Əmlakını sığortalamayanların diqqətinə!
02.06.2023 [11:22]
Cərimələr xeyli müddətdir qüvvədədir
Daşınmaz əmlakın 80 faizə yaxını sığortasızdır
Günel ABBASOVA
Son günlər sığorta şirkətləri medianın imkanlarından istifadə edərək mənzilini sığorta etdirməyən vətəndaşları sığorta prosesinə cəlb etməyə çalışırlar. Onlar rəsmi xəbərdarlıqlar yayaraq iddia edirlər ki, iyunun 1-dək mənzilini sığorta elətdirməyənlər cərimə ediləcək. Sığorta şirkətlərinin təkid adlandırdıqları proses bir qədər məcbur etmə məsələsinə çevrildiyi üçün bununla bağlı hətta TV kanallarında da “iqtisadçıların” açıqlamalarına rast gəlirik. Amma maraqlıdır ki, bu “iqtisadçılar” cərimənin hansı qanunun hansı maddəsi ilə gerçəkləşdiriləcəyinə aydınlıq gətirməkdən yayınırlar. Bu da cəmiyyətdə müəyyən sualların yaranması ilə nəticələnir. Elə oxucularımız tərəfindən də məsələnin doğruluq payı barədə çoxsaylı suallar ünvanlanır.
Sözügedən sığorta cərimələri barədə sual doğuran bütün məqamların cavabını iqtisadçı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında ətraflı şəkildə izah edib. O bildirib ki, bəzi sığorta şirkətləri mənzillərə xəbərdarlıqlar göndərərək əmlakını sığortalamayanların iyunun 1-dən cərimələnəcəyini bildiriblər: “Bu məsələ ilə bağlı müraciətlərin sayının çox olduğunu nəzərə alaraq bildirmək istərdik ki, mənzillərin icbari sığortası ilə bağlı xəbərdarlıqlar rəsmi deyil. Qanunvericilikdə mənzilini icbarı sığorta etdirməyənlər üçün cərimələr nəzərdə tutulsa da, bu cərimələr artıq xeyli müddətdir ki, qüvvədədir, yəni, onun 1 iyun tarixi ilə heç bir əlaqəsi yoxdur. Qeyd edək ki, Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq paytaxtdakı mənzillərə 25 min, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir”.
Onun sözlərinə görə, daşınmaz əmlakın icbari sığortasına dair qanunun hələ bir neçə il əvvəl qüvvəyə minməsinə baxmayaraq sığorta haqqının yığılmasında çətinliklər qalmaqdadır: “Daşınmaz əmlakın təxminən 80 faizə yaxını hələ də sığortasızdır. Nəticədə icbari sığortadan istifadə edilmədiyi üçün əmlaka fərqli səbəblərdən ziyan dəyən zaman ödənişlər həyata keçirilmir. Halbuki, icbari sığortadan istifadə əmlaka dəymiş ziyanın şirkət tərəfindən qarşılanmasına gətirib çıxara bilər.
Bununla belə, sığorta mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var. Çünki elə əmlaklar var ki, onlar mütəmadi sığorta olunurlar, həmin əmlaklara ziyan dəymir. Belə əmlaka ziyan dəymədiyi üçün illərlə sığortadan istifadə etmirlər. Hazırda əmlakın sığortalanmasında fiks-vahid tariflər tətbiq olunur. Məsələn, iki vətəndaş əmlakını sığortalayıbsa, onlardan biri son beş ildə sığortadan istifadə etməyibsə, digər vətəndaş isə əmlakını sığortalayıb, son beş ildə iki dəfə sığorta hadisəsi baş veribsə, yenə də hər iki vətəndaşın sığorta haqqı eynidir. Buna görə də sığorta hadisəsi baş verməyən əmlaklar üçün daha aşağı tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu, təbii olaraq, imkan verəcək ki, həm vətəndaşlar daha geniş şəkildə sığortadan istifadə etsinlər, həm də əmlakına ziyan dəyməyən, sığorta hadisəsi baş verməyən vətəndaşımız əmlaka görə daha az sığorta tarifi ödəsin”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

