Dövlət maraqlarımızı qorumaq naminə...
26.12.2024 [08:53]
Azərbaycandakı mühit dünya dövlətləri üçün örnəkdir!
Dövlət maraqlarının qorunması hər bir vətəndaşın vəzifəsidir. Çünki dövlət maraqları müdafiə olunmadığı təqdirdə ölkənin suverenliyi, təhlükəsizliyi ciddi təhdid altına düşmüş olar. Bu baxımdan siyasi, sosial, dini, irqi kimliyindən asılı olmayaraq, hər bir vətəndaşın ən ümdə vəzifəsi məhz dövlət maraqlarının müdafiəsi olmalıdır.
Cəmiyyətimiz ümumilikdə ictimai və dövlət maraqları kontekstində daim birlik nümayiş etdirib. Bunun ən bariz nümunələrindən biri İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi birlikdir. Müharibə dönəmində Azərbaycan əhalisi, siyasi, ictimai təşkilatlar, o cümlədən xaricdəki azərbaycanlılar vahid yumruq kimi birləşdi və dövlətimizin, ordumuzun yanında olduğunu açıq şəkildə dünyaya bəyan etdi. Bu birlik müharibədə qazanılan tarixi qələbədə böyük paya sahib oldu. Prezident İlham Əliyev də müharibə dönəmində və sonrakı zamanlarda xalqa müraciəti zamanı bu məsələyə toxunaraq milli birliyimizin vacibliyini xüsusi olaraq qeyd etmişdi.
Dövlət maraqlarımızı ön planda tutmalıyıq!
Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin üzvü Tahir Rzayev bildirib ki, ölkəmizin uğurlarını, qazandığımız qələbəni, bölgədəki gücümüzü, lider dövlət statusumuzu qəbul etməyən region dövlətləri və beynəlxalq güclər var. Deputat qeyd edib ki, həmin güclər bölgədəki maraqlarını təmin etmək üçün Azərbaycanı hədəf kimi seçib və bu və ya digər formada təzyiqlər etməyə cəhd göstərirlər: “Belə məqamda Azərbaycanın dövlət maraqlarını hər birimiz ön planda tutmalı və bütün güclərə qarşı Azərbaycan dövlətinin mövqeyini müdafiə etməliyik”.
Vətəndaşların həmrəyliyi önəmli nüansdır
T.Rzayevin sözlərinə görə, müasir dünyada milli və dövlət maraqlarının müdafiəsi naminə vətəndaş həmrəyliyinin əldə edilməsi ən önəmli nüanslardan biridir: “Özəlliklə də qlobalist və imperialist şüurun dünyadakı mühafizəkar sistemlərə qarşı açdığı savaş fonunda milli dövlətçilik ənənələrinin təbliğatınn genişləndirilməsi, eyni zamanda dövlətlərin cəmiyyət daxilində milli mənafeyinin qorunması uğrunda birləşmək üçün vətəndaşlar arasında maarifləndirmə işinin genişləndirilməsi əsas ideoloji çağırışlardan biridir. Hansı dövlətlərdə ki, ictimai və dövlət maraqları naminə vətəndaşlar tək yumruq olmağı bacarır, eyni zamanda xalq-dövlət birliyi modeli uğurla tətbiq olunur, həmin dövlətlər qlobalist şüurların kataklizmlərindən uğurla çıxa bilir. Həmin cəmiyyətlər həm də daha dayanıqlı olur, dövlətlərdə ictimai-siyasi sabitlik uzun illər xalqın təhlükəsiz şəraitdə yaşamasına rəvac verir. İctimai və dövlət maraqlarının müdafiəsi kontekstində vətəndaş həmrəyliyinin təmin edilməsi, həm də insanların təhlükəsiz şəraitdə yaşamağa olan inam və etiqadını daha da gücləndirmiş olur”.
Ölkəmiz uğurlu model formalaşdırıb...
Deputat əlavə edib ki, Azərbaycan ictimai və dövlət maraqlarının təmin edilməsi sahəsində kifayət qədər uğurlu model formalaşdıra bilib: “Bu gün dövlətin milli mənsubiyyətindən, dini inancından asılı olmayaraq bütün vətəndaşlar üçün tolerant mühit formalaşdırması, eyni zamanda inanc fərqliliyinə baxmayaraq, hər kəsə bərabərhüquqlu vətəndaş kimi yanaşması dövlətə olan sevginin artması ilə müşahidə edilir. Azərbaycanda xalq-dövlət birliyi, ictimai və dövlət maraqları kontekstində informasiya müharibəsində hər kəsin bir əsgər kimi fəal olması, beynəlxalq mediada, sosial şəbəkələrdə ölkəmizə qarşı informasiya hücumlarında hər kəs aktiv şəkildə dövlətin müdafiəçisi qismində çıxış edir.
Bəzən də ölkə maraqlarını qorumaq üçün aktiv hücum xəttində rol alırlar. Hesab edirəm ki, bu gün Azərbaycan vətəndaşının dövlətin taleyində önəmli məsələlərdə göstərdiyi sücaət, milli birlik modeli indiki həssas dövrdə dünyanın bir çox cəmiyyətlərinə örnək ola bilər. Bu baxımdan Azərbaycanda olan mühit dünya dövlətləri üçün də dərs çıxarılası vəziyyətdir.
Göründüyü kimi, ictimai və dövlət maraqlarında xalqı ayırmaq mümkün deyil. Azərbaycan bu baxımdan vahid mövqeyə və sarsılmaz birliyə sahibdir. Bundan sonrakı dönəmlər üçün də bu amil əsas götürülməlidir. Bütün ictimai-siyasi təşkilatlar da bu məsələdə aktiv olmalı, ictimai və dövlət maraqlarının müdafiəsində ön sıralarda dayanmalıdır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

