Köhnə tikili mənzillərin qiyməti niyə bahalaşır?
16.05.2023 [10:41]
Nicat Dilqəmli
Son vaxtlar paytaxtın mənzil bazarında əhəmiyyətli dərəcədə artım müşahidə edilməkdədir. Bu barədə geniş araşdırmanı özündə əks etdirən məqaləni ötən buraxılışlarımızda oxucularımızın ixtiyarına təqdim etmişdik. Son bir neçə ay ərzində mənzil bazarında baş verən növbəti dəyişiklik isə köhnə tikili mənzillərin qiymətinin artmasıdır. Başqa sözlə, müşahidələr onu deməyə əsas verir ki, bəzi vətəndaşlar yeni tikililərdənsə, köhnə tikililərə daha çox üstünlük verirlər.
Bir neçə gündür ictimaiyyətdə geniş müzakirələrə səbəb olan bu qiymət dəyişikliyi barədə müxtəlif versiyalar səsləndirilir. Əsas səbəb kimi köhnə binaların yaxın zamanda sökülməsi göstərilir. Belə olan halda, həmin binadan ev alanlar təbii ki, onun yerində tikiləcək hündürmərtəbəli yeni tikili binadan kompensasiya olaraq mənzillə təmin olunurlar. Qaydaya əsasən, yeni binadan mənzil əvvəlkinin kvadratmetrinə uyğun olaraq verilir. Bu isə geniş, müasir mənzilə sahib olmaqla bərabər həm də on minlərlə manat əlavə gəlir deməkdir.
Bir neçə gün bundan öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun köhnə tikili binaların söküntü işləri ilə bağlı mətbuata açıqlama verməsi bu məsələni bir qədər də aktuallaşdırıb. Bakı meri paytaxtda köhnə binaların sayının 3 mindən çox olduğunu qeyd edərək bildirib ki, bu məsələ gündəmdədir: “Hazırda bununla bağlı işlər aparılır”.
Paytaxtın mənzil bazarındakı bahalaşmaya səbəb olan amillər barədə “Yeni Azərbaycan” qəzetinə danışan əmlak məsələləri üzrə mütəxəssis Ramil Qasımzadə köhnə mənzillərin qiymətində artımın olduğunu təsdiqləyib. Ekspertin sözlərinə görə, bu bahalaşma keçən ilin avqust ayından başlayıb: “Qiymət artımı bu günə qədər davam edir. Bu ilin 5 ayında isə qiymətlərdə təxminən 15-20 faizə qədər artım var. Ümumilikdə isə, ilin əvvəli ilə müqayisə edilərsə, təxminən 10 faizə qədər artım olduğunu görə bilərik”.
R.Qasımzadə qeyd edib ki, əsas səbəblərdən biri köhnə tikili binaların sökülməsidir. Yeni tikili binaların qiymətinin də bir xeyli bahalaşdığını diqqətə çatdıran əmlak eksperti qiymət artımına səbəb olan digər amillər barədə də danışıb: “Digər məqam ondan ibarətdir ki, köhnə tikili binalarda sahə azdır və bir qədər ucuzdur. Ucuz mənzillər tədricən sıradan çıxmaq üzrədir. Məsələn, 2022-ci illə müqayisə aparsaq, Nərimanov metrosu tərəfdə olan evlərin qiyməti 70 min manatdan 100 min manata qədər yüksəlib. Bu, bir otaqlı mənzillərə aiddir. İki otaqlı evlər isə əgər əvvəllər 80-85 min manat aralığında idisə, indi bu rəqəm 120 min manat və daha çoxdur”.
Məhz köhnə tikililərdə qiymətin artmasını isə ekspert belə izah edib: “Çünki yeni tikili binaların əksəriyyətinin sahəsi artıqdır. Bahalaşma həmin tikililərin də qiymətinə təsir edir. Ən başlıca səbəblərdən biri həm də torpaq bazarındakı qiymət artımıdır. Bu gün artıq, demək olar ki, yeni tikili binaların inşası üçün Bakıda torpaq tapmaq çox çətin məsələdir. Bina tikmək üçün torpaq axtaran çox sayda investorlar var. Amma tapmaq mümkün deyil. Digər tərəfdən, insanların gəlirlərinin artması, xidmət sahələrində qiymətlərin bahalaşması kimi bir sıra digər amillər də qiymət artımına səbəb kimi göstərilə bilər”.
R.Qasımzadə hesab edir ki, bahalaşma davam edəcək: “Qiymət artımının qarşısını almağın yeganə səbəbi qlobal böhran və ya müharibə ola bilər”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

