“Taxıl OPEK”i israrlıdır...
28.05.2022 [10:41]
M.ABDULLAYEV
“Taxıl müharibəsi” başlayacaqmı?
Gözlənilən qlobal ərzaq qıtlığı ölkələri və beynəlxalq təşkilatları vəziyyəti stabilləşdirmək, təhlükəni sovuşdurmaq üçün təcili addımlar atmağa sövq edir. İndiki məqamda dünya üzrə əsas ərzaq məhsullarından olan taxıl pozisiyası üzrə tələb və təklif arasında kəskin disbalansı azaltmaqdan ötrü müxtəlif variantlar təklif olunur. Gündəmə gətirilən variantlardan biri də Ukraynanın anbarlarında yığılan taxılın dünya bazarlarına daşınmasının təmin edilməsi ilə bağlıdır. Söhbət Ukraynanın Qara dəniz limanlarının Rusiya qüvvələri tərəfindən blokadaya alınması səbəbindən anbarlarda istifadəsiz qalan 20 milyon ton taxıldan gedir.
“Taxıl OPEK”i genişlənir
Anbarlarda qalan Ukrayna taxılı Qara dəniz limanlarından Böyük Britaniya tərəfindən gündəmə gətirilən “yaşıl dəhliz” vasitəsilə daşına bilər. Ümumi qənaətə görə, Odessadakı limanlardan Bosfor boğazınadək təhlükəsiz zona formalaşdırılır- yük gəmiləri üçün təhlükə yaradan minalar zərərsizləşdirilir, limanların Rusiya qüvvələri tərəfindən blokadasına son qoyulur və taxıl daşınır.
Ukraynanın təşəbbüsü ilə formalaşmaqda olan “taxıl koalisiyası” və yaxud “taxıl OPEK”i icrası çətin görünən taxılın daşınması əməliyyatının reallaşdırılmasında israrlıdır. Koalisiyanın sıralarının genişlənməsi də bundan xəbər verir. ABŞ Ukraynadan taxılın “yaşıl dəhliz”lə daşınmasına dəstək verəcəyini təsdiqləyib. Dünya nəhəngi olan Çin qlobal həmrəylik təşəbbüsünə “hə” deyib. Bu günlərdə Böyük Britaniya və Litva arasında “yaşıl dəhliz” ideyasının gerçəkləşməsi ilə bağlı fəal müzakirələr aparılır. Danimarka “əməliyyatlardan kənarda qalmayacağıq” vədini verib. Niderland da koalisiyaya qoşulmağa hazır görünür. Bu ölkənin müdafiə naziri Kaysa Ollonqren bildirib ki, Amsterdam Ukrayna taxılı yüklənmiş gəmiləri müşayiət etmək üçün formalaşan koalisiyaya qoşula bilər. Bütövlükdə, taxılın daşınması üçün “yaşıl dəhliz”in açılmasını dəstəkləyən ölkələrin sayı ötən hər gün artır. Avropa İttifaqı məkanında bununla bağlı aparılan müzakirələrdə heç bir fikir ayrılığı ortaya çıxmayıb.
Danışıqlar yolu ilə, yoxsa güc tətbiq etməklə?
“Yaşıl dəhliz”in funksionallığını təmin etmək üçün, ilk növbədə, Rusiya tərəfi ilə danışıqlar aparılması təklif olunur. Başqa bir təklifə görə “yaşıl dəhliz BMT-nin egidası altında yaradılır. Danışıqlar baş tutmadıqda isə hərbi güc tətbiqindən başqa çıxış yolu qalmır. NATO-nun bayrağı altında quruma üzv dövlətlərin xüsusi missiya ilə ayıca donanması formalaşdırılır və regiona göndərilir. Hərbi qüvvələr dəhliz üçün müəyyənləşdirilən ərazilərdə minaları zərərsizləşdirəcək, Rusiyanın blokadasını aradan qaldıracaq, eyni zamanda, taxıl yüklənmiş gəmiləri marşrut boyunca müşayiət edəcəklər. Litvanın ?arici işlər naziri Qabrielus Landsberqis bu məsələni britaniyalı həmkarı Liz Truss ilə müzakirə etdiyini açıqlayıb. Ortada konkret razılaşmalar da var.
Rusiyanın narazılığı
Müharibə tərəfi olan Rusiya isə Ukrayna ilə Avropa İttifaqı ölkələri və ABŞ arasında cızılan “yaşıl dəhliz” xəritəsinə qarşıdır. Rusiyanın ayrı-ayrı dairələrində aparılan müzakirələr “təhrikedici addımlar” kimi dəyərləndirilib. Sual belə qoyulur: Qərbə Ukrayna taxılı bu qədərmi vacibdir? Şimal qonşumuzun rəsmiləri Qara dənizdə Ukrayna taxılının daşınması üçün ayrıca bir NATO donanmasının yaradılmasının yolverilməz olduğunu bəyan edirlər. Bu xüsusda fikirlərini ifadə edən Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko vurğulayıb: “Ukrayna taxılının daşınması üçün koalisiyanın yaradılması Qara dəniz hövzəsi regionunda vəziyyəti ciddi şəkildə gərginləşdirə bilər”.
Bu arada Moskvadan başqa siqnallar da gəlib. Rusiyanın BMT-n?n Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib ki, ölkəsi Qara dənizdən taxılın daşınması üçün üç dəniz mili enində və 80 mil uzunluğunda təhlükəsiz dəhliz yaradıb. Ancaq taxıl doldurulmuş gəmilər Odessadan çıxmayıblar. Eyni zamanda, Moskva taxılla bağlı problemi özü həll etmək niyyətində olduğunu da gizlətmir.
Belə görünür ki, limanlardan Ukrayna taxılının daşınması yalnız qlobal ərzaq qıtlığı ilə bağlı olan bir məsələ deyil. Burada qarşı duran tərəflərin və onlara dəstək verən qüvvələrin hərbi-siyasi niyyətləri də açıq şəkildə özünü büruzə verir.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46

