9-a çatır...
16.12.2022 [10:32]
Cənubi Qafqazın hava məkanında lider ölkə
Azərbaycanda 8, Gürcüstanda 3, Ermənistanda 2 beynəlxalq hava limanı
M.ABDULLAYEV
Azərbaycanın bütün parametrlər baxımından Cənubi Qafqazın ən öndə gedən ölkəsi olduğu reallıqdır. Respublikamız regionun hava məkanında da lider mövqeyə malikdir. Hazırda respublikamızda 8 beynəlxalq səviyyəli hava limanı fəaliyyət göstərir. Daha bir beynəlxalq səviyyəli hava limanının inşası isə Laçın rayonunda aparılır. Həmin infrastruktur obyektinin inşasının 2024-cü ildə tamamlanacağı gözlənilir. Bununla da ölkəmizdə beynəlxalq səviyyəli hava limanlarının sayı 9-a çatacaq.
Hava limanlarının regionlar üzrə bölgüsü
Beynəlxalq səviyyəli hava limanlarının sayına görə respublikamız qonşu Gürcüstanı və Ermənistanı xeyli geridə qoyub. Belə ki, hazırda Gürcüstanda biri paytaxt Tbilisidə, ikisi isə region şəhərlərində - Kutaisi və Batumidə olmaqla üç beynəlxalq səviyyəli hava limanı fəaliyyət göstərir.
Oxşar göstərici üzrə Ermənistan ən pis vəziyyətdə olan ölkədir. Burada biri paytaxt İrəvanda, digəri isə Gümrüdə olmaqla cəmi iki beynəlxalq səviyyəli hava limanı fəaliyyət göstərir.
Beynəlxalq səviyyəli hava limanlarının coğrafi yerləşməsi də bir göstəricidir. Statistikadan göründüyü kimi, qonşu ölkələrdə beynəlxalq səviyyəli hava limanları məhdud coğrafiyada yerləşir. Azərbaycanın belə hava limanları isə ölkənin bütün bölgələrini əhatə edir. Hava limanlarının belə coğrafi yerləşməsi o anlama gəlir ki, respublikamızın yalnız paytaxtı deyil, bölgələri də dünyanın diqqət mərkəzindədir. Bu, respublikamızda reallaşdırılan uğurlu regional inkişaf siyasəti ilə bağlıdır. Respublikamızda inkişaf, infrastruktur quruculuğu, istehsalatların, turizm mərkəzlərinin yaradılması yalnız paytaxt Bakıda təmərküzləşməyib. Hazırda ölkənin regionları da iqtisadi güc mərkəzləri qismində çıxış edirlər. Bölgələrdə yeni turizm mərkəzləri yaradılır, eko turizm inkişaf etdirilir. Bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri ilə eyni sırada dayanır. Bütün bunlar isə Bakı ilə yanaşı, regionlarımızın da əcnəbi iş adamları, investorlar və turistlər üçün cəlbediciliyini artırır.
Qısa müstəqillik tarixində ölkə ərazisində 8 beynəlxalq səviyyəli hava limanının yardılması Azərbaycanın gücünü əks etdirir. Belə çox sayda mühüm infrastruktur obyektlərini yaratmağa ancaq Azərbaycan kimi qüdrətli dövlətlər qadirdirlər.
Keyfiyyət göstəriciləri ilə öndə
Azərbaycanın beynəlxalq səviyyəli hava limanları keyfiyyət parametrlərinə görə də qonşu ölkələrdəki oxşarlarını üstələyirlər. Bunu paytaxt şəhərlərində - Bakıda, Tbilisidə və İrəvanda fəaliyyət göstərən beynəlxalq hava limanlarının timsalında izləmək mümkündür. Türkiyənin “Tənə Akfen” (TAV) şirkəti tərəfindən tikilmiş Tbilisi beynəxalq hava limanı ildə 2,8 milyon sərnişin daşınması üçün nəzərdə tutulub. İrəvandakı beynəlxalq səviyyəli Zvartnots aeroportunun illik sərnişin qəbul etmək imkanları cəmi iki milyon nəfərə hesablanıb.
İndi isə Azərbaycan paytaxtındakı Heydər Əliyev Beynəlxalq Aeroportunun göstəricilərinə diqqət yetirək. Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin tutumuna görə regionun ən böyük hava limanıdır. Bu mühüm infrastruktur obyektini nüfuzlu “Skytrax” beynəlxalq agentliyi tərəfindən ən yüksək “5-ulduz” reytinqinə, həmçinin
COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görüb. 2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax”in versiyasına görə ardıcıl olaraq beşinci dəfə MDB ölkələri sırasında ən yaxşı hava limanı statusunu təsdiqləyərək “World Airport Awards” mükafatına layiq görülüb. Bu mükafat mülki aviasiya sahəsi üçün keyfiyyət meyarıdır. Qeyd edək ki, 2022-ci il üçün “Skytrax” mükafatları dünyanın 100-dən çox ölkəsində 2021-ci ildən 2022-ci ilədək 8 ay ərzində keçirilən “World Airport Survey” sorğusuna əsaslanır. Sorğu zamanı hava limanlarında sərnişinlərə göstərilən xidmətin və hava limanı xidmətlərinin keyfiyyəti qiymətləndirilib. Bu xidmətlər sırasında əsas səmərəlilik göstəriciləri üzrə sərnişinlərin qeydiyyatı, gəlmə və transfer zonaları, təhlükəsizliyə nəzarət, alış-veriş, pasport nəzarəti və uçuş prosedurları əsas meyar kimi seçilir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin qəbul etmək imkanları da qonşu ölkələrdəki müvafiq infrastuktur obyektlərindəkindən xeyli yüksəkdir. Təkcə 2022-ci ilin yanvar-noyabr aylarında Bakının Heydər
Əliyev Beynəlxalq Aeroportunda 4,04 milyon sərnişinə xidmət göstərilib. Noyabr ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Dubay, Tbilisi, Əbu-Dabi, Şarca, Daşkənd, Mineralnıye Vodı, Ciddə və Ankara daxil olmuşdur.
Hava limanlarının inşasında dünya rekordu
Əlamətdar haldır ki, Azərbaycan regionlarda yaradılan beynəlxalq səviyyəli hava limanlarının inşasında da dünyadakı ən yüksək standartları tətbiq edir. Ölkəmizdə sonuncu belə infrastruktur obyekti Vətən müharibəsində işğaldan azad olunan Zəngilanda cari ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verilib. Bu hava limanı da bütün növ təyyarələri qəbul etmək və yola salmaq imkanlarına malikdir. Onu da vurğulayaq ki, Azərbaycan Füzuli və Zəngilan beynəlxalq hava limanlarının inşasını maksimum qısa müddətdə tamamlamaqla bu sahədə dünya rekorduna imza atıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

