Avropa alternativ mənbələr tapa biləcəkmi?
03.08.2022 [10:37]
Nicat PAŞA
Rusiya-Ukrayna müharibəsi fonunda regionda geosiyasi vəziyyətin gərginləşməsi bir sıra fəsadlar, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə də ciddi təhdidlər yaradıb. Rusiyanı iqtisadi cəhətdən zəiflətmək məqsədilə Qərb bu günə qədər xeyli sayda sanksiyalar paketi tətbiq edib. Qadağaların bir qismi isə Rusiyadan enerji daşıyıcılarının ixracının məhdudlaşdırılmasını əhatə edir. Rusiya da sanksiyaların müqabilində cavab tədbirlərinin görülməsində israrlıdır. Bu ölkənin ən effektiv cavab tədbiri isə sanksiyaların altından imza atan “dost olmayan ölkələr”i “mavi yanacaq” sınağına çəkməsi hesab olunur. Söhbət təxminən bir neçə ay bundan əvvəl Rusiyanın dövlət başçısı Vladimir Putinin “dost olmayan ölkələr”ə satılan qazın dəyərinin rublla ödənilməsi barədə qərarından gedir.
Lakin diqqət yetirməli məqam ondan ibarətdir ki, Rusiya qazından tam imtina etmək qərarı hər iki tərəf üçün olduqca əhəmiyyətlidir. Çünki Avropa enerji bazarında Rusiyanın payı kifayət qədər böyükdür. “Qoca qitə”nin illik qaz tələbatı 552 milyard kubmetrə bərabərdir. İndiyədək bu həcmin təxminən 40 faizi Rusiyadan idxal hesabına ödənilib.
Avropanın Rusiya qazından imtina etməsi həm də şimal qonşumuzun böyük gəlir mənbəyindən məhrum edilməsi deməkdir. 2021-ci ildə qaz Rusiyaya gündəlik 200 milyon dollar valyuta gətirib. Bu məntiqlə söhbət illik 70 milyard dollara yaxın valyutanın itirilməsindən gedir. Verilən məlumatlara görə, Rusiya-Ukrayna müharibəsinin ilk 2 ayında Avropa İttifaqı Rusiyaya yalnız yanacaq məhsullarına görə 44 milyard avro (46.3 milyard dollar) ödəyib. Qeyd edilən 2 ay ərzində Rusiyanın qlobal yanacaq məhsulları satışından əldə etdiyi 66.3 milyard dollar həcmində gəlirinin 70 faizi Avropa İttifaqının (Aİ) payına düşüb. Sanksiyalara məruz qalan Rusiyanın əsas valyuta gəlirlərini yenə də Qərb dövlətləri formalaşdırır.
Belə bir vəziyyətdə hansı ölkələr alternativ mənbə hesab oluna bilər? Bəzi ekspertlərin fikirlərinə görə, Avropada Rusiya qazını əvəzləyə biləcək ən böyük mənbə qismində çıxış edə biləcək ölkə İrandır. Bu ölkə Qətərlə birlikdə zəngin “Pars” yatağını işləyir. Eyni zamanda, İran, Küveyt və Səudiyyə Ərəbistanı arasında münasibətlərdə istiləşmə müşahidə edilir. Hazırda bu üç ölkə Fars körfəzində yerləşən mübahisəli “Durra” qaz yatağının birgə işlənməsinə dair razılıq əldə olunmasına çox yaxındır. Lakin indiki halda İran qazının Avropaya asanlıqla çıxarılacağını demək bir o qədər də məntiqli deyil. Çünki ABŞ başda olmaqla Qərbin İrana münasibəti heç də xoş olmayan məcrada inkişaf edir. Bu ölkə də sanksiyalara məruz qalıb. Əgər Avropa İrana potensial qaz mənbəyi kimi baxırsa, onda, ilk növbədə, sanksiyalar yumşaldılmalıdır. Digər tərəfdən, İran qazının Avropaya çatdırılmasında digər mühüm məsələ infrastruktur amilidir. Qazın daşınmasında ən optimal variant boru xətləri hesab edilir. İranın Avropaya birbaşa çıxışını təmin edəcək boru xətti yoxdur. Belə bir infrastrukturun yaradılması isə həm uzun vaxt, həm də böyük maliyyə vəsaiti tələb edir. Ancaq vəziyyət ümidsiz deyil. Ekspertlər hesab edirlər ki, əgər bütün maneələr dəf edilib İran qazının Avropaya çatdırılması ilə bağlı konsensus əldə olunacaqsa, onda yenə də Azərbaycan Cənub Qaz Dəhlizinin imkanlarını təqdim edə bilər.
Avropa üçün digər alternativ mənbə Türkmənistan ola bilər. Olduqca zəngin ehtiyatlarına malik olan bu ölkənin də xarici bazarlara çıxış üçün nəql marşrutları mövcud deyil. Türkmənistan hazırda qaz satışını əsasən Çin ilə həyata keçirməkdədir.
Alternativ mənbələrin tapılıb-tapılmaması zamana bağlı olan məsələ olduğundan Rusiya qazının idxalının dayandırılması bir sıra ölkələrdə, əsasən isə Almaniyada ciddi narahatlığa səbəb olub. Artıq hökumət bununla bağlı bir sıra işlərin görülməsinə də başlayıb. Doğrudur, Almaniya rus qazından hələ tam imtina edə bilməyib. Lakin rus qazının həcmi xeyli azalıb.
Alman mətbuatının yazdıqlarında qeyd olunur ki, əhalinin bir hissəsi artıq odun sobaları almağa başlayıb. Bu səbəbdən də ötən aydan etibarən piştaxtalardan odun sobalarının yoxa çıxdığı müşahidə edilməkdədir. Baş verənlərin fonunda hazırda Avropada enerji qiymətləri kəskin artıb. Ekspertlərin məlumatlarında bildirilir ki, bu da inflyasiyanı iyun ayında 8,6%-lik yeni zirvəyə çatdırıb. Onların sözlərinə görə, may ayında yeni rekord 8,1% təşkil edirdisə, iyun ayında yeni antirekord qeydə alınıb. Digər önəmli məqam isə elektrik enerjisinin istehsalında yarana biləcək problemlərdir. Məsələnin həlli üçün isə Almaniya kömürlə işləyən elektrik stansiyalarını yenidən işə salmalıdır. Ekoloji baxımdan olduqca təhlükəli hesab edilən bu stansiyaların ətraf mühiti çirkləndirmə dərəcəsi çox yüksəkdir. Bununla da belə nəticəyə gəlmək olar ki, qeyri-ənənəvi üsullardan istifadə nəticəsində Almaniya iqlimlə bağlı bütün hədəfləri ilə vidalaşmalı olacaq və ya artıq vidalaşıb.
Görünən odur ki, hər nə qədər alternativ mənbələrin mövcudluğu haqqında danışılsa da, proseslərin gedişatı ümumilikdə dünya iqtisadiyyatında olduqca böyük təhdidlər yaratmış olur. Baş verənlərin nəticəsidir ki, bu gün dünyada qiymətlərin kəskin şəkildə bahalaşması müşahidə edilir. Bu da ərzaq böhranı riskini daha da sürətləndirir.
Proseslərin hansı nəticəni verəcəyini, bu müddət ərzində dünya iqtisadiyyatının hansı real təhlükələrlə üzləşəcəyi isə zaman məsələsidir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

