Regionlarda tütünçülüyə maraq ildən-ilə artmaqdadır
22.08.2020 [00:10]
Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində tütünçülük sahəsində də uğurlu nəticələr əldə edilib
Məlum olduğu kimi, həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində həm bütövlükdə ölkəmizdə, həm də ayrı-ayrı regionlarda bütün sahələrdə uğurlar əldə edilib. Bu uğurlardan isə aqrar sahəyə də pay düşüb. Daha dəqiq desək 2004-cü ildən həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət proqramlarının uğurlu icrası öz növbəsində regionlarda aqrar sahənin inkişafında əsaslı rol oynayıb. Əksər ekspertlərin vurğuladıqları kimi sözügedən Dövlət proqramları ölkəmizdə tarixi ənənələri olan kənd təsərrüfatının daha yüksək inkişafına nail olunmasında, eyni zamanda ixrac qabiliyyəti yüksək məhsulların yetişdirilməsində mühüm irəliləyişlərin qeydə alınmasında vacib amilə çevrilib. Vurğulanmalıdır ki, bu Dövlət proqramları ilə yanaşı Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına yönəlik Fərman və sərəncamları da fermerlərin fəaliyyətinin stimullaşdırılması, onların bir sıra subsidiya və güzəştlərlə təmin edilməsini təmin edib. Bunun nəticəsidir ki, aqrar sahənin inkişafında, o cümlədən ölkəmizin ərzaq təhlükəsizliyinin təmini istiqamətində əsaslı nəticələr əldə edilib.
Aqrar sahədə danışarkən bir daha bildirmək yerinə düşər ki, ixrac qabiliyyəti yüksək olan məhsulların yetişdirilməsi dövlətin xüsusi diqqətindədir. Bu mənada strateji sahə olaraq tütünçülüyün inkişafı istiqamətində də mühüm addımlar atılır. Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi də ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etmək və tütünçülüklə məşğul olan insanların gəlir əldə etmək imkanlarını genişləndirməkdir.
Vurğulanmalıdır ki, tütün tədarükünün artımı Bakı və Sumqayıt şəhərlərində emal müəssisələrinin də fəaliyyətini şərtləndirib. Yeri gəlmişkən, cari ilin fevral ayının 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində Prezident İlham Əliyev bildirib ki, tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradıldı, Bakı siqaret fabriki yenidən quruldu: “Biz daxili tələbatı tam ödəməliyik və ödəyəcəyik, ixrac da edəcəyik. Yoxsa ki, əvvəlki illərdə tütün tədarük etməyən ölkələr bizə siqaret satırdı. Bu, bir nonsensdir. Bizim tütünümüz də, şəraitimiz də var. Ona görə bax, bu, emal sənayesinin inkişafının təzahürüdür”.
Beləliklə, son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində tütünçülük yenidən inkişaf etməyə başlayıb, regionlarda bu gəlirli sahəyə maraq göstərənlərin sayı xeyli artıb. Məlumat üçün bildirək ki, ölkəmizdə dövlət tərəfindən fermerlərə və məhsul istehsalçılarına 1 hektar sahədə tütün əkininə görə 280, yaş tütünün 1 tonunun qəbuluna görə 5, bir ton quru tütünün qəbuluna görə isə 50 manat subsidiya verilir. Eləcə də, fermerlər üçün yaradılan şərait də tütün yetişdirilməsinin artımında mühüm amilə çevrilib. Belə ki, bölgələrdə tütünçülüklə məşğul olan fermerlər yetişdirdikləri məhsulları əsasən yerlərdə yaradılan emal məntəqələrinə təhvil verirlər. Regionlardan söz düşmüşkən, bildirmək yerinə düşər ki, respublikamızın şimal-qərb bölgəsi rayonlarında “Azərtütün ASK” MMC-yə məxsus tütün sahələrində də yaş tütün yarpağının dərimi davam edir.
Qeyd etmək lazımdır ki, hazırda da regionlarımızda tütün yığımı davam edir. Bununla bağlı konkret faktlara keçməzdən öncə bir daha vurğulayaq ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində tütünçülük sahəsində də uğurlu nəticələr əldə edilib. Kənd təsərrüfatında böyük potensiala malik, iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülük həm də yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. Vurğulayaq ki, Qax rayonu üçün də ənənəvi istehsal sahələrindən biri olan tütünçülüyün daha da inkişaf etdirilməsi məqsədilə cari ildə rayonda tütünçülüklə məşğul olan fermerlər tərəfindən 470.4 hektar sahədə ətirli “Virciniya”, 26 hektar sahədə isə digər tütün növləri olmaqla cəmi 496.4 hektar sahədə tütün əkini aparılıb. Rayon İcra Hakimiyyətinin rəsmi saytında verilən məlumata görə, tütünçülər bu il keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl ediblər. Artıq xeyli müddətdir ki, tütün dəriminə başlanılıb. Avqustun 6-na olan məlumata görə, fermerlər tərəfindən 300 tondan artıq yaş tütün kütləsi tədarük edilərək Qax TİEM-nə və digər tütün qəbulu məntəqələrinə təhvil verilib. Gün ərzində tütün qəbulu məntəqələrinə 25-30 ton yaş tütün təhvil verilir. Kameralarda qurudulan quru tütünlər çeşidlənərək anbarlara yığılır. Qeyd edək ki, tütün yığımı noyabr-dekabr aylarına qədər davam edəcək. Mövsüm ərzində rayonda 500 tondan artıq quru tütün tədarükü gözlənilir.
İsmayıllı rayonunda da tütün tədarükü davam etməkdədir. Avqustun 18-nə olan məlumata görə, rayon üzrə 5980 kiloqram quru tütün təhvil verilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, cari ildə 13 inzibati ərazi dairəsində 30 hektar sahədə tütün yetişdirilib. Tütünün əkilib becərilməsində, eləcə də yığımında 80-ə yaxın işçi qüvvəsi çalışır. Tütünün təhvil verilməsində Qalınçaq və İvanovka kəndləri öndədirlər. Belə ki, ivanovkalılar 2172 kiloqram, Qalınçaq kəndinin fermerləri isə 4227 kiloqram quru tütün təhvil verərək proqnozu artıqlaması ilə yerinə yetiriblər. Onu da vurğulamaq yerinə düşər ki, bu il sahələrdə məhsul ötənilki dövrlərə nisbətən daha boldur. Tütünçülüklə məşğul olan fermerlər dərilmiş tütün yarpaqlarını yaş və quru halda qəbul məntəqələrinə təhvil verirlər. Cari mövsümdə rayonda 65 ton quru tütün təhvil verilməsi proqnozlaşdırılır. Bu da ötən ildəkindən 5 ton çoxdur.
Ölkəmizin ən böyük tütünçülük istehsal edən rayonlarından sayılan Şəki rayonunun təsərrüfatlarında bu il 1108 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 598,5 hektar sahədə “Virciniya botaniki”, 509,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı uğurla davam etdirilir. Avqustun 19-na olan məlumata görə, fermerlər rayonda fəaliyyət göstərən emal məntəqələrinə qurutmaq üçün 2,3 min tondan çox “Virciniya botaniki” növlü yaş tütün kütləsi təhvil veriblər. Yerli tütün sortları isə istehsalçılar tərəfindən ipə düzülərək qurudulur. Bunun bağlı məlumat verən Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Nurəddin İbrahimov bildirib ki, avqustun 19-nə kimi 1860 tondan çox quru tütün istehsal olunub. Məhsulun 1630 tonu tütün istehsalçıları tərəfindən ipə düzülərək, 230 tonu isə emal məntəqələrində qurudulub. Hazırda rayonun tütün istehsalı və emalı məntəqələrində 172 ədəd tütünqurutma kamerası var. Qeyd edək ki, ötənilki mövsümdə şəkili fermerlər 1061 hektar sahədən 3 min 642 ton quru tütün əldə ediblər.
Bu il Balakən rayonunun təsərrüfatlarında tütün yetişdirən fermerlər 425 hektar sahədə tütün əkiblər. Balakənli fermerlər cari mövsümdə 361,5 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 60,5 hektarda yerli “İmmuniy” növlü tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Təsərrüfatçılar avqustun 20-nə kimi sahələrdən 1500 tondan çox yaş tütün yarpağı dərərək emal məntəqələrinə təhvil veriblər. Bununla bağlı fikirlərini bölüşən Balakən rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov bildirib ki, tütün istehsalçıları mövsümün əvvəlindən indiyədək “Azərtütün ASK” MMC-yə 900 ton, “Azəri Korporasiyası”na 601 ton yaş tütün, eyni zamanda, “İlham M” MMC-yə 3 ton quru tütün təhvil veriblər. Onun sözlərinə görə, bu il tütün əkini sahələrinin azalmasına baxmayaraq, indiyədək emal məntəqələrinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çox yaş tütün təhvil verilib. Məhsuldarlığın artması, ilk növbədə, münbit torpaqların tütün əkininə cəlb edilməsi, həmçinin aqrotexniki qulluq işlərinin vaxtında və düzgün yerinə yetirilməsi nəticəsində mümkün olub.
Cənub bölgəsində yerləşən Yardımlı rayonunda da ənənəvi təsərrüfat sahələrindən sayılan tütünçülük son illərdə mühüm inkişaf tempi əldə edib. Qeyd etmək lazımdır ki, hələ sovetlər dönəmində Yardımlıda 320 hektar sahədə tütün əkilib. Rayonda uzun müddət tənəzzül dövrünü yaşayan tütünçülük dövlət dəstəyi ilə 2016-cı ildə yenidən dirçəlməyə başlayıb. İlkin mərhələdə 10 hektarda tütün əkilib. Ötən il rayonda 55 hektar sahədən 43,2 ton qurudulmuş tütün tədarük olunub. Hazırda Yardımlıda tütün yığımı kampaniyası davam edir. Avqustun 6-na olan məlumata görə, rayonda 31,5 hektar sahədən 13,9 ton yaş tütün yığılıb. Bunun 1,9 tonu qurudularaq tədarük məntəqələrinə təhvil verilib. Vurğulayaq ki, rayonun Orakəran kəndində 8 kameralı tütün qurutma kamerası fəaliyyət göstərir. Sahələrdən yığılan yaş tütün məhsulu burada qurudulduqdan sonra tədarük məntəqələrinə göndərilir.
Cənub bölgəsinin daha bir rayonu Masallıda da ötən ayın sonlarından başlanan tütün yığımı və tədarükü prosesi davam etməkdədir. Belə ki, avqustun 6-na olan məlumata görə, rayonda 200 ton yaş, 15,8 ton quru tütün tədarük olunub. Rayon İcra Hakimiyyətinin rəsmi saytında verilən məlumata görə, Masallı rayonun ərazisində 2020-ci ildə 51 hektar sahədə tütün əkini aparılıb və hazırda tütün yığımı davam edir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12

