Dövlətin dəstəyi sayəsində...
18.10.2025 [10:45]
Biznesin sayı və fəaliyyət sahələri genişlənir
Ölkəmizdə azad sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılmaqdadır. Sahibkarlıq fəaliyyətinə göstərilən dövlət dəstəyi, yaradılan əlverişli hüquqi və iqtisadi mühit, eləcə də təşviqedici mexanizmlər öz müsbət nəticələrini göstərməkdədir. Bu səmərəli iqlim sayəsində on minlərlə şəxs biznes quraraq ölkə iqtisadiyyatının inkişafına töhfələr verir. Son illərdə işğaldan azad olunmuş ərazilərdə də sahibkarlıq fəaliyyətinin genişləndirilməsi müşayiət olunmaqdadır. Dövlət tərəfindən yaradılan zəruri infrastrukturlar iqtisadi fəaliyyət üçün imkanlar yaratmaqla, regionun iqtisadi inkişafında mühüm rol oynayır. 2023-cü ilin əvvəlindən etibarən 10 il müddətinə müvafiq ərzilərdə yaradılan və fəaliyyət göstərən müəssisələrə və sahibkarlara bir sıra vergi və fiskal güzəştlər tətbiq edilib, onlar gəlir, mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən, istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 10 il müddətində ƏDV-dən azad ediliblər. Habelə işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri 10 il müddətində vergidən azad olunub. Qeyri-dövlət və qeyri-neft sahələrində fəaliyyət göstərən sahibkarların məcburi dövlət sosial sığorta haqqı dövlət büdcəsi vəsaiti hesabına subsidiyalaşdırılır. Bütün bu güzəşt və stimullar sahibkarların istehsal xərclərinin azalmasına, yığım imkanlarının genişlənməsinə və təkrar investisiya üçün əlverişli maliyyə mənbələrinin yaradılmasına imkan verir, həmçinin istehsal olunan mal və xidmətlərin maya dəyərinin optimallaşdırılması yolu ilə rəqabət qabiliyyətinin dəstəklənməsini təmin edir.
Qarabağ və Şərqi Zəngəzurda sahibkarların sayı 100 mini ötüb
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci il oktyabrın 1-nə olan tarixə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 98.144-ü fərdi sahibkar olmaqla, ümumilikdə 103.545 sahibkarlıq subyekti qeydə alınıb. Belə ki, Qarabağ iqtisadi rayonunda mikrosahibkarlıq subyektlərinin sayı 4.077, kiçik sahibkarlıq subyektlərinin sayı 240, orta sahibkarlıq subyektlərinin sayı 90, iri sahibkarlıq subyektlərinin sayı 16 olub. Bu bölgədə 91.009 fərdi sahibkar fəaliyyət göstərib ki, onlardan 73.320 nəfəri kişi, 17.689 nəfəri qadın sahibkardır.
Şərqi Zəngəzur iqtisadi rayonunda isə 947 mikro, 57 kiçik, 21 orta, 3 iri sahibkarlıq subyekti fəaliyyət göstərir. Həmin iqtisadi rayon üzrə fərdi sahibkarların sayı 7.135 nəfər təşkil edib ki, onlardan 5.427 nəfəri kişi, 1.708 nəfəri qadın sahibkarlardır.
Sahibkarlar 642 milyon manat güzəştli kredit əldə ediblər
Bu il oktyabrın 1-nə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 642 milyon manat kredit verilib, bunun 93 milyon manatı bu ilin yanvar-sentyabr aylarının payına düşüb. Xatırladaq ki, dövlət başçısının 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsinə başlanılıb. Kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi fondun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.
Bu mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6,2 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manata qədər təşkil edib. Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Qadın sahibkarların sayı 7 faiz artıb
Ölkəmizdə təmin edilmiş güzəşt və iqtisadi stimullar qadın biznes təmsilçilərinin sayının da artmasına və həyata keçirilən layihələrin aktivliyinə səbəb olmaqdadır. 2025-ci ilin altı ayında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı 330 mindən çox olub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətovun sözlərinə görə, ötən illə müqayisədə qadın sahibkarların sayında 7 faiz artım qeydə alınıb. “2025-ci il yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə məşğul əhalinin 48 faizini qadınlar təşkil edir. Fəaliyyətdə olan fərdi sahibkarların 23 faizdən çoxu qadındır. 2024-cü ildə təsisçisi qadın olan 2800-ə yaxın KOB subyekti qeydiyyatdan keçib. Bu da Azərbaycanda qadın sahibkarlığının inkişaf etdiyini və bundan sonra da inkişaf edəcəyini göstərir”.
Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsində müxtəlif proqramlar və təşəbbüslər vasitəsilə qadınların biznesə cəlb olunması, onların sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində geniş işlər görülür. Bunun nəticəsidir ki, regionda yeni müəssisə və sahibkarlıq subyektlərinin sayında fəal təmsil olunan qadın sahibkarlar məşğulluğun və yeni iş yerlərinin də dayanıqlığını təmim edirlər.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58

