İnsan hüquqlarının müdafiəsində...
29.04.2025 [10:22]
Mühüm işlər həyata keçirilir
Cəmiyyətin inkişafına təkan verən əsas amillərdən biri vətəndaşların sosial və siyasi fəallığıdır. Azərbaycan Konstitusiyasının birinci maddəsində qeyd olunub ki, hakimiyyətin mənbəyi xalqdır. Bu, o deməkdir ki, xalq təkcə hakimiyyəti formalaşdırmır, həm də dövlətin və millətin inkişaf etməsində əsas söz sahibidir. Ona görə də dövlətimiz inkişaf etdikcə, Azərbaycan xalqı da irəli gedir. Məhz bugünkü böyük uğurlarımızın mayasında xalq-hakimiyyət birliyi olması da təsadüf deyil.
Azərbaycanın dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilir. Bu sahədə aparılmış əsaslı hüquqi islahatlar bütövlükdə cəmiyyətin və dövlətin inkişafında əvəzsiz rol oynayır. Belə ki, milli insan hüquqları standartlarının beynəlxalaq standartlara uyğunlaşdırılması məqsədilə görülən bütün tədbirlər, qəbul edilmiş normativ-hüquqi aktlar, verilmiş fərman və sərəncamlardan irəli gələn məsələlər mərhələli şəkildə həyata keçirilir. Bundan başqa, dövlət orqanlarının fəaliyyətinin demokratizm və humanizm prinsiplərinə uyğun formada təşkilinə istiqamət verilir.
Bu gün qürurla deyə bilərik Azərbaycanda hər bir sahənin davamlı və dayanıqlı inkişafı üçün dövlət proqramları qəbul edilib. Vətəndaş cəmiyyətinin normal inkişafı üçün zəruri addımlar atılır.
Azərbaycan dünya üçün nümunəyə çevrilib
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə, xüsusilə də 1991-1993-cü illərdə çox ağır dövrünü yaşayıb: “O illərdə hakimiyyət uğrunda mübarizə, anarxiya yaratmaq məqsədilə atılan addımlar, Qarabağın işğal olunması, vətəndaş qarşıdurması fonunda hansısa insan haqlarından danışmaq mümkünsüz idi. Yalnız 1993-cü ildən sonra dövlətimiz hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Azərbaycan dünyaya inteqrasiya etməyə başladı, beynəlxalq sazişlər imzaladı, öhdəliklər götürdü. Ondan sonrakı dövrdə insan hüquq və azadlıqları istiqamətində, siyasi mədəniyyətin formalaşmasında ciddi addımlar atıldı. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən bu sahə daha da inkişaf etdirildi. Hesab edirəm ki, Azərbaycanın bu sahədə inkişaf mərhələsi dünya üçün nümunəyə çevrilib”.
Cəmiyyət olaraq bu qüvvələri təcrid etməliyik
Deputat əlavə edib ki, bu gün də Azərbaycanın inkişafına, dünyada artan nüfuzuna xələl gətirmək niyyətində olan qüvvələr var: “Aydındır ki, həmin qüvvələr ilk növbədə Azərbaycanın artan nüfuzuna xələl gətirmək məqsədindədirlər. Eyni zamanda, belə qüvvələr çalışırlar ki, siyasi mədəniyyət səviyyəsini tamamilə aşağı salsınlar. Həmin dairələr tərəfindən sosial şəbəkələr üzərində çox böyük anarxiya, xaos bu gün də hökm sürür. Bu da ümumi inkişafa təsir edən amildir. Digər tərəfdən, bəzi radikal dindarlar öz çirkin əməllərini Azərbaycanda həyata keçirmək üçün din pərdəsi arxasında gizlənərək siyasi mədəniyyət səviyyəsini aşağı salmağa cəhdlər edirlər. Bütün bunların fonunda biz cəmiyyət olaraq belə şər qüvvələri tamamilə təcrid etməliyik. Onların qarşısını yalnız həmrəyliyimiz, birliyimiz, ölkə başçısının ətrafında sıx birləşməklə almalıyıq. Belə olan halda Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqlarının qorunması, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində inkişaf daha da sürətlənəcək”.
Vətəndaş cəmiyyəti bərqərar olub!
Deputat ölkəmizdəki məhkəmələrdə insan hüquqlarının müdafiəsi və insan azadlığının bərqərar olması üçün mühüm işlərin görülməsindən də söz açıb: “Son illər vəkillik institutu özünün inkişaf dövrünü yaşamaqdadır. Vəkillərin sayının artırılması, vəkillik bürolarının yaradılması, vəkillərin əlçatan olması da bu yöndə inkişafı təsdiq edən əsas faktorlardan biridir. Bununla yanaşı Azərbaycanda elektron məhkəmələrin yaradılması üçün də mühüm işlər həyata keçirilir.
Ümumiyyətlə, hüquqi dövlətlərdə ən əsas qaydalardan biri insan və vətəndaş azadlıqlarıdır. Bunları sadaladığımız zaman hamının qanun və məhkəmə qarşısında bərabərliyi, vətəndaş cəmiyyətinin bərqərar olunmasını da unutmamalıyıq”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

