Ballıcaya 5-ci köç!
27.02.2025 [09:38]
Sakinlərin sayı 595 oldu...
Azad edilmiş torpaqlarımıza qayıdış Azərbaycan Ordusunun möhtəşəm qələbəsi və dövlətimizin yürütdüyü məqsədyönlü siyasət ilə reallaşır. Keçmiş məcburi köçkünlər doğma torpaqlarında bu qələbəni qürur hissi ilə qeyd edirlər. “Böyük Qayıdış” xalqın öz doğma torpaqlarında əmin-amanlıq və rifah içində yaşaması üçün mühüm bir addım, həm də Azərbaycanın tarixi qələbəsinin, ərazi bütövlüyünün bir daha təsdiqidir.
Milli kimliyimizin parçası...
Bu gün Qarabağın azad olunması ilə Ballıca kəndinə də yeni həyat gəlib. Burada artıq keçmişin izlərini bərpa etmək, təbiətin və mədəniyyətin harmoniyasını yenidən qurmaq mümkündür. Ballıca həm də tariximizin, milli kimliyimizin bir parçasıdır.
Ballıca kəndinin yerləşdiyi ərazi Qarabağ silsiləsinin təbii mənzərələri ilə əhatə olunub. Ballıca çayının kənarı yaz fəslində çiçəklənən dağ bitkiləri ilə bəzənir, ətrafa xoş təravət yayılır. Kənd strateji baxımdan əhəmiyyətli mövqedə yerləşir. Dağlıq ərazi müdafiə baxımından əlverişli olduğundan Ballıca keçmişdə bölgənin mühüm nöqtələrindən biri idi.
19-cu əsrin əvvəllərinə qədər Ballıca Gəncə qəzasının Əhmədbəyli kəndinin əhalisi üçün yaylaq yeri olub. Əsrlər boyu burada azərbaycanlı əhali öz ənənəvi yaylaq həyatını qurub, ərazinin havasından, bərəkətli torpaqlarından faydalanıb. Qarabağın digər bölgələri kimi, Ballıca da zəngin təbiəti ilə insanları özünə cəlb etmişdi.
Ballıca kəndi 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olub. İkinci Qarabağ müharibəsindən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən kənd Rusiya sülhməramlılarının nəzarətinə keçib. Lakin 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində tamamilə azad edilib.
Yaddaşlarda dərin izlər buraxan görüş...
Bir neçə gün öncə Xocalı rayonunun Ballıca kəndində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Vətən həsrəti ilə keçən 33 ildən sonra məcburi köçkün həyatları ilə vidalaşıb yenidən doğma yurdlarına qovuşmuş sakinlər sevinc və həyəcan içində onlara bu xoşbəxt günləri yaşadan Prezident İlham Əliyevin gəlişinə hazırlaşırdılar. Hamı intizarla dövlət başçısını gözləyir və əmin idi ki, hər bir azərbaycanlının Prezidenti xocalılıları yeni evlərində daimi məskunlaşmaları münasibətilə təbrik etmək, bu xoş günlərdə hər zamankı kimi onların yanında olacaq və kəndin ən əziz qonağı olacaq. Uşaqdan böyüyə bütün kənd sakinlərinin yaddaşında əbədi iz buraxacaq, unudulmaz tarixə çevriləcək görüş fevralın 19-da baş tutdu.
Ballıcaya köç tarixləri
İllərlə doğma yurd həsrəti çəkən Xocalı sakinləri bu gün qürurla yaşayırlar. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər yurdlarına geri dönürlər. Ballıcaya ilk köç ötən il dekabrın 13-də baş tutub. Bu mərhələdə 27 ailə (152 nəfər) köçürülüb. 2-ci köç 27 dekabr 2024-cü il (21 ailə, 119 nəfər), 3-cü köç 15 yanvar 2025-ci il (28 ailə, 135 nəfər), 4-cü köç 31 yanvar 2025-ci il (22 ailə, 94 nəfər), 5-ci köç 24 fevral 2025-ci il (22 ailə, 95 nəfər) tarixlərində baş tutub. Beləliklə, ümumilikdə Ballıcaya köçən sakinlərin sayı 595 nəfərdir (120 ailə).
Kənd su, qaz, elektrik enerjisi ilə təchiz olunub, internet xətti çəkilib. Tibb və polis məntəqələri binaları, tam orta məktəb və uşaq bağçası sakinlərin ixtiyarına verilib. Bu, Azərbaycan hökumətinin vətəndaşlarına göstərdiyi qayğının və layihəyə ciddi dövlət dəstəyinin bariz nümunəsidir.
Səlim
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

