Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

27.09.2026 [18:35]

Nepalın Nar Phu rayonundakı Himlung Himal dağında (7126 metr) baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb. Pis hava şəraiti helikopterlərin zirvəyə çatmasına mane olur və yerüstü xilasetmə işlərini qeyri-mümkün edir.

AZƏRTAC xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti məlumat yayıb.

İtkin düşənlərin hamısı Nepal komandasının üzvləri idi. Onlar düşərgəni xarici turistlərin gəlişi üçün hazırlamaq, marşrutu təmizləmək və ipləri bərkitmək üçün əvvəlcədən getmişdilər. Əcnəbilərin beş-altı gün ərzində gəlməsi gözlənilirdi.

Xilasetmə əməliyyatının başlaması hava şəraitinin yaxşılaşmasından asılıdır.

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30