“Şəffaflıqda gender”...
22.11.2024 [10:12]
COP29 çərçivəsində növbəti tədbir baş tutdu
Ötən gün COP29 çərçivəsində “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbir keçirilib. Tədbir COP29 Sədrliyi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən təşkil edilib.
Yüksəksəviyyəli tədbirdə iştirakçılar iqlim siyasətində gender aspektlərinin inteqrasiyası, gender bərabərliyinin təşviqi və bu sahədə qarşıya çıxan çağırışları müzakirə ediblər. Tədbirdə iqlim dəyişikliyinə qarşı mübarizədə gender əsaslı yanaşmaların tətbiqinin vacibliyi bir daha vurğulanıb.
Qadınlar bu problemlərin həllində ön cəbhədədir...
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də səmərəli və ədalətli iqlim fəaliyyətinin əsasını təşkil edir: “İqlim dəyişikliyinin təsirləri mövcud bərabərsizlikləri, xüsusən də gender əsaslı bərabərsizlikləri daha da dərinləşdirir. Qadınlar və qızlar xüsusilə həssas qruplardır və iqlim dəyişikliklərinə qarşı mübarizədə əsas rol oynayırlar”.
Nazir qeyd edib ki, bir-biri ilə əlaqəli iqlim və biomüxtəliflik böhranları milyonlarla insanı yoxsulluğa sürükləyə və ərzaq təhlükəsizliyinə səbəb ola bilər: “Qadınlar və qızlar bu problemlərin həll yollarının ön cəbhəsindədirlər, iqlim çağırışlarının həllində davamlılıq, innovasiya və liderlik nümayiş etdirirlər. Bu, qadınların rolunu təkcə iqlim fəalları kimi deyil, həm də cəmiyyətimizin ürəyi, analarımız, bacılarımız və qızlarımız kimi tanımağı və qiymətləndirməyi həyati əhəmiyyətli edir. Onların səsləri və töhfələri icmalarımızın təməlini formalaşdırır və davamlı gələcək üçün baxışımızın mərkəzində olmalıdır”.
Kənd təsərrüfatında çalışanların 49 faizi qadınlardır
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü Bahar Muradova bildirib ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin 48 faizi kənd təsərrüfatında çalışır ki, bunların 49 faizi qadınlar, 51 faizi isə kişilərdir. O, qeyd edib ki, xüsusilə qadınlar üçün kənd təsərrüfatında çalışanları dəstəkləmək və həssas gender tədbirləri həyata keçirmək milli prioritetlərdən biridir.
B.Muradovanın sözlərinə görə, ölkədə yaşıl kənd təsərrüfatını dəstəkləmək üçün 2020-2023-cü illəri əhatə edən Birgə Fəaliyyət Planı icra edilib: “Bu plan mənfi ekoloji təsirləri azaltmaq məqsədini daşıyan çoxölçülü tədbirlərdən ibarətdir. Gender bərabərliyini COP29 çərçivəsində iqlim siyasətinin əsas prinsipi etmək öhdəliyimizi təsdiqləyirik.
İnanıram ki, istisnasız olaraq bütün ölkələr BTR (İkiillik Şəffaflıq Hesabatları) və NDC (Milli Müəyyən Edilmiş Töhfələr) hazırlanması və həyata keçirilməsi prosesində gender bərabərliyinə dair milli platformalar yaratmalıdır. Bu, qadınlar və qızlar, həmçinin digər həssas qruplara iqlim tədbirlərinə təsir göstərmək və layihələrin icrasına nəzarət etmək imkanı verəcək. İqlim maliyyələşdirilməsində gender-həssas modellərin tətbiqi iqlim tədbirlərində gender bərabərliyini dəstəkləyəcək”.
2050-ci ilə qədər 236 milyon qadın...
BMT-nin Qadınlar Agentliyinin qadınların səlahiyyətləndirilməsi üzrə sədri Semima Njuki bildirib ki, 2050-ci ilə qədər 236 milyon qadın və azyaşlı qız qida çatışmazlığı ilə üzləşəcək. 158 milyon qadının isə yoxsullaşacağı gözlənilir.
C.Njuki iqlim dəyişikliyinin qadınlara və azyaşlı qızlara qarşı zorakılıq hallarını artırdığını bildirib. BMT nümayəndəsi ailələrin aclıq çəkdiyini, qida ehtiyaclarının artdığını vurğulayıb, bununla əlaqədar olaraq erkən və məcburi nikahların artdığını, qadınların və qızların daha çox qida təhlükəsizliyi ilə qarşı-qarşıya qaldığını qeyd edib.
O, iqlim maliyyələşməsi ilə bağlı müzakirələr zamanı, bu maliyyənin miqdarı ilə yanaşı, keyfiyyətinə də diqqət yetirilməsinin vacib olduğunu vurğulayıb. C.Njuki iqlim maliyyələşməsinin gender bərabərliyini nəzərə alaraq yerinə yetirilməli olduğunu bildirib: “Hazırda adaptasiya sahəsində yalnız 4 faiz, mitiqasiya sahəsində isə yalnız 2 faiz maliyyə gender bərabərliyinə yönəldilir. 2022-ci ildə 600 milyard dollar maliyyənin yalnız 20 milyard dolları gender bərabərliyinə ayrılıb”.
C.Njuki iqlim dəyişikliklərinin qadınlar və azyaşlı qızlar üzərində fərqli təsir yaratdığını nəzərə alaraq, bu qeyri-bərabərlikləri aradan qaldırmaq üçün maliyyə istiqamətinin dəyişməli olduğunu bildirib. O, həmçinin maliyyənin yerli təşkilatlara, qadınlara, yerli xalqlara, feminist hərəkatlara, gənclər təşkilatlarına və gənclər tərəfindən idarə olunan təşkilatlara yönəldilməsinin vacibliyini vurğulayıb.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

