Neft niyə ucuzlaşır?
09.07.2022 [10:40]
MÜBARİZ
Enerji sektoru, çox doğru olaraq, qlobal miqyasda baş verən hadisələrin lakumus kağızı kimi səciyyələndirilir. Cari ilin əvvəlindən beynəlxalq miqyasda cərəyan edən hadisələrin də əks-sədasını neftin dünya bazar qiymətlərinin volotilliyinin artmasında müşahidə etmək mümkündür. Biz Rusiya-Ukrayna müharibəsinin ilkin fazasında neftin kəskin bahalaşmasını izlədik. Ekspertlər bunu Rusiyadan neft ixracına məhdudiyyətləri özündə ehtiva edən sanksiyalarla əlaqələndirirdilər. Şimal qonşumuz müharibə başlayanadək gündəlik 5 milyon barel neft və 3 milyon barel neft məhsulları ixracatını həyata keçirirdi. Sanksiyalar səbəbindən bu ixrac həcmlərinin azalması dünya bazarında neftə olan tələbatın təklifi üstələməsi ilə nəticələndi. Çünki enerji daşıyıcılarının on illər boyunca formalaşmış təchizat zəncirini qısa müddətdə əvəzləmək mümkün olmadı. Bunun nəticəsi olaraq ajiotaj yarandı və qiymətlər artdı. Bundan başqa, 2022-ci ilin əvvəlində qlobal pandemiyanın artıq tarixdə qaldığı barədə ehimallar da güclənmişdi və uzunmüddətli qapanmalardan sonra iqtisadiyyatlarda açılmalara gedilirdi. Bu amil də neft qiymətlərinin sıçrayışla artmasına təsirsiz ötüşmürdü.
Son günlərdə isə neftin dünya bazar qiymətlərində azalmağa meyilillik müşahidə edilir. Verilən məlumatlara görə Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir bareli 105,72 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir bareli 103,31 dollara ticarət edilir. Bütövlükdə, iyun ayında “Brent” markalı neftin hər barelində 8 dollar azalma qeydə alınıb. Xatırladaq ki, ötən ayın ilk günündə neftin bir bareli 116 dollara təklif edilirdi.
Bəs neftin qiymətlərində müşahidə edilən volotilliyin azalmağa doğru istiqamət götürməsi, “qara qızıl”ın dəyər itirməsi nə ilə bağlıdır? Qlobal enerji bazarını araşdıran analitiklər bunu qlobal iqtisadiyyatda böhran risklərinin artması ilə əlaqələndirirlər. Burada yenə də qlobal pandemiya öz mənfi təsirlərini göstərir. Yoluxma sayındakı artımlar investorları bir növ ləng fəaliyyətə sövq edib. Onlar bir neçə ay bundan əvvəl sürətli artım siqnalları alsalar da, indi buna əks olan prosesləri müşahidə edirlər. Bu səbəbdən də vəsaitlərini gözlənilən artım iqtisadiyyatı üçün enerji daşıyıcılarının əlavə ehtiyatlarının toplanmasına yönəltməyə tələsmirlər.
Rusiya-Ukrayna müharibəsi də qlobal iqtisadi artıma özünün məhdudlaşdırıcı təsirlərini göstərməkdədir. Bir qədər bundan əvvəl Dünya Bankının qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı proqnozları yayıldı. Proqnozlar nikbinlik üçün heç bir əsas yaratmır. 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Qlobal iqtisadiyyatda proqnoz edilən daralma ehtimalları öz növbəsində qlobal enerji bazarında tərəddüdləri artırıb ki, bu da neft qiymətlərinin azalmağa meyilliliyində müşahidə edilir. Neftin hazırkı qiymətləri bir neçə il bundan qabaqla müqayisədə yüksək olsa da, azalma tendensiyası müəyyən narahatlıqlar doğurur.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

