Qazaxıstan BTC ilə neft nəqlini artırır
14.03.2024 [10:40]
Şərq-Qərb arteriyası Azərbaycan üçün hansı yeni iqtisadi dividendlər vəd edir?
Elbrus CƏFƏRLİ
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı müzakirə olunan əsas məsələlərdən biri də iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, xüsusilə də enerji sahəsində birgə tərəfdaşlığın yeni imkanlarının artırılması oldu. Cənab Tokayev regionda və Xəzər bölgəsində, eləcə də dünyada nəqliyyat-tranzit imkanlarına çıxış uğrunda mübarizənin kəskinləşməsinə toxunaraq regionun iki böyük enerji tədarükçüsü olan Azərbaycan və Qazaxıstanın bu vəziyyətdə daha praqmatik və uzaqgörən enerji siyasətləri yürütmək iradəsinə işarə etdi və yaxın perspektivdə enerji arteriyalarının koordinasiyasına yönəlmiş səylərin artırılacağını vurğuladı. Qazaxıstan Prezidentinin ritorikasından yaranan aydın qənaət ondan ibarətdir ki, rəsmi Astana enerji diversifikasiyasını daha çox Şərq-Qərb səmtinə yönəltməkdə qərarlıdır. Bu isə Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin Qərb marşrutu kimi ixrac gücü və rentabelliyinin daha da artırılması deməkdir.
Qeyd edək ki, cənab Tokayevin səfəri çərçivəsində Azərbaycanın Dövlət Neft Şirkəti ilə Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” arasında Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum imzalanıb. “KazMunayQaz” SC-nin sədri Maqzum Mirzəqaliyev bildirib ki, 2023-cü ilin mart ayından Qazaxıstan neftini Azərbaycan ərazisindən tranziti həyata keçirilsə də, həcm gücü hələ yüksək deyil, illik nəql gücü təxminən 1 milyon tona bərabərdir ki, bu da bir ayda 600-700 min barel təşkil edir. Qazaxıstan bu nəqli əhəmiyyətli dərəcədə artırmaq istəyir.
Məsələ neftin təkcə Bakı-Supsa neft kəməri ilə mümkün nəqli deyil, əsas niyyət Qazaxıstanın “Tengiz” yatağında hasil olunan yanacağın BTC ilə nəqlinin təmin olunmasıdır. Bu məqsədlə “Kazmortransflot” MMC-yə məxsus “Astana” tanker təchicat xəttinin rentabelliyinin yüksəldilməsidir ki, bu istiqamətdə təxirəsalınmaz işlər aparılır. BTC ilə hazırda illik 2-3 milyon ton neftin nəql edilsə də, ixracın ən azı 3-4 dəfə artırılması istisna deyil. Qarşı tərəf son bir ildə ixrac öhdəliyinin artırmağı üzərinə götürərək buna əməl edib. Belə ki, 2023-cü ildə Qazaxıstanın BTC boru kəməri ilə neft ixracının həcmi əvvəlki ilə nisbətən 1 milyon ton artırılaraq 3 milyon tona çatdırılıb. Ancaq hədəf ixracın illik gücünün ən azı 10 milyon tona qaldırılmasıdır.
Azərbaycanın həmin nefti ixrac etməyə imkanı varmı?
BTC dünya enerji ixracı arteriyaları sırasında kifayət qədər nəhəng infrastruktur sistemi hesab edilir. Kəmər işə salınarkən gündəlik ötürücülük gücü 1 milyon barel təşkil etsə də, konsorsiumun və operator şirkətin birgə səyləri sayəsində nəql imkanları 1,2 milyon barelə çatdırılıb. Məqsəd Xəzərin digər neft tədarükçülərinin bu kəmərə inteqrasiyasını təmin etmək, ələlxüsus da Qazaxıstanı BTC ailəsinə qoşmaq idi. Hazırda BTC-nin Qərbə neft nəqletmə gücü gündəlik 1-1,2 milyon barelə bərabərdir və Azərbaycanın öz neftinin günlük ixrac həcmi 550-600 min barel təşkil edir ki, əlavə olaraq kəmərin ən azı 500 min barel ixrac qabiliyyətini saxladığını göstərir.
Azərbaycan hələ 2 il əvvəl Qazaxıstan neftini BTC boru kəmərinə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisi və ətrafında toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib, nəticədə BTC-nin ötürücülük qabiliyyəti artırılıb. Ona görə də Qazaxıstan neftinin növbəti partiyalarının BTC-yə axıdılması və Ceyhan limanından yola salınması iki ölkə arasında iqtisadi gündəmin aktual mövzusu kimi irəli çəkilməkdədir.
Qazancımız nə olacaq?
Qazaxıstan Türk Dövlətləri Təşkilatının ən aparıcı üzvlərindən biridir. Hazırda qlobal mürəkkəb geosiyasi və geoiqtisadi proseslərin davam etdiyi bir şəraitdə Azərbaycan və Qazaxıstan Türk dövlətləri ailəsində daha çox birləşmək və öz iqtisadi proqramlarını bu strukturda vahid sistemə gətirmək və qlobal bazara birgə addımlar atmaqla çıxmaq əzmindədir. Bu məqsədlə Xəzər neftinin BTC boru kəməri vasitəsilə nəqli Astana üçün daha cəlbedici və təhlükəsiz sayılır.
Azərbaycana gəlincə, respublikamız BTC-nin nəql gücünü maksimum həddə - 1 milyona yaxınlaşdırmaqla regionda tranzit liderliyini möhkəmləndirmiş olacaq. Bundan başqa, Azərbaycan BTC-nin tranzitinin sabit və rentabelli saxlamaqla ixrac marşrutundan dividendlərinin həcmini də artırmış olacaq. Ən mühüm məqam isə Azərbaycan BTC-ni Qərb üçün etibarlı və etimadlı, uzunömürlü və uzun illərin perspektiv layihəsi kimi saxlamaqla Şərq-Qərb enerji blokunda öz siyasi-iqtisadi gücünü möhkəmləndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

