daha az vəsait xərcləyiblər ki, bu da həyat səviyyəsinin aşağı düşməsinə dəlalət edir. Mərkəzi bankın rəsmisi enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətlərinin hər gün deyil, hər saat qalxmasını təmsil etdiyi qurumun real gəlirlərinə olduqca mənfi təsir göstərən tarixi şok kimi səciyyələndirib.
Avropa etirazlar məngənəsində
Qiymətlərin kəskin artması və yüksək inflyasiya öz növbəsində narazılıqlara yol açır. Hazırda Qərb bir növ etirazlar məngənəsində qalıb. ABŞ-da benzinin qiymətinin artmasına görə ciddi gərginliklər yaşanır. Almaniyada insanlar hökumətin siyasətinə etirazlarını bildirirlər. Berlində aparılan sorğuya respondentlərin böyük əksəriyyətinin cavabı belə olub: “Almaniya hakimiyyəti Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və qiymətlərin artması fonunda şirkətlərə, iri korporasiyalara sadə vətəndaşların hesabına ayaq üstə qalmalarına və gə?irlərini artırmalarına imkan yaradır”.
Almaniyanın həmkarlar ittifaqları assosiasiyasının rəhbəri Rayner Hoffman bildirib ki, Rusiyadan qaz tədarükünün dayandırılması aradan qaldırılması mümkün olmayan fəsadlara gətirib çıxardacaq. Londonda aprelin əvvəlindən hökumət iqamətgahı qarşısında elektrik enerjisi və qazın qiymətinin bahalaşmasına qarşı aksiya başlayıb. Etirazçılar baş nazir Boris Consonun və Mühafizəkarlar Partiyası hökumətinin istefasını tələb edirlər. Fransanı da Rusiyaya qarşı sanksiyalar səbəbindən yanacağın qiymətinin artmasına qarşı etirazlar bürüyüb. Bu ölkədə etirazlara, ilk növbədə, fermerlər, taksi və TIR sürücüləri qoşulublar.
Xəbər lenti
Hamısına baxHadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52

